Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   71   72   73   74   75   76   77   78   ...   164

154 
Digər qrup alimlər isə cəmiyyətin siyasi subyektlərinin ardıcıllığını müəyyən edərkən ilkin 
subyekt  kimi  ayrı-ayrı  şəxsiyyətlərdən  çıxış  etməyi  təklif  edirlər  (İ.  Borisov,  M.Əfəndiyev  və 
başqaları) (4, s.99; 5, s.187). 
Bizim  fikrimizcə  ikinci  nöqteyi–nəzərin  öz  məntiqi  vardır.  Belə  ki,  həm  ümumilikdə 
cəmiyyət miqyasında, həm də müxtəlif sosial birliklər səviyyəsində götürülən siyasi subyektlər nə 
isə bir mücərrəd varlıq olmayıb, onlarda təmsil olunan ayrı-ayrı konkret şəxsiyyətlərdir. Buna görə 
də  siyasi  subyektlərin  təsnifatında  şəxsiyyətdən  çıxış  edərək  ümumiyə  doğru  getmək  məqsədə 
uyğundur.  Həm  də  nəzərdə  tutmaq  lazımdır  ki,  əsas  məsələ  sıra  ardıcıllığının  ifadə  olunmasında 
deyil,  ümumi  mahiyyətin  aşkarlanmasındadır.  Sonuncu  mövqedən  yanaşdıqda  göstərilməlidir  ki, 
cəmiyyət (xalq ) sosial birliklər, siyasi təsisatlar və şəxsiyyət siyasətin subyektləri olmaq etibarilə 
bir birilə ayrılmaz əlaqədə və sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər.( 6,126). 
Şəxsiyyətin  cəmiyyətin  siyasi  həyatında  iştirakı  son  dərəcə  geniş  məzmuna  malikdir.  Bu 
prosesdə təkcə, mövcud siyasi reallıq deyil, həm də şəxsiyyətin özü subyekt kimi ciddi yeniləşməyə 
məruz qalır. Əvvəla, siyasi həyatda fəal iştirak etməklə o, özünün malik olduğu potensial imkanları 
üzə  çıxarır,  yaradıcı  varlıq  kimi  siyasi  həyatda  özünü  təsdiq  edir.  Digər  tərəfdən  şəxsiyyət  siyasi 
fəaliyyət  prosesində  siyasi  strukturlar  ilə  hərtərəfli  əlaqələrini  möhkəmləndirə  və  lazım  gəldikdə 
onların  fəaliyyəti  üzərində  nəzarət  həyata  keçirə  bilir.  Nəhayət,  öz  siyasi  fəaliyyəti  ilə  şəxsiyyət, 
dövlət və ictimai işlərin idarə olunmasına yaranan demokratik təlabatı ödəyir, ünsiyyət mədəniyyə-
tini yüksəldir, idarəçilik vərdişlərini daha da zənginləşdirir. 
Ümumiyyətlə siyasi subyekt kimi səciyyələndirilən üç başlıca keyfiyyət vardır: siyasi şüur ,  
siyasi təşkilatçılıq və siyasi fəallıq. Şəxsiyyətin siyasi şüuru onun öz siaysi mənafelərini dərk etmə 
səviyyəsini, siyasi münasibətlər sistemində yeri və rolunu necə başa düşdüyünü, onun mənlik şüuru 
və siyasi mənlik şüurunu, nəhayət siyasi fəaliyyətinin nəticələrini anlamasını -siyasi məsuliyyətini 
əhatə  edir.  Siyasi  təşkilatcılıq  şəxsiyyəti  siyasi  fəaliyyətdə  özünü  necə  təşkil  və  səfərbər  edə 
bilməsini, siyasi mənafelərini siyasi fəaliyyətdə hasnı səviyyədə reallaşdıra bilməsini səciyyələndi-
rir. Nəhayət, siyasi fəallıq şəxsiyyətin siaysi fəaliyyətinin intensivlik dərəcəsini, onun aktivliyini və 
məqsədyönlülüyünü ifadə edir. 
Bütövlükdə  şəxsiyyətin  subyektivlik  keyfiyyətini  əks  etdirən  bu  göstəricilər  bir-birilə  sıx 
əlaqədə və qarşılıqlı təsirdə çıxış edir . 
Elmi ədəbiyyatda şəxsiyyətin siyasi subyektivliyinin aşağıdakı əsas meyarlara malik olduğu göstərilir: 
-
 
Şəxsiyyətin müəyyən şüurluluğa və mütəşəkkillik səviyyəsinə malik olmaqla, həyata kecirdiyi 
siyasi fəaliyyət qabiliyyəti, siyasi qərarların qəbul edilməsində və yerin əyetirilməsində iştirakının 
imkanları;  
-
 
Onun müxtəlif sosial birliklərə və qruplara ideoloji, təşkilatı və tərbiyəvi təsirinin səviyyəsi
-
 
Siyasi fəaliyyəti müstəqil və sərbəst həyata keçirmək, onu tənzim etmək məharəti
-
 
Şəxsiyyətin  öz  siyasi  fəaliyyətinin  törədə  biləcəyi  mühüm  ictimai  nəticələri  irəlicədən  görə 
bilməsi və lazım gəldikdə bu fəaliyyətdən imtina etmək bacarığı. 
Müasir  şəxsiyyətin  siyasi  fəaliyyətinin  başlıca  obyektlərini  cəmiyyətin  siyasi  və  hüquqi 
münasibətləri və təsisatları təşkil edir.O öz siyasi mənafelərini reallaşdırmaq üçün  ya onları möh-
kəmləndirməyə çalışır, ya da onları yenilşdirmək uğrunda mübarizə aparır (7,169). 
Fəlsəfi ədəbiyyatda şəxsiyyətin fəaliyyətini şərtləndirən amillərin təlabat, mənafe və məqsəd olduğu 
fikri  geniş  yayılmışdır  (6,  s.184).  Bu  eynilə  də  onunsiyasi  fəaliyyət  növünə  aiddir.Yeganə  fərq 
burasındadır  ki,  siyasi  fəaliyyətdə  bu  amillər  konkretləşmiş  şəkildə,  yəni  siyasi  təlabatlar,  siyasi 
mənafelər və siyasi məqsədlər formasında çıxış edir. Lakin nəzərdə tutmaq lazımdır ki, şəxsiyyətin 
mənafeyi onun şüurunda heç də həmişə adekvat əks olunmur. Müxtəlif səbəblər (cəmiyyətin ümumi 
yetkinlik  səviyyəsinin  aşağı  olması,  konkret  şəxsiyyətin  kifayət  qədər  inkişaf  etməməsi,  ona 
göstərilən ideoloji təzyiqin güclü olması və s.) üzündən mənafe şəxsiyyətin şüurunda təhrif olunmuş 
formada və ya illüziyalı şəkildə də inikas edə bilir .Sonuncu vəziyyət şəxsiyyətin nəzəri şüurundan 
daha  çox  onun  adi,  empirik  səviyyəsində  müşahidə  olunur.  Açıq  cəmiyyətə  keçid  dövründə 
şəxsiyyətin yuxarıda qeyd olunan göstəricilərində ciddi irəliləyişlər baş verir. Keçmiş rejim nəinki 
təkcə  siyasi  həyatda  kor–koranə  itaət  təlqin  edirdi,  həm  də  özünün  spesifik  psixologiyasını  və 


155 
təfəkkür üslubunu  yaradırdı ki,  burada hakimiyyətə pərəstiş , insan hüquqlarına hörmətsizlik, sadə 
yollarla, düşünmədən qərar qəbul etmək əsas yer tuturdu. 
Müasir  dövrdə  şəxsiyətin  siyasi  fəaliyyətinin  strukturu  da  xeyli  dərəcədə  mürəkkəbdir. 
Burada ilk öncə yaxın (taktiki) və perspektiv (strateji )siyasi məqsədləri düzgün müəyyənləşdirmək 
məharəti qeyd olunmalıdır. 
Siyasi  fəaliyyətin  ikinci  mühüm  struktur  ünsürü  şəxsiyyət  tərəfindən  öz  siyasi  məqsədini 
həyata keçirmək üçün səmərəli metodların, vasitələrin və formaların seçilməsidir. 
Siyasi  cəhətdən  yetkin  şəxsiyyət  öz  fəaliyyətində  geniş  dünyagörüşü,  müdrikliyi  və  siyasi 
təcrübəni  düzgün  əlaqələndirməklə,  nəinki  təkcə  siyasi  vəziyyəti  düzgün  təhlil  etməyi  bacarır,  o 
həm də siyasi prosesləri irəlicədən xeyli dərəcədə dəqiqliklə proqnazlaşdırmaq qabiliyyətinə malik 
olur. Bu keyfiyyət onun siyasi fəallığını daha yaradıcı və geniş miqyaslı edir . 
Şəxsiyyətin siyasi fəallığının artması açıq cəmiyyətə keçid dövrünün zəruri şərti və ayrılmaz 
tərkib  hissəsidir.  Hazırda  ictimai  həyatın  bütün  sahələrində  özünü  göstərən  əsaslı  və  dərin 
dəyişikliklər,demokratikləşmənin ardıcıl həyata keçirilməsi, şəxsiyyətin siyasi fəallığının artması ilə 
bilavasitə  bağlıdır.  Bu  təsadufi  olmayıb,  açıq  cəmiyyət  quruculuğunda  iqtisadi,  sosial  və  mənəvi 
sahələrdə  olduğu  kimi  siyasi  həyatda  da  insan  amilini  fəallaşdırmağın  müstəsna  dərəcədə  böyük 
əhəmiyyəti  ilə  izah  olunur.İndi  siyasi  fəallğın  artırılması  cəmiyyətimizin  qarşısında  duran  geniş 
miqyaslı  və  mürəkkəb  vəzifələr  kompleksinin  həllinin  əsas  amillərindən  birinə  çevrildiyi  üçün, 
onun  real  vəziyyətinin  təhlili,  gələcək  inkişafının  yolları  və  vasitələrinin  axtarıb  tapılması  ,  təkcə 
nəzəri baxımdan deyil, eləcə də praktiki mənada son dərəcə zəruridir. 
Müasir  cəmiyyətin  siyasi  sistemində  həyata  keçirilən  əsaslı  islahatlar,  şəxsiyyətin  siyasi 
fəaliyyətini,  siyasi  münasibətlər  sferasına  daxil  olmasının  xarekterini  və  üsullarını  əsaslı  surətdə 
yeniləşdirir  ki,  bu  da  öz  növbəsində  onun  siyasi  fəallığı  qarşısında  əvvəllərdə  görünməmiş  yeni 
üfüqlər açır. Digər tərəfdən, siyasi fəallığın artması insanın şəxsiyyət kimi yetişməsində mühüm rol 
oynayır.  Deyilənlərdən  aydın  olur  ki,  siyasi  fəallıq  müasir  şəxsiyyətin  strukturunda  müstəsna 
dərəcədə  ciddi  rola  malik  komponentdir.  Bu  fəallığın  ümumi  mahiyyətini  və  konkret  təzahür 
formalarını,  onu  sosial  keyfiyyət  kimi  səciyyələndirən  cəhətləri  və  xususiyətləri  dərindən  təhlil 
etməklə onu məqsədyönlü şəkildə formalaşdırmaq və inkişaf etdirmək zəruridir.  
Şəxsiyyətin siyasi fəallığının mahiyyəti və konkret təzahür formalarını araşdırmaqdan əvvəl 
öncə bu anlayışın məzmununu açmaq tələb olunur. Bununla əlaqədar qeyd edək ki,fəlsəfi–sosioloji 
ədəbiyyatda şəxsiyyətin siyasi fəallığının mahiyyəti, xüsusiyyətləri və funksiyaları haqqında vahid 
rəy demək olar ki, yoxdur. 
Siyasi  fəallıq  anlayışının  məzmunu  çox  geniş  olub  ,  şəxsiyyətin  siyasətdə  iştirakının  müxtəlif 
formalarının məcmusunu ifadə edir. Siyasi fəallıq , əmək fəallığı və mənəvi fəallıqla yanaşı sosial fəallığın 
çox  mühüm  növü  olmaqla,  onun  siyasi  münasibətlər  sisteminə  cəlb  olunması  dərəcəsini,  ölçüsünü  və 
səviyyəsini əks etdirir, şəxsiyyətin ictimai vəzifələrin həllində iştirakının göstəricisidir. (8, с.220) 
Müasir şəraitdə şəxsiyyət aktiv siyasi fəaliyyətin subyekti kimi cəmiyyətin həyat fəaliyyəti-
nin bütün sahələrinin inkişafının müəyyənedici amillərindən birinə çevrilmişdir. Hazırda siyasi fəal-
lıq  şəxsiyyətin  təkcə  siyasi  və  ictimai  institutların  formalaşmasında  və  fəaliyyətində  bilavasitə  və 
yaxından iştirakı  ilə məhdudlaşmır, həm  də şəxsiyyətin işgüzarlığını və  öz iş  yerində səlahətliliyi-
nin, özünü tərbiyə və özünü təkmilləşdirməsinin qüdrətli vasitəsi kimi çıxış edir. 
Deyilənlər sübut edir ki,şəxsiyyətin siyasi fəallığına onun həyat fəaliyyətinin spesifik forması kimi 
yanaşmaqla, onu inteqrativ və polufunksional daşıyan bütöv proses kimi araşdırmağa ehtiyac vardır.  
Şəxsiyyətin siyasi fəallığının məzmununda yaranan yeni keyfiyyət hər şeydən əvvəl bunda 
təzahür  edir  ki,  ardıcıl  və  hərtərəfli  demokratikləşmə  şəraitində  bir  tərəfdən  şəxsiyyətin  siyasi 
hakimiyyətin reallaşdırılmasında iştirakının dərəcəsi qeyri–adi dərəcədə artır, onun ənənəvi təzahür 
formaları zənginləşir, digər tərəfdən, şəxsiyyətin həyat fəaliyyətinin başqa sahələri ilə onun qarşılıq-
lı əlaqələri daha da möhkəmlənir, siyasi fəallığın həmin sahələrə nüfuz etməsi prosesi sürətlənir. 
Şəxsiyyətin  siyasi  fəallığı  mövcud  ictimai  münasibətlərin  xarekteri,  məzmunu  və  inkişaf 
istiqamətləri,  real  əmək  bölgüsü  formaları  əsasında  formalaşsa  da  ,  bu  prosesdə  şəxsiyyətin  öz 
fəaliyyətində  yerinə  yetirdiyi  konkret  ictimai  funksiyalar  da  çox  mühüm  rol  oynayır.  Onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə