Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   74   75   76   77   78   79   80   81   ...   164

160 
 
 
 
 
 
 
 
 
 
Azlığın  dilində  şəxsi  adlardan 
istifadə.  Uzun  illər  kürd  adlarından  istifadə  qadağan  olunmuşdur.  Şəxslərin  əsl  adlarından  istifadə 
etmələri  rəsmən  qadağan  olunurdu.  Böyük  Millət  Məclisinin  qəbul  etdiyi  altıncı  uyğunlaşdırma 
zərfinə  əsasən,  15  iyul  2004-cü  ildə  Qeydiyyat  (siyahıyaalma)  haqqında  Qanuna  edilmiş  düzəlişlər 
hazırda uşaqlara “əxlaq qaydalarına zidd olmayan” və  “ictimaiyyəti təhqir etməyən” adlar verməyə 
imkan yaradır. Bu düzəlişdən sonra kürd adları qeydə alınmışdır. Qadağan qeyri-ardıcıl tətbiq olunur, 
əvvəllər  qeydə  alınmamış  bəzi  adlar  qeydə  alınır,  məsələn,  təlimata  rəğmən,  “W”  hərfinin  olduğu 
kürd adları son vaxtlar qeydə alınmışdır [14, 13].   
Azlıqların dilində coğrafi adlardan istifadə. İnzibati Məcəllənin 2-ci maddəsinə görə, coğrafi 
adlara  məhdudiyyətlər  qoyulur.  Həmin  maddədə  göstərilir:  “Türk  dilində  olmayan  və  dolaşıqlıq 
yaradan kənd adları ən qısa müddətdə əyalət daimi komitəsinin rəyi alınmaqla Daxili İşlər Nazirliyi 
tərəfindən  dəyişdirilməlidir”.  Bu  maddədən  türk  dilindən  fərqli  dillərdə  olan  yer  adlarının  dəyiş-
dirilməsi  üçün  istifadə  olunmuşdur.  Bəzi  azlıq  nümayəndələri  göstərirlər  ki,  onlar  indiyə  qədər 
əvvəlki  adlardan  istifadə  edirlər  və  yer  adlarını,  ən  azı  şəhərlərin  girişində  türk  adları  ilə  yanaşı, 
özlərinin ana dilində görmək istəyirlər [12, 16-19].          
Azlıqların dilindən dövlət xidmətlərində istifadə. Türkiyə Konstitusiyasının 3-cü maddəsinə görə, 
Türkiyənin  dövlət  dili  türk  dilidir.  Bu  maddə  dövlət  hakimiyyəti  orqanlarında  hər  hansı  başqa  dildən 
istifadəni  qadağan  etməsə  də,  Türkiyənin  hakimiyyət  orqanları  onu  dövlət  orqanlarında  türk  dilindən 
başqa heç bir dildən istifadə olunmasının mümkün olmaması kimi təfsir etmişlər [15, 112-14].   
Azlıqların  dilindən  ədalət  mühakiməsi  sistemində  istifadə.  Lozanna  müqaviləsinin  39-cu 
maddəsi  Türkiyədən  məhkəmələrdə  ana  dilindən  şifahi  istifadə  üçün  türk  dilində  danışmayan 
vətəndaşlara  yer  ayrılmasını  tələb  edir.  Müvafiq  surətdə  Türkiyə  Cinayət-Prosessual  Məcəlləsinin 
252-ci  maddəsi  nəzərdə tutur ki,  təqsirləndirilən şəxs  türk dilini bilmədikdə tərcüməçi  ona ittiham 
barədə məlumat verməli, müdafiənin fikirlərini isə prokurora çatdırmalıdır [15, 15].   
Dini müəssisələr yaratmaq hüququ. Lozanna müqaviləsinin 40-cı maddəsi qeyri-müsəlman 
azlıqların  dini  müəssisələr  yaratmaq  və  idarə  etmək  hüququna  təminat  verir.  Buna  baxmayaraq, 
əvvəllər dini müəssisələrin yaradılması və hüquqi cəhətdən tanınması çətinliklərlə üzləşirdi. 15 iyul 
2004-cü ildə qəbul  olunmuş  altıncı uyğunlaşdırma zərfinə əsasən, Tikinti haqqında Qanuna edilən 
dəyişikliklər ibadətgahlar yaratmağa imkan vermişdir [21, 77-82].  
Türkiyə Konstitusiyaya əsasən dünyəvi dövlət olsa da, Dini İşlər Başkanlığı vasitəsilə sünni 
müsəlmanları  dəstəkləyir.  Ələvilər  iddia  edirlər  ki,  Türkiyə  dünyəvi  dövlət  kimi  bütün  dinlərə  və 
məzhəblərə  eyni  dərəcədə  yanaşmalı  və  bir  məzhəbə  üstünlük  verməməlidir.  Buna  görə  də  Dini 
İşlər Başkanlığının ləğvi tələb olunur.   
Dini təhsil. Lozanna müqaviləsinin 40-cı maddəsi qeyri-müsəlman azlıqlara “təhsil və təlim 
üçün öz hesabına məktəblər və digər müəssisələr yaratmaq, onları idarə etmək və onlarda öz dinini 
azad surətdə həyata keçirmək” hüququ verir [21, 86]. 
Mülkiyyət  hüququ. Avropa  İnsan Hüquqlarının Müdafiəsi  Konvensiyasına 1-ci  Protokolun 
1-ci  maddəsi  hər  kəsin  öz  mülkiyyətindən  müstəqil  surətdə  və  ya  başqaları  ilə  birgə  maneəsiz 
istifadə  hüququna  təminat  verir.  Heç  kəs,  cəmiyyətin  maraqları  naminə,  qanunla  və  beynəlxalq 
hüququn təməl prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum 
edilə  bilməz.  8-ci  maddə  ailə  həyatı  hüququnu  təsbit  edir.  Bütün  hüquqlar  kimi,  o,  yalnız  ayrı-
seçkiliyə yol verməyən əsaslarla məhdudlaşdırıla bilər (14-cü maddə) [23, 5-6]. 
Qeyri-müsəlman  fondların  mülkiyyət  hüququnun  məhdudlaşdırılması.  Lozanna  müqaviləsinin 
39-cı  və  40-cı  maddələrinə  görə,  Türkiyədə  qeyri-müsəlmanlar  qanun  qarşısında  bərabərdir  və 
Türkiyənin  digər  vətəndaşları  ilə  eyni  hüquqlardan  istifadə  edirlər.  Buna  baxmayaraq,  1974-cü  ildən 
etibarən qeyri-müsəlman fondlarının mülkiyyətinin qeydə alınmasına maneçilik törədilmişdir. İslahatlar 
zərfindən sonra qeyr-müsəlman fondlarının mülkiyyət hüququ təsbitini tapsa da, 24 yanvar 2003-cü il 
tarixli reqlamentin tənzimləməsi mülkiyyət hüququnun tam müdafiəsi üçün yetərli deyildir[11, 22-23]. 
Belə  ki,  qanun  qeyri-müsəlman  fondlarının  mülkiyyət  hüquqlarının  qeydiyyatı  üçün  Baş  Fondlar 
(Vəqflər) İdarəsinin icazəsini tələb edir, halbuki bu, digər fondlar üçün məcburi deyildir. Bu məhdudiy-
yət Lozanna müqaviləsinin 39-cı maddəsinin pozulmasıdır.    


161 
Hərəkət  azadlığı.  Milli  azlıqların  müdafiəsi  barədə  Konvensiyanın  12-ci  maddəsinə  görə: 
“Hansısa  bir  dövlətin  ərazisində  olan  hər  bir  kəs  bu  ərazinin  hüdudları  daxilində  sərbəst  hərəkət 
etmək  və  yaşayış  yerini  sərbəst  seçmək  hüququna  malikdir”  [11,  6].  Avropa  İnsan  Hüquqlarının 
Müdafiəsi  Konvensiyasına  4-cü  Əlavə  Protokol  analoji  hüquqları  təsbit  edir  və  Aİ  hüdudlarında 
hərəkət azadlığı əsas prinsip kimi çıxış edir [11, 6-7].  
Miqrantların  yerləşdirilməsi  və  hərəkəti  ilə  bağlı  məhdudiyyətlər.  Qanunvericiliyə  görə, 
“Türk mədəniyyəti ilə bağlı olmayan şəxslər, anarxistlər, qaraçılar, casuslar və deportasiya olunmuş 
şəxslər miqrant kimi tanınmır”. Əcnəbilərin hərəkəti və daimi yaşayış yeri haqqında Qanunun 21-ci 
maddəsinə  görə,  “Daxili  İşlər  Nazirliyi  Türkiyə  mədəniyyətinə  yad  olan  vətəndaşlığı  olmayan 
şəxsləri,  Türkiyə  vətəndaşı  olan  qaraçıları  və  əcnəbiləri  ölkədən  çıxarmaq  hüququna  malikdir”. 
Daxili  İşlər  Nazirliyinin  23  oktyabr  2003-cü  il  tarixli  Təlimatı  Türkiyə  vətəndaşlığı  almaq  üçün 
ərizələrdə ərizəçinin dilənçilər və qaraçılarla əlaqəsinin olub-olmadığını göstərməyi tələb edir [19, 
14].  Bu  müddəaların  həyata  keçirilməsi  haqqında  heç  bir  məlumat  olmasa  da,  onlar  qaraçılara 
münasibətdə ayrı-seçkilik xarakteri daşıyır. 
Avropa  standartlarına  çatmaq  üzrə  Türkiyənin  irəliləyişinin  qiymətləndirilməsi.  İslahatlar 
nəzərə  alındıqla,  Türkiyə  Kopenhagen  meyarlarının  icrası  istiqamətində  bəzi  mühüm  addımlar 
atmışdır.  AKP  hökuməti  iqtidara  gəldikdən  sonra  AB  üzvlüyü  prosesini  prioritet  elan  etmişdir. 
Xüsusilə qeyri-müsəlman azlıqlara və kürd icmasına münasibətdə bir çox qadağanlar götürülmüşdür 
[19,  18].  Qeyri-müsəlman  azlıqların  mülkiyyət  hüquqları  ilə  bağlı  islahatlar,  azlıqların  dilində 
yayım və özəl dil kurslarına icazə verilməsi xüsusi qeyd olunmalıdır. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Milli  azlıqların  müdafiəsi  haqqında  çərçivə  konvensiyası.  (Strasburq,  1  fev­ral  1995-ci  il). 
http://diaspora.gov.az/index.php?options=content&id=270  
2.
 
Dişişleri: Azinlik sayisi 89 bin, Milliyet, 12.12.2008, p.31-32 
3.
 
Erman T. and Erdemir A. Aleviler ve Topluma Eklemlenme Sorunsalı. Türkiyede Çoğunluk ve 
Azınlık Politikaları: AB Sürecinde Yurttaşlık Tartışmaları, İstanbul, TESEV, 2008, p.127-144 
4.
 
Oran,  B.  Türkiye’de  Azınlıklar,  Kavramlar,  Teori,  Lozan,  Iç  Mevzuat,  Ictihat,  Uygulama, 
Iletisim, Istanbul, 2004, p.131-144 
5.
 
Güneş  Ayata  A.  “The  Turkish  Alevis”,  Innovation  the  European  Journal  of  Social  Sciences, 
1992, Vol. 5, No.3, p. 109-114 
6.
 
Turkish Alevis Today. http://www.sahkulu.org/ xalevis1.htm)  
7.
 
Allan Rosas, ‘The Protection of Minorities in Europe: A General Over-view, L., Oxford, 2006, p. 9-10 
8.
 
Bruinessen, M.V. Kurds, Turks and the Alevi revival in Turkey, Middle East Report, 1996, p.7-10.  
9.
 
Braude B.; Lewis B. Christians and Jews in the Ottoman Empire, The Functioning of a Plural 
Society, Holmes and Meier, New York, 1982, p.7-10 
10.
 
Constitution of the Republic of Turkey. Interim report, 1982, p.15 
11.
 
Department of State Turkey Country Report on Human Rights Practices for 1998 (the Bureau 
of Democracy, Human Rights, and Labor, 1998, p.22-23  
12.
 
Dorian  Jones.  “Tensions  Rise  Between  Turkey’s  Government,  Alevi  Minority”,  Voice  of 
America, October 22, 2013,p.16-19 
13.
 
Gunnar  M.  Karlsen,  ed.,  Freedom  of  religion  in  Turkey:  The  secular  state  model,  the  closing 
down  of  the  Welfare  Party,  and  the  situation  of  Christian  groups.  The  Norwegian  Helsinki 
Committee 1998, Interim report, p.27  
14.
 
Interim  report  of  the  Special  Rapporteur  of  the  Commission  on  Human  Rights  on  the 
elimination  of  all  forms  of  intolerance  and  of  discrimination  based  on  religion  or  belief’, 
A/55/280/Add.1, 11 August 2000, p.13 
15.
 
Kaya  N.,  and  Baldwin  C.  Minorities  in  Turkey:  Submission  to  the  European  Union  and  the 
Government of Turkey. MRG Report. London, July, 2004, p.112-114 
16.
 
Kurban  D.  Untravelling  a  Trade-Off:  Reconciling  Minority  rights  and  Full  citizenship  in 
Turkey. European Yearbook of Minority Issues, 2004, Vol.4, p.355-368 
17.
 
Martin van Bruinessen. Kurds, Turks and the Alevis. N.-Y., 2009, p.44-49  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə