Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   62   63   64   65   66   67   68   69   ...   164

136 
düzgün  təhlil,  maarifləndirmə  və  məlumatlandırmanı  ötürmək  missiyasını  vətəndaş  cəmiyyəti 
institutları  həyata  keçirməyə  cəhd  edir.  Təbii  ki,  burada  vətəndaş  cəmiyyəti  nümayəndələri  xalq, 
geniş  əhali üçün anlaşıqlı  və düzgün məlumat “paketi” ilə xalq-dövlət arasında olan problemlərin 
çözülməsi  üçün  körpü,  vasitəçi,  bəlkə  də  qarşılıqlı  əlaqələndirici  kimi  çıxış  edir.  Müstəqil 
Azərbaycan  mədəniyyətinə  nəzər  yetirəndə,  aydın  olur  ki,  problemin  siyasi-mədəni  təhlili  iki 
paralellikdə  aparılmalıdır.  Dünya  mədəniyyəti  və  Azərbaycan.  Nəzərə  çatdıraq  ki,  Azərbaycanda 
çoxçalarlı  mədəniyyətlər  və  onun  da  müxtəlif  tipləri  mövcuddur.  Dünya  müasir  mədəniyyətləri 
kimi,  Azərbaycan  mədəniyyəti  də  vətəndaş  cəmiyyətinin  təşəkkülü  prosesində  multikultural 
xarakter  kəsb  edir.  Milli  mədəniyyətlə  paralel  multikulturalizm  də  buraya  daxil  olaraq,  keçmişə, 
mədəni,  mənəvi  irsə,  tarixə  yeni  kontekstdən  nəzər  salınmasını  şərtləndirir.  Kütləvi  baxışda 
özünəməxsusluq  hələ  də  ənənəviliklə,  müasirlik  isə  qərbləşmə  (amerikalaşma)  ilə  əlaqələndirilir. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Bakıda  “XXI  əsr:  ümidlər  və  çağırışlar” 
devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda söyləmişdir ki, “Nəinki Azərbaycanda, bir çox 
ölkələrdə  və  qonşu  ölkələrdə  multikulturalizmin  böyük  ənənələri  vardır.  Ona  görə  də,  bu  gün 
multikulturalizmi  şübhə  altında  qoymaq,  yaxud  onun  iflası  haqqında  danışmaq  hesab  edirəm  ki, 
həm  yersizdir,  həm  zərərlidir.  Çünki  multikulturalizmin  alternativi  yoxdur”.  Qloballaşma, 
modernləşmə  və  demokratik  proseslər  multikulturalizmin  ümumi  xarakter  daşımasına  səbəb  olur. 
Təhlillərdən aydın olur ki, Avropada multikulturalizm ünsürləri nisbətən gec təşəkkül tapdı. ABŞ-
da artıq multikulturalizmin inkişafında əhəmiyyəti qəbul edildi. 
 Belə ki, millətlərin və milli etniklərin bərabər hüquq əldə etdiyi multikulturalizmin inkişaf 
etdiyi  Azərbaycanda  bu  mədəniyyətlər  arasında  qarşılıqlı  Dialoq  azadlığı  vardır.  Azərbaycanda 
müxtəlif  milli-mənəvi  və  konfessional  birliklər  öz  xüsusiyyətlərini  hərtərəfli  şəkildə  inkişaf 
etdirmək  imkanına  malik  olaraq  həm  də,  başqa  mədəniyyətdən  də  yararlanaraq,  istifadə  etmək 
imkanına  malikdir.  Ölkədə  multikulturalizmin  yaranması  və  inkişafında  modernləşmə  və 
Azərbaycançılıq  ideologiyası  da  əsas amildir. Bu ideologiyanın  əsasını millilik,  dünyəvilik,  sosial 
ədalət,  demokratiya,  milli  tərəqqi  insan  hüquq  və  azadlığına  riayət  təşkil  edir.  Bu  ideologiya 
Azərbaycanı  özünə vətən qəbul  etmiş,  ölkədə  yaşayan bütün  millətlərin və etnik qrupların vəhdət 
şəklində,  dostluq,  hətta  qohumluq,  qonşuluq,  əmin-amanlıq  şəraitində  yaşadığı  mədəniyyətlərinin 
inkişaf  etdiyi  ümumi  talelərini  əks  etdirən,  multikulturalizm  göstəricisi  olan  mənəvi  fenomendir. 
Digər bir aspekt isə ondan ibarətdir ki, Azərbaycançılıq ideologiyası yalnız ölkə ərazisində yaşayan 
müxtəlif  etnik  və  dini  mənsubiyyətli  insanların  göstəricisi  yox,  o  həm  də  geosiyasi  sərhədə  və 
məkanların  ayırdığı,  dünyanın  müxtəlif  ölkələrində  yaşayan  soydaşlarımızı  da  bir  ideya-fəlsəfi, 
mədəni  məkanda  tamlaşdıran,  bütövləşdirən  gücdür.  Azərbaycançılıq  -  cəmiyyətin  sosial-mədəni, 
siyasi  və  hüquqi  nizamlanmasının,  insanları  mənən  səfərbər  edən  və  vəhdətinin  əsas  faktorudur. 
Azərbaycanın vətəndaş cəmiyyətinin yekcins olmamasına diqqət yetirildikdə etnik və dini dəyərlər 
ideoloji  sxemdə  tolerantlıqla  qarşılanır.  Eyni  zamanda  birləşdirici  faktor  kimi  milli  dövlət, 
ümumxalq  ideyası  olaraq  azərbaycançılıq  universallaşır.  Təbii  ki,  burada  məcburiyyət  yoxdur. 
Amma elə məqsəd, elə prioritetlər var ki, onlar milli ideya olaraq müəyyənləşir. Belə məqamdasa 
vətəndaşların  dini,  etnik,  və  sosial  mənsubiyyətindən  (həmçinin  siyasi  əqidəsini  də  buraya  aid 
etmək  olar.)  asılı  olmadan,  bu  kimi  ideyalar  geniş  dəstək  qazanır.  Bu  ideologiya  məhz 
azərbaycançılıqdır.  Bu  isə  Azərbaycan  vətənpərvərliyi,  dövlət  müstəqilliyi,  milli  təhlükəsizliyin 
qorunması, demokratik və iqtisadi islahatlarla ölkənin modernləşdirilməsidir. Burada “qızıl ortada” 
xətt kimi ən əsas isə Qarabağ probleminin həllidir. 
 Hər bir inkişaf edən sosiumda ideologiya olmadan cəmiyyət “ideya boşluğuna”  yuvarlana, 
nəticədə,  tənəzzülə  uğraya  bilər.  İdeologiya  isə  elə  ümumi,  ruhi-mənəvi  bir  təməldir  ki,  onsuz 
mədəniyyət  və  sivilizasiyanın  formalaşması  qeyri  real  görünür.  Azərbaycançılıq  ideologiyasının 
qayəsi  və  dəyəri  onun  ətrafında  ölkədə  yaşayan  bütün  xalqlar,  milli-etnik  qrup  və  azlıqların 
birləşməsi, ümumilikdə özlərini “azərbaycanlı” adlanmasıdır. Azərbaycan ta qədimdən ən müxtəlif 
xalqlar  və  mədəniyyətlərin  mövcud  olduğu  diyarı  kimi  tanınır.  Azərbaycanda  multikulturalizmin 
inkişaf  dinamikası  xalqın  özünün  tolerantlığı,  demokratikliyi,  açıqlığı  ilə  bağlı  amildir.  Belə  ki 
xalqın tarixi kökləri bütün dünyaya yayılan ümumtürk etnosuna gedib çatır. Bununla bahəm, coğrafi 


137 
və geosiyasi müstəvidən həmişə bütün dünyaya ölkəmiz açıq olmuş, çoxlu müxtəlif mədəniyyətlər 
arasında isə sintez-qovşaq missiyasını ifa etmişdir. 
 Qeyd  olunan  bu  aspektlər  Azərbaycanı  çoxmillətli,  çoxdilli,  multikultural,  demokratik 
vətəndaş  cəmiyyəti  quruculuqlu  ölkə  kimi  tanıtmışdır.  Azərbaycanın  multikultural  stereotipləri 
qlobal  tədbirlərdə  də  təsdiq  olunur.  Bu  yanaşmadan  2011-ci  il  Bakı  Forumunda  iştirak  edən 
Y.Jdanovun multikulturalizmin inkişafı barədə söylədikləri ümumi təsəvvürləri göstərir: “Planetdə 
başqa  elə  bir  bölgə  yoxdur  ki,  buradakı  kimi  onlarla  xalq  çox  uzun  müddətə  və  birlikdə  yaşamış 
olsun. Bu füsunkar çoxçalarlılıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin buna 
görədir  ki,  bu  ölkənin  ictimai-elmi  fikri  millətlərarası  münasibətlər,  əməkdaşlıq  və  qarşılıqlı 
anlaşma  probleminə  dünyanın  diqqətini  bu  qədər  cəmləşdirməyə  çalışır.  Azərbaycanın  tarixi 
təcrübəsi  bu  baxımdan  dəyərli  və  intəhasızdır”.  Məhz  bu  kimi  baxışlar  ölkədə  multikulturalizmin 
inkişafını göstərən reallıqdır. Bu reallıqda bir dəlil multikulturalizmə həsr edilmiş “Bakı Beynəlxalq 
Humanitar Forumu”, orada iştirak edən müxtəlif ölkələrin ölkəmizin multikultural siyasətini təqdir 
etməsidir.  İkincisi  isə  demokratik,  tolerant,  multikultural  dövlət  kimi  Azərbaycanın  BMT-nin 
Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi faktıdır. 
 Azərbaycanda  yaşayan  müxtəlif  xalqların  mənəvi  yaddaşı  tarixi  inkişaf  mərhələsində 
zərdüştlükdən  üzübəri  dünyanın  bütün  əsas  dinlərinin  ən  ülvi,  bəşəri  dəyərləri  ilə  zənginləşərək, 
mədəniyyət  və  mənəviyyatın  çoxsaylı  cəhətlərini  özündə  miras  saxlamışdır.  Azərbaycanda 
multikulturalizm  göstəricisi özünün rəngarəng tərkibi ilə fərqlənən və bu müxtəlifliyin  etnik-milli 
mənbələrini  qorumuş,  burada  yaşayan  etnik-dini  birliklərin  qarşılıqlı  münasibəti  və  mədəniyyəti, 
folklor,  dialekt,  adət,  məişət  tərzi,  inam  sistemi  və  s.  müxtəlifliyin  vəhdətini  müəyyən  edən 
obyektivlikdir.  Azərbaycan  tarixən  də  polietnik  və  müxtəlif  dinli  ölkə  olmuşdur.  Əhalisinin 
əksəriyyəti azərbaycanlı olan respublikada ta qədimdən  İran, Qafqaz (gürcü, erməni,  osetin və s.) 
etnosları, eləcə də  yəhudi,  rus, ukrayna, tatar, belorus və s. də  yaşamışdır. Mövcud etnik, dini,dil 
qeyri-cinsliyi  deyil,  dövlətin  məhz  bugünkü  anlamda  desək  “multikulturalizm”  siyasətinin  mədəni 
müxtəlifliyi  də  ideoloji  modellərinin  sivil  yaşam  tərzidir.  Multikulturalizm  siyasətində  vətəndaş 
cəmiyyətinin formalaşdırılması əhalinin azərbaycanlı kimi özünü adekvat olaraq identikləşdirməsi, 
yəni  eyniləşdirməsidir.  Bu  isə  həm  də  ölkə  vətəndaşının  etnik  mənşəyindən  asılı  olmadan,  özünü 
“azərbaycanlı”  adlandırmalı,  belə  saymalıdır.  Bu  əhalisinin  əksəriyyəti  azərbaycanlı  olanların 
türksoylu  olmasına  qarşı  deyil,  əksinə  ölkədəki  etnik  fərqlərin  bir  vahiddə  ifadəsi,  belə  desək 
“multikulturalizm  siyasəti”  və  vətəndaş  cəmiyyəti  millətinin  formalaşmasıdır.  Hər  insanın  etnik 
kökünün  onun  vətəndaşlığına  aidiyyəti  yoxdur.  Azərbaycanda  anadan  olan,  valideynlərindən  biri 
Azərbaycan vətəndaşı olan hər bir kəs Qanuna əsasən azərbaycanlıdır. Multikulturalizm siyasətində 
vətəndaş millətinin formalaşması prosesində Dövlət dili də mühüm əhəmiyyət daşıyır. Belə ki bütün 
Azərbaycan vətəndaşlarının Dövlət dilini-azərbaycan dilini mənimsəməsi də əsas şərtlərdən biridir. 
Burada qeyd edək ki, azərbaycan dilinin mənimsənilməsi etnik azlıq və yaxud qrupların dilinin də 
qorunması ilə birgə tətbiq olunmalıdır. 
Günümüzdə  daha  tez-tez  müşayiət  edilən  mədəni  münaqişələrin  fonunda  cəmiyyətdə  sabit 
inkişaf  mühitini  təmin  etmək  üçün  multikulturalizm  dialoq  və  mədəni  zənginlik  nümunəsidir.  Bu 
mənada, bir çoxları hesab edir ki, multikulturalizm ideyalarının reallaşması, guya, daha çox mədəni 
cəhətdən  yüksək  inkişaf  etmiş  cəmiyyətlərdə  mümkün  olur.  Multikulturalizmin  tənqidçiləri  hesab 
edirlər  ki,  nəticədə,  çoxəsirlik  mədəni  dəyərlərin  əsasları  sarsılacaqdır,  çünki  belə  təmayüllər 
həmişə hər şeyin orta vəziyyətə düşməsinə səbəb olur. Onların fikrinə görə, əgər miqrantların aşağı 
mədəni səviyyəsi yüksəlirsə, multikulturalizm ölkəsinin yüksək mədəni səviyyəsi mütəmadi olaraq 
aşağı  düşür.  Ona  görə  də  bəzi  avropa  ölkələrinin  A.  Merkel,  D.Kemeron,  N.Sarkozi  kimi  sağ 
təmayüllü  liderləri  2010-cu  ildə  bəyan  etdilər  ki,  multikulturalizm  siyasəti  bu  ölkələrdə  iflasa 
uğrayıbdır.Multikulturalizm,  bir  tərəfdən,  cəmiyyətdə  milli,  mədəni  və  konfessional  müxtəlifliyin 
bənzərsiz ifadəsi, digər bir tərəfdən isə dövlətin  bu rəngarəngliyi qoruyub saxlamaq, onun hüquqi 
bazasını  təmin  etmək  siyasəti,  onun  fəlsəfi  və  nəzəri  əsaslanmasıdır.Multikulturalizm  hər  bir 
ölkənin,  xalqın,  mədəni  birliyin  təcrübəsini  nəzərə  alır,  müxtəlif  yanaşmalar  təklif  edir,  sosial-
iqtisadi inkişafı isə hər bir cəmiyyətin öz xüsusiyyətləri üzərində formalaşdırmağa cəhdlər edir. Bu 
siyasət imkanlar çoxluğu prinsipinə əsaslanır və heç bir xalqdan kimlik dəyişikliyi tələb etmir. Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə