Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   61   62   63   64   65   66   67   68   ...   164

134 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
  
 SADİQ HÜSEYNOV  
Naxçıvan Dövlət Universiteti 
UOT: 008.39 
MULTUKULTURALİZM AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ  
İCTİMAİ YAŞAM TƏRZİ KİMİ 
 
Açar sözlər: multikulturalizm, dəyərlər, millət, tarix  
Keys words: multiculturalism, patriotism, history, nation  
Kлючевые слова: мултикултурализм, ценности, народ, история 
Qərbdə  mədəniyyət  texniki,  yəni  texnoloji  istiqamətdə  inkişaf  edərək  dünyaya  yayılıb 
texnosivilizasiyalaşma  kimi  təşəkkül  tapır,  klassik  mədəniyyətin  “məhvi”,  “sonu”,  “qürubu”, 
“süqutu” tək müəyyən konsepsiyaların yaranmasına şərait yaradır. M. Linq də “multikulturalizm”i 
ideologiya kimi xarakterizə edərək yazır ki, “Amerika millətlərin milləti, milli mədəniyyətlərin və 
federasiyaların ümumi hakimiyyətidir.” Belə ki, vahid dövlətin geosiyasi məkanında mövcud olan 
multikulturalizm  siyasəti  kimi  müasir  “vətəndaş  milləti”  (“civic  nation”)  konsepsiyasında  onun 
formalaşmasının  tarixi  modelindən  törəyir.  Fərdlərin  mədəni-müxtəlifliyinin  vahid  siyasi-mədəni 
icmaya  məxsusluğunun  ümumi  ortaq  məxrəci  və  ya  “qızıl  ortası”  kimi  onların  əsil  mədəniyyəti, 
həm  də  vətəndaşlığı  vətəndaş  millətinin  müəyyənləşdirici  meyar  göstəricisidir.  Bu  tip  modeldə 
“millət”, “mədəni müxtəlifləşmə” ilk əsasda etnik mənşə, etnik mədəniyyət yox, vətəndaşlıq və bu 
vətəndaşlığın  mədəni  göstəriciləri  deməkdir.  Qərbdə  ABŞ,  Fransa,  İsveçrə,  Böyük  Britaniya, 
Belçika  həmin  mədəni  müxtəlifliyi  əks  etdirən  vətəndaş  milləti  konsepsiyasını  əks  etdirən 
gerçəklikdir.  Burada  vurğulayaq  ki,  müasir  gənc  müstəqillik  qazanan  dövlətlərin  əksəri  həm 
“vətəndaş  milləti”  ,    həm  “vətəndaşlıq”,  həm  də  “etnik  mədəni  müxtəlif  millət”  elementlərini 
özündə  birləşdirən  subyektdir.  Bu  elementlərin  qarşılıqlı  nisbəti  həm  dövlətdən  dövlətə,  həm  də 
tarixi zaman kontekstində belə fərqləndiricidir. 
 Bu  baxımdan  İ.  Məmmədzadə  mənşə  etibarilə  Amerikan  mədəniyyətinin  elə  bu  günkü 
qlobal mədəniyyət olduğunu qeyd edərək yazır: “Amerikanizmin qlobal mədəniyyət kimi meydana 
gəlməsinin  səbəblərindən  biri  kimi  ABŞ-ın  öz  mədəniyyətlərini  multikultural  mədəniyyət  kimi 
qəbul  etdiklərini  göstərir.”  Multikulturalizm  siyasəti  ideyasında  hər  bir  müasir  millət  həm  etnik, 
həm də siyasi-hüquqi vətəndaş icması rolunda çıxış edir. Bu konsepsiya, yəni vətəndaş (vətəndaş-
ərazi) milləti konsepsiyasının müxtəlif cəhətləri E.Smit, Q.Kon, R.Brubaker, K.Briant, V.Kimlicka 
kimi Qərb nəzəriyyəçilərinin konsepsiyalarında izah edilmişdir. Bu yanaşmadan J.Linz və F.Stepan 
öz  araşdırmalarında  göstərir  ki,  “Vətəndaş  millətinin  formalaşması,  ictimai  inteqrasiyanın 
dərinləşməsi  demokratikləşmə  prosesi  ilə  çox  bağlıdır.”  Siyasət  elmində  belə  bir  fikir  çoxdan 
təsdiqini  tapıb  ki,  eyni  mənşəli-etnik  homogen  cəmiyyətlərdə  demokrartik  konsentrasiyası-
təmərküzləşməsinin uğur qazanmaq ehtimalı daha çox olur. Əksinə, əhalinin tərkibi etnik, mədəni, 
dil,  dini  aspektdən  nə  qədər  müxtəlif  olursa,  fundamental  demokratik  dəyərlər  baxımından 
həmrəyliyin  əldə  edilməsi  və  dövlətin  siyasi  icmasının  formalaşdırılması  siyasəti  bir  o  qədər  də 
mürəkkəb  olur.  Nəzərə  yetirək  ki,  belə  mədəni-müxtəliflik  demokratikləşmənin  uğurlu  inkişafı 
qarşısında keçilməz sədd və  ya mane deyildir. Belə ki, nəinki Avropa və Amerika reallığında, bu 
həm  də  Azərbaycan  geosiyasi  ərazisində  də  mövcuddur.  Azərbaycan  məkanında  müxtəlif  etno-
mədəni və dini icmaların əsrlər boyu yanaşı yaşaması,bir-birinə dözümlülüyü həm də siyasi sferada 
da aşkar tolerantlıq ənənələrinin sübutudur. Müasir bəşəriyyət baş verən mədəni universallaşma və 
unifikasiya proseslərinə əks olaraq mədəni müxtəliflik göstəricisi olan fenomenlərin əsasən də (dil, 
irq, din, adət-ənənə və s.) qorunması və qayğısını dünya mədəniyyətində balanslaşdırmanın özülü 
kimi  qəbul  edirlər.  Bu  baxımdan  laqeydlik,  biganəlik,  getdikcə  yerli-lokal,  immiqrant 
mədəniyyətlərinə  münasibətdə  beynəlxalq  miqyasda  diqqət  yönəlməsinə  səbəb  olub.  Dövlətçilik 


135 
ənənələri  olan  ölkələrdə,  məsələn  Avropa  ölkələrində,  ABŞ-da  və  s.  “milli”  anlayışı  bəzən  məhz 
ikinci mənada işlənir və “ümumxalq”, “ümumdövlət” anlayışlarını özündə əks etdirir. 
Nəzərə  yetirək  ki,  demokratiya  tranziti  “zamanı  multimədənilik  özü  də  mürəkkəb 
vəziyyətlər  törədə  bilər.”  Multikulturalizmlə  bağlı  siyasət  və  bu  və  ya  digər  nəzəri  modelin 
seçilməsini  nəzərdə  tutmalıdır  ki,  yalnız  bu  zaman  mədəni  müxtəlifliklə  əlaqəli  vətəndaş 
cəmiyyətindən  bəhs  etmək  olar.  Belə  ki,  qloballaşma  dövründə  milli  mədəniyyət,  mədəni 
müxtəliflik,çox  mədəniyyətlilik  özü  vətəndaş  cəmiyyəti  bu  problemə  həssas  yanaşmalıdır.  Çünki 
qloballaşmanı qəbul etməyən kulturlar üçün qloballaşma daha dağıdıcı, mədəni rəngarəngliyin şərti 
ola  bilər.  Multikulturalizm  müxtəlif  elmlər  qovşağında  və  yaxud  konkret  bir  elm  kontekstində 
araşdırıla bilər. Şübhəsiz ki, fenomen ideologiya və siyasətdir. Burada ümummilli dəyərlər irqi və 
etnik  kulturlara  qarşı  dövlət  siyasətində  müqavimətlə  yox,  əksinə  mülayimlik  və  ya  dözümlülük 
göstərməyi  tələb  edir.  Multikulturalizm  demək  siyasət  elminin  də  obyektidir.  Bu  politoloji 
yanaşmada  Dövlət-hakimiyyət  siyasətində  vətəndaş  cəmiyyətinin  tərəfdaş  kimi  problemin 
çözülməsində yaxın iştirakını da məqbul edir. İctimai iştirakçılıqla siyasi proseslərin tənzimlənməsi 
də  rəngarəng  mədəniyyətlərin  siyasiləşməməsi,  yalnız  mədəni  konturlarla  nizamlanmasına  da 
kömək  etməlidir.  Demək  bu  fenomen  sosiumun  vacib  elementi  kimi  qorunmalıdır  ki,  siyasiləşib 
müxtəlif  fəsadlar  törətməsin.  Bu  da  bəllidir  ki,  mədəni  birlik  və  mədəni  qurumlar  mədəniyyətin 
sosial  həyatının  bütün  tərəflərini  əhatə  etməklə  bahəm,  bəzən  siyasi  proseslərə  də  təsir  göstərir. 
Mədəniyyətin  etnik,  milli  və  bəşəri  tərəflərinin  formalaşmasında  mədəni  xüsusiyyət  və  amillərin 
eyniyyəti  mühüm  rol  oynayır.  Prezident  İlham  Əliyevin  dediyi  kimi:  “Multikulturalizm  başqa 
xalqın  nümayəndəsinə  hörmət,  başqa  dinə  hörmətdir.  Öz  dininə  hörmət  başqa  dinə  hörmətdən 
başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda 
hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan- həm ölkənin vətəndaşı, həm ölkəyə 
gələn qonaq, əlbəttə ki, o qaydalara ,  o ənənələrə hörmətlə yanaşmalıdır.” Bu baxımdan, görən belə 
olduqda cəmiyyət çox böyük, müxtəlif mədəniyyətli insanlar toplusunu əhatə etdikcə, onun inkişaf 
amili yüksəlir, yoxsa enir? Yaxud artır və ya azalır? Hər hansı mədəni qrupun öz müəyyən bacarıq 
və imkanları olur. 
Mədəniyyətin differensiyasında dil, irq, din, sənət, siyasi-mədəni qurumlar və s. kimi oxşar 
nümunələrindən  biri,  sistem  quran  səbəb  kimi,  konkret  etnik  birliyi  digərinə  münasibətdə 
təşkilatlandıran  güc  olaraq  meydana  çıxır.  Məsələn,  N.Vısotskaya  görə  “multikulturalizm  və  ya 
mədəni müxtəliflik” çoxsaylı mədəni qrupların, fərqli milli mənsubiyyətlərin, dinlərin və s. göstərən 
cəmiyyətin təyinidir”. Məhz bu nöqteyi nəzərdənsə paralellik aparsaq, digər tədqiqatçı S. Xəlilovun 
münasibəti  də  diqqət  çəkir.  Belə  ki,  S.Xəlilova  görə  “Biz  Avropadan  elmi-texniki  inkişaf 
səviyyəsini,  rasional  düşüncə  üslubunu,  siyasi  təfəkkür  mədəniyyətini,  fəlsəfi  təfəkkürün  hüquq 
müstəvisinə köçürülməsinimi götürmək istəyirik? Yoxsa onların  özünün xilas olmağa çalışdığı  və 
məmnuniyyətlə  xaricə  ixrac  etdiyi  “kütləvi  mədəniyyətimi”  nəzərdə  tuturuq?”  Hər  bir  insan 
istənilən  hər  hansı  bir  mühitdə  müəyyən  milli-mənəvi  dəyərlər  sistemi  çərçivəsində  formalaşır. 
Lakin başqa bir şəraitə düşəndə, həmin şərait-mühitlə bu insan arasında ziddiyyətlər meydana çıxır. 
Məhz  belə  insanın  digər  ona  yabançı  olan  mədəni-mənəvi  mühitə  uyğunlaşması  onun  ənənəvi, 
milli-mənəvi kökündən uzaqlaşması ilə formalaşır. 
Burada  müəyyən  faktorun  rolu  və  əhəmiyyəti  əsasən  nisbi  xarakterlidir.  Müxtəliflik  və 
fərqliliyin  əsas  göstəricisi  etnik  mədəniyyətin  hansı  bir  xüsusiyyətinin  digər  mədəniyyətdə 
olmamasıdır. Tarixdə bu fərqli xüsusiyyət mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları 
ayıran konflikt, qarşıdurma, özgəlik, yad və s. kimi qəbul edilir. 
Azərbaycan  reallığına  nəzər  yetirəndə  müsbət  tendensiyalar  diqqət  çəkir.  Qeyd  edək  ki, 
vətəndaş  cəmiyyətinin  formalaşması  ötən  XX  əsrdə  elmi-texniki  inqilabla  yanaşı,  həm  də  ondan 
sonra ikinci, yəni sosial inqilab kimi zarakterizə olunur. Müstəqilliyin ikinci dəfə bərpasından sonra 
Azərbaycanda  vətəndaş  cəmiyyətinin  təşəkkülü  və  formalaşması  kimi  ictimai  hadisənin  baş 
verməsi,  dövlətçiliyin  demokratik  institutsional  əsaslarını  şərtləndirən  strujtur  dəyişiklikləri, 
cəmiyyəti təşkil  edən müxtəlif sosial tip və stereotiplərin  bir-birini əvəzləməsi gedişatı  kimi  çətin 
bir  proses  başladı.  Belə  dönəmlərdə  siyasəti  və  siyasətçiləri,  onların  məqam  və  missiyalarını 
insanlara  çatdırmaq  üçün  bu  kimi  ideyalarının  trayektoriyasını  davam  etdirtmək,  geniş  kütlələrə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə