Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   76   77   78   79   80   81   82   83   ...   164

164 
Azərbaycan mədəniyyətşünaslığında iki yazı nümayiş etdirmişdi. Onlardan birində professor Niyazi 
Mehdi  müəllifin  dekonstruksiyası  fikrinə  mədəniyyətdə  dərinlik  paradiqmasının  inkarından  gəlib 
çıxmışdı. O göstərmişdi ki, mədəniyyətdə dərinlik paradiqması güclü olduğu üçün hər tekst sandıq 
prinsipində qavranılır. İncəsənətdə bu ona gətirib çıxarır ki, sənət əsəri sonsuz mənaların daşıyıcısı 
(sandığı) sayılır və uyğun olaraq sənətkar bu sonsuz mənaları həmin sandığa  yığmış müəllif kimi 
qavranılır  (təsadüfi  deyil  ki,  “avtor”  sözünün  latınca  ilkin  mənası  “toplayan”dır).  Halbuki  sənət 
əsərində  metrə  ilə  ölçülən  dərinlik  yoxdur.  Tekstin  işarələri  resipientin  şüurunda  mənalar  törədir, 
yəni  bu  mənalar  mətnin  dərinliyindən  ora  gəlmir.  Bildirən  (“siqnifikat”,  rusca  “означающее”) 
tekstdəki  sözün  eşidilən,  görünən  maddi  forması  kimi  yaradanın  və  qavrayanın  şüurundan 
qıraqdadır. Həmin bildirilənlərin mənaları isə öncə müəllifin şüurunda olur. Sonra həmin mənaları 
bildirənlər tekstdə yaradılır və bunlar qavrayanın şüurunda mənalar törədir. Beləcə, dərin mənalar 
tekstdə yox, adamların qafasında olur. Özü də qafadan asılı olaraq mənaların, məzmunun dərinliyi 
dəyişir.  Bu  anlamda  Quranın  dərinliyi  insanların  qafasında  olub  və  olur.  Cahiliyyə  dövründən 
təzəcə qopmuş müsəlmanların qafasında Quranın dərinliyi  yüzillər sonrakı təfsirçilərin qafasından 
xeyli dayaz olub. Bu mənada heç bir kitabın dərinliyi və dayazlığı kitabda deyil də kitabı yazan və 
oxuyanın başındadır.  
 Niyazi  Mehdi  müəllifllə  bağlı  başqa  sual  da  qoyur:  mümkündürmü  ki,  əsərdən  yüzərlə 
şərhlər,  araşdırmalar  vasitəsi  ilə  toplanılan  mənalar,  məzmunlar  hamısı  müəllif  tərəfindən  ora 
qoyulub?  Adətən,  bu  sualın  cavabında  müəllifin  dərinliyi  ilə  əsərin  dərinliyini  sübut  etmək 
istəyirlər. Beləcə, həm  “Müəllif”, həm “Dərinlik” konseptləri gerçək halı göstərən anlayışlar kimi 
açılır.  Ancaq  Niyazi  Mehdi  post-strukturalistlərin  təsiri  ilə  müəllif  və  tekstin  dərinliyi  ideyalarını 
dekonstruksiya  edəndə  belə  bir  absurd  fikri  dağıdır  ki,  guya  Şekspir  haqqında  yazılmış 
araşdırmaların  tapdığı  bütün  mənaları  Şekspirin  “başı”  ora  qoymuşdu.  Şekspir  bu  qədər  mənaları 
nəzərdə tutduğu üçün dahi deyil, çünki belə dahilik mümkün deyil. O, yeni musiqi alətinin ixtiraçısı 
kimi  dahidir. Hər böyük sənətçi öz  “musiqi  alətini” ixtira edir, hər dövrün  adamları isə bu alətdə 
onlara  gərəkən  musiqini  çalırlar.  Yəni  müəllif  əsərə  musiqi  alətinin,  məsələn,  dilləri  prinsipində 
müəyyən mənalar düzür. Sonrakı şərhçilər isə həmin dillərdə öz musiqilərini, yəni  yeni məzmunu 
düzüb qoşurlar [5.s.14-15].  
Dərinlik  haqqında  xüsüsi  hazırladığı  yazıda  Niyazi  Mehdi  bu  faktın  reallığını  fəlsəfə 
əsasında təkzib edəndən sonra Azərbaycan ədəbiyyatında müəllifliyin gizlədilməsi (“öldürülməsi”) 
hallarına örnəklər tapır və bunun şərhini verir. Məsələn, “Danabaş kəndinin əhvalatları”nda əhvalatı 
söyləyən  qəzetçi  Xəlil  onu  lağlağı  Sadığın  dilindən  yazır.  Beləcə,  müəlliflik  dolambaca  düşür  və 
oxucunu Mirzə Cəlilin şəxsindən azdırır [6.s.55-67]. 
Post-strukturalizmdə  tekstlərlə  bağlı  “dərinlik”  parametrlərindən  imtina  olunmasına  imkan 
verən  başqa  konsept  “intertekst”dir.  Çağdaş  araşdırmaların  söykəndiyi  başlanğıc  odur  ki,  tekst 
təcrid  olmuş  şəkildə  öyrənilə  bilməz.  Bu  fikir,  əslində,  strukturalizmə  qarşı  idi,  çünki  o,  tekstin 
daxili quruluşunu öyrənmək üçün onun dişarı əlaqələrinə baxmamağa çağırırdı. Post-strukturalizm 
isə  söyləyirdi  ki,  hər  hansı  tekst  başqa  tekstlərin  repertuarı,  yəni  bildirdikləri  ilə  sonsuz  üsullarla 
əlaqələrə  girir.  Kitab  təcrid  olunmuş  nəsnə  deyil.  O,  münasibətlər  kilimində  öz  şəklini,  simasını 
tapır. Hər tekst əslində interteksdir və exo-kamera kimi başqa tekslərə hay verir. Tanınmış feminist 
və post-strukturalist alim, əslində, “intertekstuallıq” terminini elmə gətirmiş Yuliya Kristeva isə bu 
fikri  belə  təqdim  etmişdi:  istənilən  tekst  başqa  tekstlərin  mozaikası  kimi  qurulur  və  ya  başqa 
tekstləri özünə hopdurub transformasiya edir. 
Rolan Bart intertekstliyi konkret şəkildə açmaq üçün söyləmişdi ki, istənilən tekst əvvəllər 
deyilmiş  sitatların  yeni  düzümüdür.  Hind  tədqiqatçısı  Kunu  Rama  yazır  ki,  çağımızda  avtomatik 
olaraq  intertekstual  olan  tekstlər  elə  də  maraq  doğurmur.  Araşdırma  üçün  maraqlıdır  refleksiya 
edən, özünüdüşünən, özünə kinayə edən, özünüparodiya edən intertekstuallıq [4.p.1-2]. 
Kundu Ramanın kitabında elə fikirlər də var ki, post-strukturalist deyimlərin (diskursların) 
təbiətini yaxşı açır. O söyləyir ki, post-kolonial yazarların tekstləri kolonial, imperialist diskurslarla 
dialoqa  girir,  feminist  tekstlər  patriarxal  diskurslarla  dialoqda  bulunurlar.  Bunun  mənası  odur  ki, 
müstəmləkə  sonrası  ədəbiyyyatlarda  imperialist  iddialı  deyimlərlə,  feministlərdə  isə  patriarxal 
düşüncələrlə polemika var və bu, onların intertekstuallıqlarının bir aspekti idi. Daha sonra müəllif 


165 
mütəxəsislərin  fikrini  gətirir:  postkolonial  toplumlarda  sənət,  ədəbiyyat,  fəlsəfə  heç  cürə  Avropa 
modelinin sadə davamı olmadı. Ədəbi dekolonilizasiya Avropa kodunun tam demontajı oldu [4.s.2-
3,9,21]. 
Post-struktralizmin  mütəhərriklik,  çevik  dəyişkənlik,  cürbəcürlük  üstündə  qurulmış 
söyləmləri subyekt konseptinin dekonstruksiyasından xüsusi enerji alır. Onların fikrincə subyektin 
nə  fiziki,  nə  sosial  gerçəklikdə  kökü  var.  Ona  görə  də  onu  haraya  yapışdırıb  təyin  etmək  istəsən, 
orada  tapılmır,  bulunmur.  Bu  subyekt  davamlı  olaraq  mövqedən  mövqeyə  köç  edir,  ona  görə  də 
post-strukturalist subyekt köçəridir. Onu da deməliyik ki, Post-strukturalislər heç də söyləmirlər ki, 
subyket yoxdur. Söyləyirlər ki, subyekt törətdiyi mənalardır və həmişə yerini dəyişir. Marks insanı 
konkret  sosial  münasibətlərin  məcmuyi  adlandıraraq  onun  şəxsiyyətini  sosial  əlaqələrin  düyünü 
kimi  verirdi  [8.с.32].  Bu  yanaşma  strukturalizmdə  fonemlərin  binar  qarşıdurumlardan  yaranan 
əlamətlərin düyünü adlandırılmasına çox oxşayırdı. Sadəcə, Marksda sistem duyğusu olsa da, sosial 
münaisbətləri o, maddi “bağlar” kimi görürdü. 
Post-sturkturalistlərə qədər bu və ya başqa stabillikdə görünən subyekt konseptində ən ciddi 
dəbərtməni  öncə  psixoanaliz,  sonra  Sartr  ekzistensializmi  salmışdı.  Fransız  filosofu  demişdi  ki, 
insanı  öz  mahiyyətini  reallaşdıran  varlıq  kimi  götürmək  düz  deyil.  Mahiyyəti,  beləcə,  varlıqdan, 
olmaqdan ayırmağı Sartr ona oxşatmışdı ki, usta başındakı masa təsəvvürü əsasında masa düzəldir. 
İnsan  belə  deyil.  Sartr  söyləmişdi  ki,  insan  yaşadığında  seçdiyi  davranışlardan,  eyləmlərdən  öz 
portretini,  mahiyyətini  yaradır.  İnsan  həmişə  seçim  qarşısında,  yəni  seçimi  ilə  şəxsiyətini  qurmaq 
problemi qarşısındadır [1.с.216]. 
Post-strukturalistlər  isə  insan,  subyekt  məsələsində  daha  çox  relyativizmə,  nisbiliyə  yol 
verərək  göstərdilər  ki,  subyekti  portret  çərçivəsinə  salmaq  mümkün  deyil.  Bu  ideyanın  əsasında 
post-strukturalistlərin  nomadiklik  anlayışı  dururdu.  “Nomadik”  köçəriliyə  xas  olan  deməkdir. 
Avropa mədəniyyəti və elmi uzun müddət köçərilərə sivilizasiya dağıdan, oturaqlara isə sivilizasiya 
quran  kimi  baxırdılar.  Türklərə  mənfi  sifətlərin  verilməsi  də  köçəri  xalq  olmalarından  çıxarılırdı. 
Post-strukturalistlər  birdən-birə  düşüncədə  və  mədəniyyətdə  oturaq,  stabil  fakta  üstün  dəyər 
verilməsinə qarşı çıxaraq nomadikliyi reablitə etdilər. 
Subyektin  nomadik  konsepsiyası  post-strukturalistlərdə  inqilabi  xarakter  daşıyırdı.  Onların 
əqidəsinə  görə,  istənilən  “oturaq”  (oturuşmuş?)  subyektivlik  şovinistk  xarakter  alır.  Post-
strkturalistlərə  görə,  Avropa  dünyasının  mərkəzi  kimi  oturaq  subyektivliyin  götürülməsinin 
nəticələrindəndir  ki,  Avropa  köçərilərə,  avaralara  nifrət  edir.  Bütünlükdə  post-strukturalizm 
istənilən  oturaqlığa,  həm  sosial,  həm  şüur  müstəvisində  şübhə  ilə  yanaşır.  Onu  da  deyək  ki, 
nomadik  anlayışlar  Lakanın  sürüşkən  bildiricilərinə  çox  oxşayır.  Lakana  görə,  insan  sürüşkən 
bildiricilər  aləminə  düşəndə  onun  sözləri,  cümlələri  heç  vaxt  özlərinə  stabil  bildirilən,  denotat 
tapmır və bu axırda paranoidal sayıqlamalara gətirib çıxarır[3.с.323]. 
Beləliklə,  bu  nəticəyə  gəlmək  olur  ki,  post-strukturalizm  dərin  tekst  anlayışını 
dekonstruksiya  edəndən  sonra  mətnin  içindən  mənalar  çıxarmağı  mətnin  başqa  mətnlərlə 
“baxışmasından”  mənalar  çıxarmaqla  əvəz  edir.  Ona  görə  də  intertekstuallığı  önə  çəkir.  Mənalar 
tekstin içində yox, tekstin başqa tekslərlə münasibətləri müstəvisindədir. 
 
ƏDƏBİYYAT 
 
1. Андреев Л. Жан-Поль Сартр, свободное сознание и XX век, Geleos Publishing House, 2004, 
416 с.,с.216. 
2.
 Деррида Жак, О почтовой открытке. От Сократа до Фрейда и не только, Минск: 
Современный литератор, 1999, 831 с., с.419, 435. 
3.
 Дьяков А.В. Философия пост-структурализма во Франции,
 Нью Йорк, Северный крест, 
2008, 364 с., с.317. 
4.Kundu Rama. Intertext, A Study of dialogue between texts, New Delhi: Sarup&Sons, 2008, 448 
p., p.1-2.    
5.Niyazi Mehdi, Sənətin arxeologiyası, Sənətin arxitektonikası, B.: Qanun, 2007, 342 s., s.14-15 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə