Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Giriş 

 

Azərbaycan  ərazisində  çar  Rusiyasının  müstəmləkə  siyasətinə  uyğun 



olaraq  ermənilərin  Şimali  Azərbaycana  köçürülməsi  və  onların  əli  ilə  zaman-

zaman  1905-1906,  1918-1920,  1948-1953,  1988  -1994  və  digər  illərdə  yerli 

əhaliyə  qarşı  soyqırım  siyasətinin  həyata  keçirilməsindən  beynəlxalq 

ictimaiyyətin  kifayət  qədər  məlumatı  yoxdur.  Erməni  quldurlarının 

azərbaycanlılara  qarşı  törətdiyi  cinayətlərin  tədqiqi  göstərir  ki,  bunlardan  ən 

dəhşətliləri  1918-ci  ilin  mart-aprel  aylarında  Bakı,  Şamaxı,  Quba,  İsmayıllı, 

Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Lənkəran, Zəngəzur, Naxçıvan, Qarabağ, 

Ağstafa və s. ərazilərdə baş vermişdir. Bu cinayətləri planlı sürətdə 1918-ci ilin 

yanvarında  rus-türk  cəbhəsindən  geri  qayıdan  və  tərkibində  çoxlu  sayda 

ermənilər olan hərbi qüvvələr həyata keçirmişdir. S. Şaumyanın rəhbərlik etdiyi 

Bakı  Sovetinin  təhriki  ilə  yerli  müsəlman  əhaliyə  qarşı  həyata  keçirilən  bu 

soyqırımın  əsas  məqsədi  neft  və  digər  faydalı  qazıntılarla  zəngin  olan 

Azərbaycanın,  ilk  növbədə  isə  Bakı  və  onun  ətraf  əhalisinin  milli  və  dini 

tərkibini  dəyişdirməklə  bu  əraziləri  sovet  Rusiyasına  tabe  etməkdən  ibarət  idi. 

1918-ci  il  qırğınları  həyata  keçirildiyi  dövrdə,  konkret  olaraq  1918-ci  ilin 

aprelində Bakıdan Rusiyaya  94 min ton, may ayında 182 min ton, iyun ayında 

466 min ton, iyul ayında isə 492 min ton neft daşınmışdı. (1) 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il iyulun 15-də 

müsəlman  əhaliyə  qarşı  törədilmiş  cinayətləri  tədqiq  etmək  üçün  Ələkbər  bəy 

Xasməmmədovun rəhbərliyi altında Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl 

bəy  Şahmaliyev  və  Andrey  Fomiç  Novatski,  həmin  məhkəmənin  prokuroru 

Nəsrəddin bəy Səfikürdski, Nikolay Mixayloviç Mixaylov, V.Qudvillo və Mirzə 

Cavad  Axundzadədən  ibarət  Fövqəladə  İstintaq  Komissiyası  yaratmışdı. 

Komissiyanın topladığı sənədlər təsdiq etmişdi ki, ermənilər Azərbaycan xalqına 

qarşı qabaqcadan hazırlanmış soyqırım siyasətini həyata keçirmişlər. 

BMT  Baş  Assambleyasının  9  dekabr  1948-ci  il  tarixli  260  (III)  saylı 

qətnaməsi  ilə  qəbul  edilmiş  Soyqırımı  Cinayətinin  Qarşısının  Alınması  və 

Cəzalandırılması Haqqında Konvensiyanın II maddəsində deyilir: 

“genosid” (soyqırım-müəllif) dedikdə, hər hansı milli, etnik, irqi, yaxud 

dini  qrupu  tam  və  ya  qismən  məhv  etmək  məqsədilə  törədilən  aşağıdakı 

hərəkətlər başa düşülür: 

a)

 



hər cür qrupun üzvlərinin öldürülməsi; 

b)

 



bu  cür  qrupun  üzvlərinə  ağır  bədən  xəsarəti,  yaxud  əqli  xətər 

yetirilməsi; 

c)

 

hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini 



nəzərdə tutan həyat şəraiti yaradılması; 

d)

 



bu  cür  qrupda  doğumun  qarşısını  almağa  yönəldilmiş  tədbirlərin 

görülməsi; 

e)

 

uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. 




 

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsi faktı 



Fövqəladə  İstintaq  Komissiyası  tərəfindən  təsdiq  edilməsinə  baxmayaraq  çox 

təəssüf  ki,  cinayətkarların  cəzalandırılması  mümkün  olmamışdır. Buna  1920-ci 

ilin  fevralında  qəbul  edilmiş  amnistiya  haqqında  qanun  və  Sovet  Rusiyası 

tərəfindən  Azərbaycanın  27  aprel  1920-ci  il  tarixdə  işğal  edilməsi  imkan 

verməmişdi. 

İşğaldan sonra problemin obyektiv tədqiqi əvəzinə Moskvanın göstərişi 

ilə  Azərbaycan  xalqına  “dostu  düşmən,  düşməni  dost”  kimi  təqdim  edən  “26 

Bakı  komissarı”  kimi  saxta  tarixi  əfsanələr  uydurulmuşdu.  (2)  Sovet  dövründə 

azərbaycanlılara  qarşı  torədilmiş  cinayətlərin  əsas  təşkilatçılan  “xalq 

qəhrəmanları” kimi qələmə verilərək, onların şərəfinə abidələr ucaldılmışdı. (3) 

Bununla  yanaşı, 1918-ci ildə  dinc əhalini erməni, bolşevik soyqırımından xilas 

etmək uğrunda canlarından keçmiş Azərbaycan və türk əsgərlərini yaddaşlardan 

silmək  üçün  geniş  kampaniya  aparılmış,  hətta  onların  məzarlarının  bərpasına 

cəhd  edən  şəxslər  ciddi  cəzalandırılmışdı.  Məsələn,  Şamaxı-Mərəzə  arasında 

Acıdərə  deyilən  yerdə  1918-ci  il  iyul  döyüşlərində  şəhid  olmuş  türk  zabiti, 

mayor  İzzət  Əfəndinin  tənha  qəbrinə  münasibət  deyilənləri  sübut  edir.  Baş 

daşını qoyduran Şamaxı qəsəbəsi valisi 1928-ci ildə öldürülmüş, bu tənha məzar 

dağıdılmışdır.  Sonrakı  illərdə  Məhəmməd  və  bir  qədər  sonra  isə  Babaxan 

Rzaxanov adlı Şamaxı sakinləri tərəfindən  məzar bərpa  edilmişdir. Məhz  buna 

görə  Babaxan  Rzaxanov  1964-cü  ildə  həbs  olunmuşdur.  Nəhayət,  1993-ci  ilin 

yazında  qəbir  təmir  olunmuş,  2000-ci  il  mayın  10-da  isə  burada  1918-ci  il 

Qafqaz hərəkatında şəhid olan 1130 qəhrəman türk əsgərininin xatirəsinə abidə 

ucaldılmışdır.  Xalq  şairi  Bəxtiyar  Vahabzadə  “Tənha  məzar”,  Qabil  “Türkün 

qəbri” adlı şeirlərini həmin məzarda uyuyan türk əsgərinə ittihaf etmişlər. (4) 

Azərbaycan  Respublikası  18  oktyabr  1991-ci  il  tarixdə  dövlət 

müstəqilliyini  bərpa  etdikdən  sonra  yenidən  problemin  obyektiv  tədqiqi  üçün 

şərait  yaranmışdı.  Ümummilli  lider  Heydər  Əliyevin  “Azərbaycanlılarm 

soyqırımı  haqqında”  Fərmanının  (26  mart  1998-ci  il)  bu  işdə  müstəsna  rolu 

vardır.  Fərmanda  deyilir:  “Azərbaycanlıların  soyqırımı  Bakı,  Şamaxı,  Quba 

qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın 

başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc 

əhali  kütləvi  surətdə  qətlə  yetirilmiş,  kəndlər  yandırılmış,  milli  mədəniyyət 

abidələri  dağıdılıb  məhv  edilmişdir...  Bu  hadisələrin  yalnız  birinə  -  1918-ci  il 

mart  qırğınına  siyasi  qiymət  vermək  cəhdi  göstərilmişdir.  Azərbaycan  Xalq 

Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər 

həyata  keçirə bilmədiyi qərarlarm məntiqi davamı olaraq soyqırım hadisələrinə 

siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.” (5) 

Hazırda  1918-ci  il  hadisələri  ilə  bağlı  araşdırmaları  davam  etdirmək 

üçün  Azərbaycan  Respublikasının  Baş  Prokurorluğu  Fövqəladə  İstintaq 

Komissiyasının  azərbaycanlılara  qarşı  ermənilər  tərəfindən  aparılan  soyqırımı 

ilə  bağlı  Azərbaycan  Respublikası  Milli  Arxiv  İdarəsində  saxlanılan  3  cilddən 

ibarət  cinayət  işinin  materiallarını  “Soyqırımı  memorial  kompleksi”nin  işində 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə