Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi



Yüklə 276,13 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix28.01.2023
ölçüsü276,13 Kb.
#99645
  1   2   3   4   5   6   7   8   9   ...   13
AƏT ƏN YENİ M 13 2022



1
 


M 1
3
Fənn: S\f Ən yeni Azərbaycan ədəbiyyatı 
Fakültə:Filologiya 
Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi 
Qrup: AZD1901, AZD1902 
Müəllim: Pakizə Əliyeva 
Mövzu 13. XXI əsrin əvvəlləri Azərbaycan şeiri
Plan: 
1.
 
XXI əsrin əvvəlləri Azərbaycan şeirinin mənzərəsi. 
2.
 
Ənənəvi mövzulara yeni baxış. 
3.
 
Poeziyada təbiət mövzusu. 
4.
 
Musa Yaqubun yaradıcılığı.
5.
 
Poeziyada sevgi mövzusu. 
1.
 
XXI əsrin əvvəlləri Azərbaycan şeirinin mənzərəsi. 
Müstəqillik epoxasını 
Azərbaycan ədəbiyyatı istiqlal ideyaları, milli insan həqiqətlərinin inikası ilə bahəm, həm 
də zəngin bədii-estetik təcrübə ilə qarşıladı. Bu iştirak bir qism yazarların ənənəvi-
realistik, lirik-romantik üslubda yazdıqlarını dəyər qismində prosesə qatmağı, bir 
qisminin isə zamanla uzlaşmağa can ataraq dünya təfəkkür modelləri axtarışı təriqi ilə 
bədii güclərini, nəfəslərini yeni ritmə kökləməsilə əyaniləşirdi. Yeni zamanın, müstəqillik 
dalğasının özü ilə gətirdiyi nə varsa 2000-ci illərin ədəbi nümunələrinin də predmeti oldu. 
Yeni Azərbaycanın dəyişən portreti bütün əhatəsi ilə burada sərgilənir. 2000-ci illərin 
ədəbiyyatına nəzər saldıqda toxunulan mövzuların həyat sferalarının təzahürünü, 
nişanəsini daşıdığı məlum olur. Ədəbi qəhrəmanlar istər sosial, istərsə psixoloji, yaxud 
mənəvi-əxlaqi planda olsa belə hamının üzləşdiyi insan-cəmiyyət münasibətlərini 
qabardırlar. Burada özəllik və fərq həmin həyat materialını necə demək, necə yazmaq və 
aktuallandırmaq məqamında üzə çıxır. Şeirdə hakim olan nəsrləşmə, nəsrdəki şeirləşmə 
– bu sahələrin arasında çulğalaşma, yaxud differensiallaşma çağdaş dünya ədəbi-tarixi 
prosesinin prioritet xüsusiyyətlərindən biri kimi 2000-ci illər Azərbaycan ədəbiyyatının 
da dominant göstəricisinə çevrildi. Ağlın, rasional düşüncənin, naturalist yanaşmanın 
emosionallığı üstələməsi çaları hələ də funksionaldır. Bu gün çağdaş poeziyada bu iki 
hissin parametrlərini ayırd etmək və şeirlərə onlardan mütləq birinin estetik imperativləri 
əsasında yanaşmaq olmur. Daha doğrusu, ağıl və emosionallıq, lirika və intellektuallıq 
arasındakı təzad, fərq aradan çıxmaqdadır. İllərdir ki, milli şeirimizin canına hopmuş 
pafos, patetika daha sürətlə düşünən, intellektual məcraya yönəlir. Habelə poeziyada 
feminizm duyğuları, epotaj çalarları özünə yer alır. 
 
Milli müstəqillik illərinin şeirinin digərlərindən fərqi nədə oldu? Bu poeziyada 
daha çox dekadans çalarlar gücləndi, çöküşfəlsəfəsi dərinləşdi. Həyata, dünyaya, insana 
münasibətdə poeziyanın mövqeyi daha kəskin, daha tünd boyalarla təsvirə gəlməyə
başladı. Bu kəskinlik, ekspressiv boyalar ayrı-ayrı vaxtlarda, xüsusən 1960-1980-ci 
illərdə əməl cizgisi kəsb eləsə də, 1990-cı illərin şeirində həmin münasibətin özü belə 



Yüklə 276,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə