Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.

səhifə1/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   28


 

Məhərrəm Zülfüqarlı 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ŞAMAXI SOYQIRIMI 

1918 

SHAMAKHI GENOCIDE 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı-2011 

 

 

 



 


 

 



 

Layihənin rəhbəri: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım 

Assosiasiyasının Prezidenti, Şamaxının Millət Vəkili 

Elxan Süleymanov 

 

 



Müəllif: Tarix elmləri üzrə fəlsəfə doktoru 

Məhərrəm Zülfüqarlı 

 

 



Elmi redaktor: Tarix elmləri doktoru, professor 

Kərim Şükürov 

 

 

Redaksiya heyəti: 



Fuad Babayev 

Təranə Babayeva 

Şahin Camalov 

Vəli Əlibəyov 

Dəyanət Musayev 

Ramiz Sevdimalıyev 

 

 



 

 

Kitabda  1918-ci  ilin  mart-aprel  aylarında  Şamaxıda  erməni  silahlıları 



tərəfindən  törədilmiş  soyqırımdan  bəhs  olunur.  Bakı  Sovetinin  yardımı  ilə 

ermənilərin  bu  cinayətləri  törətməkdə  əsas  məqsədləri  təbii  sərvətlərlə  zəngin 

olan Azərbaycan ərazisində, ilk növbədə Bakı və onun ətrafında etnik təmizləmə 

aparmaqla bu əraziləri Sovet Rusiyasına tabe etməkdən ibarət idi. 

 

 

 



 

ISBN 978-9952-8135-3-9 

 

470710000  qrifli nəşr 



036-2011 

 

©AVCİYA 2011 




 

Ön söz 

 

90 ildən çoxdur ki, erməni diasporu beynəlxalq ictimaiyyətə birtərəfli, 



çox vaxt yanlış və hətta qəsdən təhrif edilmiş mənbələrdən məlumatlar verir. Bu 

gün  bəzi  ölkələrin  parlamentləri  və  ictimaiyyəti  1915-ci  il  hadisələrini  erməni 

iddiaları əsasında “soyqırım” kimi tanımış və ya tanımağa hazırlaşır. 

Təəssüf  ki,  Türkiyə  15  il  əvvələ  qədər  bu  sahədə  səssiz  qalmağa 

üstünlük  verib,  bu  məsələnin  zaman  keçdikcə  ermənilər  tərəfindən  gündəliyə 

gətirilməyəcəyini  güman  edib.  Ancaq  əksinə,  erməni  diasporu  Amerika 

Birləşmiş  Ştatlarında  və  bir  çox  başqa  ölkələrdə  bu  məqsədlə  sanki  bir  şirkət 

kimi təşkilatlanmış, minlərlə adam yaşayışlarını təmin etmək üçün bunu özlərinə 

peşə  seçmişdir.  Erməni  diasporu  uydurma  erməni  soyqırımı  iddialarını  daima 

gündəmdə  saxlayaraq  bir  tərəfdən  dünyanın  bir  çox  ölkələrində  ermənilər 

arasında  öz  mənsubiyyətlərini  qorumaq  məqsədini  qarşısına  qoyur,  digər 

tərəfdən Türkiyədən kompensasiya tələbini və hətta torpaq iddialarını bir təzyiq 

vasitəsi kimi davam etdirmək istəyir. 

Erməni  diasporunun  90  ildən  artıqdır,  yazılı  və  elektron  mediada 

yaydığı  birtərəfli  və  tamamilə  obyektivlikdən  uzaq  məlumatlar  əlbəttə  ki,  öz 

təsirini  göstərib,  yanlış  və  təhrif  edilmiş  iddialar  tədricən  bəzi  ölkələrdə  sanki 

yeganə həqiqət kimi qəbul edilməyə başlanıb. 

Son  illərdə  Ermənistan  və  erməni  diasporunun  1915-ci  il  hadisələrini 

çox  tez-tez  ictimaiyyətin  və  bəzi  ölkələrin  parlamentlərinin  gündəliyinə 

gətirməsinin  ən  vacib  səbəbi  də  budur  ki,  onlar  19  il  əvvəl  Rusiyanın  ağır 

silahları ilə işğal etdikləri Azərbaycan ərazilərini, bir milyona yaxın Azərbaycan 

qaçqını  və  Dağlıq  Qarabağ  məsələsini  beləliklə,  diqqətdən  kənarda  saxlamağa 

çalışırlar. Bu strategiya son dərəcə düşüncəli bir şəkildə diqqətlə həyata keçirilir. 

Şübhəsiz ki, Ermənistan və erməni diasporu xüsusilə 1918 ci ilin mart-

aprel  aylarında  Azərbaycan  türklərinə  qarşı  həyata  keçirdikləri  qətliamları  və 

1992-ci  ildə  darmadağın  edilən  Xocalıda  əksəriyyəti  qadın  və  uşaq  olan  630 

insanın qətlə yetirildiyini də gündəlikdən kənarda saxlamağa çalışır. 

Beynəlxalq  ictimaiyyət  artıq  həqiqətləri  obyektiv  mənbələrdən 

öyrənməlidir. Buna  görə  də Türkiyə  ilə  Azərbaycan bu  məsələyə  böyük Önəm 

verərək  təhrif  edilməmiş,  dəyişdirilməmiş  mənbələri  və  müxtəlif  ölkələrdəki 

arxiv  sənədlərini  əsas  dillərdə  nəşr  edərək  dünya  ictimaiyyətinin  obyektiv 

məlumatlar almasını təmin etməlidir. 

Əgər  Ermənistan  və  erməni  diasporu  bu  günə  qədər  beynəlxalq 

ictimaiyyətə  təqdim  etdikləri  məlumat  və  mənbələrin  həqiqiliyinə  belə 

inanırlarsa,  Rusiya,  Fransa,  Almaniya,  İngiltərə,  ABŞ,  Türkiyə,  Ermənistan  və 

Azərbaycandakı  sənədlərlə,  mənbələrlə  və  arxiv  məlumatları  ilə  üzləşməkdən 

niyə çəkinir? Niyə Türkiyənin bu mənbələrin türk, erməni və beynəlxalq tarixçi-

mütəxəssislərdən ibarət komissiya tərəfindən araşdırılması ilə bağlı təklifini rədd 

edirlər?  Əgər  Ermənistan  və  erməni  diasporu  ətraflı  bir  araşdırma  nəticəsində 

həqiqətlərin üzə çıxmasından və beynəlxalq ictimaiyyətə bu günə qədər qəsdən 




 

səhv  məlumatların  verilməsi  faktının  aşkara  çıxmasından  narahat  deyilsə, 



Türkiyənin bu təklifi niyə qəbul edilmir? 

Dünyanın  bir  çox  yerlərində  eyni  regionda  yaşayan  və  ya  bir-birinə 

qonşu  olan  ölkələrdə  xalqlar  uzun  müddət  müharibə  etmiş,  son  dərəcə  kədərli 

hadisələr baş vermişdir. Bunun ən bariz  nümunəsi olaraq, Almaniya  və  Fransa 

arasında  İkinci  Dünya  müharibəsinə  qədər  yüz  illər  boyunca  davam  edən 

müharibələr  və  iki  xalqın  çəkdiyi  ağlasığmaz  əziyyətləri  göstərmək  olar. 

Almaniya  və  Fransa, 1950-ci  illərdən etibarən tarixin bu kədərli səhifələrindən 

dərs alaraq mehriban və hətta dostcasına qonşuluq münasibətləri yarada biliblər. 

Bunun ilk şərti isə hər iki tərəfin də həqiqətləri olduğu kimi aşkara çıxarılması 

istəyi və gözəl qonşuluq münasibətlərinin qurulmasında təkid etmələridir. 

Azərbaycan  və  Türkiyə  ilə  mehriban  qonşuluq  münasibətlərinin 

yaranması və Qafqazda sülhün bərqərar edilməsi üçün Ermənistan ilk olaraq və 

qeyd-şərtsiz bir çox beynəlxalq qərarlara əməl edərək, Azərbaycanın işğal etdiyi 

ərazilərini  boşaltmalı,  qaçqınlar  öz  evlərinə  geri  qayıtmalı  və  Dağlıq  Qarabağ 

münaqişəsinin  sülh  yolu  ilə  həllinə  “hə”  deməlidir.  Sülhün  və  yaxşı  qonşuluq 

münasibətlərinin təmini bu ölkələrin xalqlarının xeyrinə olacaqdır. Ərazilərinin 

beşdə birinin işğalı və bir milyona yaxın insanın yurdundan-yuvasından didərgin 

düşməsi ilə Azərbaycanın barışacağını ümid etməyə heç bir ölkənin, o cümlədən 

Ermənistanın haqqı yoxdur. 

Çar  Rusiyası  əsrlər  boyunca  müharibə  vəziyyətində  olduğu  Osmanlı 

İmperiyası  ilə  sərhəd  bölgəsində  öz  nəzarəti  altında  xristian  dininin  hakim 

olduğu  bufer  zona  yaratmaq  məqsədilə  Qərbi  Qafqazda  erməni  əhalisinin 

artması  üçün  qədimdən  bəri  bir  siyasət  həyata  keçirmişdir.  Erməniləri  bu 

ərazilərə  köçürdərək  əhali  arasındakı  tarazlığı  ermənilərin  lehinə  dəyişdirməyə 

çalışıblar.  Bu  gün  həllini  gözləyən  Dağlıq  Qarabağ  münaqişəsi  də  bu  siyasət 

nəticəsində yaranıb. 

Məhz  bu  nəşr,  xüsusilə  1918-ci  ilin  mart-aprel  aylarında  ermənilərin 

Azərbaycan türklərinə qarşı törətdikləri qətliamı aşkara çıxarmaq və beləliklə də 

bu  vacib  tarixi  hadisənin  bütün  çılpaqlığı  ilə  göstərilməsinə  imkan  vermək 

məqsədini daşıyır. 

 

Prof.Dr. Haqqı Kəskin 

 

Almaniya Parlamentinin millət vəkili və Avrova Şurası Parlament 

Assambleyasının üzvü (2005-2009) 

 

 

 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə