Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   78   79   80   81   82   83   84   85   ...   164

168 
danışıqlar  zamanı  konqresin  Azərbaycana  qarşı  tətbiq  etdiyi  “Azadlığı  müdafiə  haqqında  akt”a 
edilən  907-ci  düzəlişin  aradan  qaldırılması  zərurətini  və  yardım  göstərilməsinin  vacibliyini, 
Ermənistan – Azərbaycan münaqişəsinin dinc yolla həllində dünya birliyinin rolunun əhəmiyyətini 
onlara çatdırmışdır [3].
 
 
ABŞ  Prezidenti  Bill  Klintonun  dəvəti  ilə  1997-ci  ilin  iyul-avqust  aylarında  Azərbaycan 
Respublikasının  Prezidenti  Heydər  Əliyev  bu  ölkədə  rəsmi  səfərdə  olarkən  Amerika  Birləşmiş 
Ştatlarında  yaşayan  Yəhudi  İcmalarının  Prezidentləri  Konfransı  Təşkilatının  nümayəndələri  ilə 
görüş  xüsusi  yer  tutdu.  Nyu  Yorkda  “Qrand  Hyatt”  otelində  ABŞ-dakı  Yəhudi  İcmalarının 
Prezidentlərinin  Konfransı  Təskilatı  adından  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər 
Əliyevin  sərəfinə  rəsmi  qəbul  təşkil  olundu.  Qəbulda  Nyu  York  Şəhər  Şurası  adından  yəhudi 
icmalarının  ən  aparıcı  liderlərindən  biri  Piter  Vilon  yəhudilərin  və  Azərbaycan  xalqının 
dostluğundan  söhbət açdı, Azərbaycanın haqq işini dəstəklədiklərini bildirdi [8, X kit., 68]. Heydər 
Əliyev isə iki xalq arasında münasibətlərdən danışarkən dedi : “Azərbaycan xalqı böyük və zəngin 
tarixə və çox qədim mədəniyyətə, ənənələrə malik bir xalqdır, ölkədir. Ölkəmizdə azərbaycanlılarla 
yanaşı,  bir  çox  digər  millətlərin  nümayəndələri  də  yaşayırlar.  Azərbaycan  həmişə  çoxmillətli  bir 
ölkə  olubdur,  bu  gün  də  çoxmillətli  bir  ölkədir.  Biz  bunu  ölkəmizin  üstünlüyü  hesab  edirik.  Biz 
Azərbaycanı  heç  vaxt  təkmillətli  bir  dövlətə  çevirmək  fikrində  olmamışıq.  Ona  görə  də 
Azərbaycanda  yaşayan  insanlar  milliyyətindən  asılı  olmayaraq  həmişə  bərabərhüquqlu  olmuşlar. 
Azərbaycanda bu gün də bütün başqa millətlərə məxsus olan, yaşayan insanlar da respublikamızın 
vətəndaşlarıdır  və  ölkəmizdə  eyni  hüquqlara  malikdirlər.  Azərbaycanda  yəhudilər  də  çox  qədim 
dövrdən  indiyədək  yaşamışlar  və  yaşayırlar.  Onlar  Azərbaycanın  vətəndaşlarıdır  və  Azərbaycan 
onlar üçün doğma vətəndir” [8, X kit., 68].  
Yəhudilərin  Azərbaycanın  ictimai-siyasi,  iqtisadi  həyatında  iştirakına  diqqəti  cəlb  edən 
Heydər Əliyev vurğulayırdı : “Bu gün sizə bildirmək istəyirəm ki, xalqımızın, Azərbaycanın milli 
mədəniyyətinin,  iqtisadiyyatının,  səhiyyəsinin  inkişafında  yəhudi  millətinə  mənsub  Azərbaycan 
vətəndaşlarının xidməti çox olmuşdur. XIX əsrin ikinci  yarısında, XX əsrin əvvəlindən indiyədək 
Azərbaycanın  elmində,  mədəniyyətində, iqtisadiyyatında,  ali təhsilində xidmət  göstərən insanların 
fəaliyyətini  biz  xüsusi  qeyd  edirik.  Onlar  Azərbaycan  xalqının  həyatına  çox  böyük  faydalar 
vermişlər. Onlar bizim üçün həmişə əzizdirlər. Yəhudi millətindən olan böyük alimlər, mədəniyyət, 
musiqi xadimləri, həkimlər, səhiyyə sahəsində çalışan böyük insanlar Azərbaycanda çox olmuşlar, 
onlar həmişə xalqımızın hörmət və ehtiramını qazanmışlar” [8, X kit., 69]. 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  son  illər  yəhudi  millətindən  olan 
Azərbaycan  vətəndaşlarının  bir  qisminin  başqa  ölkələrə,  o  cümlədən  İsrailə,  Amerika  Birləşmiş 
Ştatlarına  və  digər  yerlərə  getməsi  məsələsinə  də  toxunaraq  dedi :  “…biz  bilirik  ki,  onlar 
Azərbaycanı  heç  vaxt  unutmamışlar,  vaxtaşırı  respublikamıza  gəlirlər,  xalqımızın  ənənələrini  o 
ölkələrdə yayırlar, təbliğ edirlər. Hiss edirik ki, onlar çox zaman Azərbaycan üçün darıxırlar. Mən 
bilirəm  ki,  İsraildə  respublikamızdan  getmiş  Azərbaycan  vətəndaşları  –  yəhudilər  böyük  bir 
Azərbaycan  icması  təşkil  ediblər.  Hətta  orada  Bakı  adını  daşıyan  küçələr,  restoranlar  və  Bakının, 
Azərbaycanın adını daşıyan çox gözəl müəssisələr vardır. Bildirmək istəyirəm ki, Azərbaycanın çox 
böyük,  maraqlı  sərvətləri  vardır.  Onlardan  biri  də  dadlı  yeməkləridir.  Azərbaycandan  getmiş 
yəhudilər bu yeməkləri başqa ölkələrdə, xüsusən İsraildə çox geniş təbliğ edirlər…” [8, X kit., 69].  
Çıxışında  İsrail  ilə  əlaqələrin  perspektivinə  toxunan  Heydər  Əliyev  vurğulayırdı : 
“Azərbaycan ilə İsrail arasında əlaqələr dostluq əlaqələridir. Biz bu əlaqələri gündən-günə inkişaf 
etdiririk.  Mən  bu  son  illərdə,  qısa  müddətdə  İsrailin  keçmiş  Baş  Naziri  mərhum  İshak  Rabinlə, 
keçmiş  Baş  Naziri  Şimon  Pereslə  görüşlər  keçirmişəm,  danışıqlar  aparmışam.  Keçən  ilin  dekabr 
ayında  mən  Lissabonda  olarkən  İsrailin  indiki  Baş  Naziri  cənab  Netanyahu  ilə  görüşmüşəm.  Biz 
onunla  məktublaşırıq.  Mən  ona  məktub  göndərmişdim.  Mən  buraya  gəlməmişdən  bir  neçə  gün 
əvvəl o mənə məktub göndəribdir. Bu ölkənin həm Prezidenti, həm də Baş Naziri məni İsrailə dəvət 
ediblər.  Mən  bu  dəvəti  məmnuniyyətlə  qəbul  etmişəm  və  yaxın  vaxtlarda  həyata  keçirəcəyəm. 
Hesab  edirəm  ki,  İsrailin  Azərbaycandakı  səfirliyi  çox  yaxşı  fəaliyyət  göstərir.  Onların 
Azərbaycanda işləmələri üçün hər cür şərait  yaradılıbdır. Mən İsrailin respublikamızdakı səfiri ilə 
dəfələrlə  görüşmüşəm,  lazım  olan  vaxtlarda  onu  qəbul  edirəm.....Amerika  Birləşmiş  Ştatlarında 


169 
Yəhudi  Təşkilatları  Prezidentləri  Konfransı  Təşkilatını  mən  çox  əhəmiyyətli  bir  təşkilat  kimi 
yüksək  qiymətləndirirəm.  Bilirəm  ki,  bu  konfrans,  icmalar  Amerikada  böyük  nüfuza  malikdir. 
Onlar  çox  gərəkli  işlər  görürlər,  böyük  imkanlara  malikdirlər.  Hesab  edirəm  ki,  Azərbaycan  ilə 
Amerikadakı Yəhudi  İcmaları Prezidentləri  Konfransı  Təşkilatı arasında  əlaqələr  yaranır. Mən bu 
əlaqələrin bundan sonra da davam etməsinin tərəfdarıyam. Güman edirəm  ki, biz yaxşı əməkdaşlıq 
edə bilərik” [8, X kit., 72].  
Azərbaycan Respublikasının Prezidenti Ermənistan ilə atəşkəs və erməni lobbi məsələsindən 
danışarkən vurğulamışdır: “Atəşin dayandırılması haqqında üç il bundan əvvəl saziş imzalanıbdır. 
Üç ildir ki, sülh,  yəni atəşkəs var. Biz daimi sülh əldə etmək üçün danışıqlar aparırıq. Mən ümid 
edirəm  ki,  biz  məsələnin  sülh  yolu  ilə  həllinə  nail  olacağıq….  Bizim  belə  dostlarımız  artdıqca 
Amerika Birləşmiş Ştatlarında Azərbaycana qarşı ədalətsizlik edən erməni diasporunun da qarşısını 
ala bilərik. Bizim Amerikada lobbimiz yoxdur. Amma ermənilərin çox güclü lobbisi vardır... Amma 
bizim  burada  lobbimiz  olacaqdır.  Bizim  lobbimiz  dostlarımız  olacaq,  o  cümlədən  Amerika 
Birləşmiş  Ştatlarındakı  yəhudi  icmaları,  sizlər  bizim  lobbimiz  olacaqsınız.  Mən  buna  çox  ümid 
bəsləyirəm. Güman edirəm ki, siz mənim bu fikirlərimlə razı olarsınız…” [8, X kit., 74]. 
Görüşdə  ikitərəfli  münasibətlərə  toxunan  Heydər  Əliyev  demişdir :  “Azərbaycan  sülhsevər 
ölkədir,  xalqımız  sülhsevər  xalqdır.  Azərbaycan  çoxmillətli  ölkədir  və  bütün  millətlərin 
nümayəndələri burada bərabər hüquqlarla yaşayır və fəaliyyət göstərirlər. Azərbaycan bir çox əsrlər 
yəhudilər  üçün  də  doğma  vətən  olubdur,  yaşayış  yeri  olubdur.  Yəhudilər  azərbaycanlılarla  birlikdə 
Azərbaycanda  əsrlər  boyu  dostluq,  mehribanlıq  şəraitində  yaşayıblar.  Bu  gün  də  yəhudilər 
Azərbaycanın  tam  bərabər  hüquqlara  malik  vətəndaşlarıdır  və  Azərbaycan  onlar  uçün  doğma 
vətəndir.  Bunların  hamısı  bizim  əməkdaşlığımız  üçün  yaxşı  imkan  yaradır.  Mən  hesab  edirəm  ki, 
bugünkü  görüş  İsrail 

  Azərbaycan  əməkdaşlığı  üçün  yeni  bir  mərhələ  açır.  ...Amerika  Birləşmiş 
Ştatlarına  mənim  bu  yaxınlardakı  rəsmi  səfərim  Azərbaycanla  ABŞ  arasındakı  əlaqələrdə  tarixi  bir 
hadisə  olmuşdur.  Amerika  Birləşmiş  Ştatlarının  Prezidenti  və  Azərbaycan  Prezidenti  ölkələrimiz 
arasında  əməkdaşlığı,  tərəfdaşlıq  əlaqələrini  inkişaf  etdirmək  üçün  mühüm  bir  sənəd  imzalamışlar. 
Biz  bunu  çox  yüksək  qiymətləndiririk.  ABŞ  kimi  böyük  bir  ölkə,  inkişaf  etmiş  ölkə  ilə  tərəfdaşlıq 
əlaqələri  qurmağı  və  inkişaf  etdirməyi  özümüz  üçün  çox  mühüm  bir  hadisə  hesab  edirik.  Bizim 
Amerika ilə əməkdaşlığımızda İsrail – Azərbaycan əməkdaşlığının da çox mühüm əhəmiyyəti var” [8, 
XII kit., 111]. 
İsrail  Dövlətinin  Baş  Naziri  ölkəsinin  Azərbaycan  Respublikası  ilə  qarşılıqlı  faydalı 
münasibətlərin  inkişafına  böyük  əhəmiyyət  verdiyini,  siyasi,  iqtisadi,  ticarət,  elm,  təhsil, 
mədəniyyət,  humanitar  və  digər  sahələrdə  əməkdaşlığın  böyük  potensialının  olduğunu  qeyd  etdi. 
Onun fikrincə, tərəflər əlaqələri genişləndirmək üçün səylərini artıra bilərdilər. 
Vaşinqton  İnstitutunun  tədqiqatlarına  əsasən  İsrail  həmçinin  Azərbaycana  təhlükəsizlik  və 
tədqiqat-təşviqat  məsələlərində  təcrübənin  və  hərbi-texnikanın  çatdırılmasında  mühüm  rol 
oynayırdı.  Bu  ölkə  Xəzər  dənizi  regionunda  və  İran  sərhədində  elektron  qulaqasma  qurğularının 
quraşdırılması  məsələsində  də  faydalı  ola  bilərdi.
   
Lakin  Azərbaycan  tərəfi  İsrail  ilə 
münasibətlərindən qonşusu olan İran İslam Respublikasına qarşı istifadə etmədi.  
Artıq qeyd  edildiyi  kimi,  İsrail Dövlətinin  Baş  Naziri Benjamin  Netanyahunun 1997-ci ildə 
Bakıya  səfərindən  sonra  iki  ölkə  arasında  münasibətlər  yeni  mərhələyə  qədəm  qoydu.  Məhz  bu 
mərhələdə  iki  ölkə  arasındakı  münasibətlərin  yaxşılaşması  Azərbaycan  silahlı  qüvvələrinin 
modernləşməsinə təkan  verdi.  İsrail hərbi dairələri Azərbaycanı  hərbi hava təyyarələri,  artilleriya, 
antitank  müdafiəsi  ilə  təmin  etdi  [9].  İsrail  və  Azərbaycan  100  milyon  dollarlıq  dəyərində  hərbi 
müqavilə imzaladılar. Müqaviləyə uyğun olaraq bir çox İsrail firmaları bu işə cəlb olundular. İsrail 
hərbi sənayesi Azərbaycanı uzaqmənzilli raketlər və hərbi avadanlıqlarla təchiz etdi [10]. 
İsrail  Dövləti  Azərbaycanı  ABŞ  konqresi  tərəfindən  qəbul  olunmuş  907-ci  düzəlişin  ləğvi 
məsələsində də dəstəkləmişdir [11]. 
Azərbaycan tərəfinin bu soyqırıma münasibəti 1999-cu il aprelin 22-də Heydər Əliyevin ABŞ-
a  rəsmi  səfəri  ərəfəsində  Holokost  muzeyindəki  çıxışı  zamanı  bir  daha  bəyan  edildi.  Azərbaycan 
Respublikasının  Prezidenti  dedi:  “Yəhudi  xalqı  tarix  boyu  çox  böyük  sınaqlarla  üzləşmiş,  ağır 
sınaqlardan  keçərək  öz  qədim,  zəngin  mədəniyyətini,  öz  mənliyini  qoruyub  saxlaya  bilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə