Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   2   3   4   5   6   7   8   9   ...   28

12 

 

soyqırımına  bir  həftə  qalmış  erməni  millətçi  partiyası  olan  “Daşnaksütyun” 



Bakıda  hakimiyyəti  ələ  keçirməyin  zəruri  olduğunu  elan  etmişdi.  Belə 

vəziyyətdə müsəlman əhali Bakı, Gəncə və Lənkəranda özünümüdafiə dəstələri 

yaratmağa başlasalar da bu işlər çox ləng aparılırdı. 

Antanta  dövlətlərinin  bu  şəraitdən  erməni  hərbi  birləşmələrindən  öz 

məqsədləri üçün istifadə etmək cəhdləri və bununla da yerli əhalinin faciələrinə 

biganə  münasibətləri  vəziyyəti  daha  da  ağırlaşdırırdı.  Böyük  Britaniya  Xarici 

İşlər  Nazirliyinin  4  yanvar  1918-ci  il  tarixli  gizli  məlumatı  ingilislərin  Cənubi 

Qafqazdakı  maraqlarını  Özündə  əks  etdirirdi.  Bu  sənəddə  Türkiyə  əleyhinə 

təbliğata  xüsusi  yer  verilirdi.  Cənab  R Koksun  məruzəsində  deyilirdi:  “Qafqaz 

müsəlmanları arasında təbliğatın sxemi sadədir. Biz elə etməliyik ki, Ərəbistan 

kralı  Qafqaza  nüfuzlu  bir  nümayəndə  heyəti  göndərərək  oradakı  və  Krımdakı 

müsəlmanlardan  ərəblərin  müqəddəs  yerləri  türk  işğalçılarından  azad  etmələri 

üçün  dəstək  alsınlar.  Bundan  başqa  onları  müharibəni  davam  etdirməyə  və 

Qafqaz  cəbhəsində  maksimum  sayda  türk  əsgəri  saxlamağa  həvəsləndirmək 

lazımdır.” (18) 

Münaqişə dövründə qırğının qarşısını almaq məqsədilə ruhanilərin əldə 

etdiyi razılaşmaya erməni silahlıları belə cavab vermişdi: “Müsəlman ruhaniləri 

erməni  ruhaniləri  ilə  barışa  bilər,  lakin  erməni  xalqı  müsəlmanlarla  müharibə 

istəyir və bu işdə onu İngiltərə müdafiə edəcək.” (19) 

Rusiya  imperiyasının  dağılmasından  sonra  erməni  siyasətçilərinin 

ingilispərəst  təbliğat  aparması  müsəlmanlar  arasında  ingilislərə  münasibətin 

dəyişməsinə  səbəb  olmuşdu.  Onlar  Cənubi  Qafqaz  Seyminə  müraciət  edərək 

İngiltərə  höküməti  ilə  danışıqları  dayandırmağı  tələb  etmiş  və  ingilis  hərbi 

hissələrinin Qafqaza gəlməsinin əleyhinə olduqlarını bildirmişlər. 

Kapitan  Noel  Azərbaycanda  ingilislərə  münasibətin  pisləşməsi  ilə 

əlaqədar 1918-ci ilin 22 yanvarında  yazırdı: “Mən 6 həftə  əvvəl burada olanda 

Azərbaycan  icmasının  rəhbərləri  özlərini  bizlə  əsil  dost  kimi  aparırdılar.  İndi, 

mən Bakıya qayıtdıqdan sonra onların münasibətlərinin dəyişərək şübhəli və pis 

gizlədilən  düşmənçiliklə  əvəz  olunduğunu  aşkara  çixardım.  Bu  aşağıdakılarla 

izah oluna bilər: 

1.

 

Bizim  erməni  maraqlarına  üstünlük  verməyimizlə  bağlı  yayılmış 



ümumi rəylə. 

2.

 



Faktlar sübut edir ki, ermənilər bu rəyi gücləndirir və sərbəst şəkildə 

onunla alver edirlər. 

3.

 

Erməni  milli alayının  yaradılmasının prioritet hesab edilməsi.  Mən 



belə  hesab  edirəm  ki,  bu  “biz  erməniləri  müdafiə  edir,  müsəlmanlara  etibar 

etmirik” kimi rus baş qərargahının baxışları ilə üst-üstə düşür. Mənim fikirimcə 

bu siyasət səhvdir və çox güman ki, fəlakətə aparacaq. (20) 

Öz məqsədlərinə çatmaq üçün daim hiyləgər siyasət yeridən daşnaklar 

1918-ci  ilin  mart-aprelində  Antanta  qüvvələri  uzaqda  olduğuna  görə  öz 

istəklərinə bolşeviklərin əli ilə çatmağa üstünlük verdilər. 




13 

 

1918-ci ildə Şamaxıda ermənilərin törətdiyi cinayətlər 

 

1917-ci  ildə  baş  verən  f  burjua  inqilabından  sonra  yaranmış  şərait 



“xalqlar  həbsxanası”  olan  Rusiyanın  müstəmləkələrində,  o  cümlədən 

Azərbaycanda  milli  şüurun  inkişafına  müsbət  təsir  göstərmişdir.  Bolşeviklərin 

1917-ci  il  oktyabr  çevrilişindən  sonra  bəyan  etdikləri  “millətlərin  öz 

müqəddəratını  təyin  etmək  hüququ”  millətlərin  müstəqil  dövlətlər  yaratmaq 

arzularının  reallaşdırılmasında  onlara  müəyyən  ümidlər  vermişdir.  Lakin 

oktyabr çevrilişindən dərhal sonra bolşeviklərin sözləri ilə əməlləri arasında olan 

ziddiyyətlər müstəqilliyə can atan millətləri faciələrlə üz-üzə qoydu. Bolşeviklər 

neft  və  digər  sərvətlərlə  zəngin  olan  Azərbaycanın  müstəqilliyinin  qarşısını 

almaq  üçün  yerli  əhaliyə  qarşı  soyqırım  siyasəti  həyata  keçirməyə  başladılar. 

Kommunist  rəhbərlər  tərəfindən  1918-  ci  ilin  mart  qırğını  və  1990-cı

 

il  20 


yanvar  faciəsi  dövründə  səsləndirilən  “bizə  azərbaycanlılar  deyil,  Azərbaycan 

lazımdır”  sözləri  bu  siyasətin  mahiyyətini  açıb  göstərir.  Hazırda  bir  milyondan 

artıq  azərbaycanlının  öz  vətənində  qaçqına  çevrilməsi,  Dağlıq  Qarabağ 

münaqişəsi zəminində  törədilən Xocalı  soyqrımı, Qaradağlı,  Ağdaban  və  digər 

faciələr,  Azərbaycan  ərazisinin  20%-nin  işğal  altında  olmasının  da  əsas  səbəbi 

məhz bu siyasətin müasir dövrdə davam etdirilməsidir. 

1918-ci  il  mart  qırğınlarının  əsas  səbəbləri  haqqında  əvvəllər  Bakıda 

yaşamış,  sonralar  Almaniyaya  mühacirət  etmiş,  kadet  partiyasının  üzvü 

B.Baykov  öz  xatirələrində  belə  yazmışdı:  “Çar  Rusiyasının  bütün  neftini  Bakı 

verirdi.  Neftin  əksəriyyəti  Volqa  çayı  vasitəsilə  Rusiya  şəhərlərinə 

daşınırdı.Volqada  buzların  əriməsilə  ticarət  gəmilərinin  fəaliyyəti  martın 

ortalarında başlanırdı. Bolşeviklərin təxirəsalınmaz vəzifəsi Bakını tezliklə işğal 

etmək idi.” (21) 

S.Şaumyanın  rəhbərlik  etdiyi  Bakı  Sovetinin  əksinqilabi  elementlərlə 

mübarizə  şüarı  altında  1918-ci  ilin  martından  başlayaraq  bütün  Bakı 

quberniyasında  yaşayan  azərbaycanlılara  qarşı  həyata  keçirdiyi  genosiddə 

ermənilər fəal rol oynamışlar. 

S.Şaumyanın  göstərişi  ilə  Stepan  Lalayev  yerli  əhaliyə  qarşı 

palanlaşdırılan  cinayətlərə  hazırlıq  məqsədilə  1917-ci  ilin  sonu  1918-ci  ilin 

əvvələrindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah, sursat 

paylamışdır.  Bu  dövrdə  müxtəlif  cəbhələrdən  7.000  erməni  əsgəri  Bakıya 

gətirilmişdi ki, onlar Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdi. 

Bu məsələ barədə erməni alimi Q. Avetisyan qeyd edir ki, “Bakıda 25 alay, 18 

min  döyüşçüdən  ibarət  Qızıl  Ordunun  dörd  briqadası  var  idi.  Qızıl  Ordu 

döyüşçülərinin də 70 faizi erməni idi”. (22) 

İstintaq  Komissiyası  tərəfindən  hazırlanan  sənədə  görə  hələ  yanvar 

ayında  Bakı  Soveti  tərəfindən  15  maşın  silah,  mart  ayının  ortalarında  isə  60 

maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi. 

Yelizavetpol  (Gəncə)  Müsəlman  Milli  Şurasının  sədri  Xasməmmədov 

1918-ci  il  martın  28-də  Seymin  və  Cənubi  Qafqaz  hökumətinin  sədrinə 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə