Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi



Yüklə 276,13 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix28.01.2023
ölçüsü276,13 Kb.
#99645
1   2   3   4   5   6   7   8   9   ...   13
AƏT ƏN YENİ M 13 2022

4
 


M 1
3
sosial-siyasi problemlərin mənəvi-psixoloji aləmdə yaratdığı təbəddülatlar belə onlara 
yeni dəyər, yeni oriyentir axtaran varlığın sabaha, çağdaşlığa çıxışı, yeniləşən dünya və 
“mən” obrazının yaradıcı təfəkkürdə fərqli inikası üçün lazım olur. Cavan şairlərdə 
deformasiyaya uğramış, ənənəvi məzmununu itirmiş yaddaş lövhələrinə yeni dil və boya 
qatmaq cəhdi hiss olunur.
1990-cı illərdən başlayaraq milli poeziya baş verən məlum olayların təsiri ilə başqa 
ideya və məzmun keyfiyyətləri kəsb etməyə başlayır. Müstəqillik sevincləri Qarabağ 
savaşı, onun fəsadları, müharibə acıları, yurd itkisinin ağrıları ilə müşayiət olunduğundan 
poeziyanın da artıq əvvəlki məzmunda üzə çıxmayacağının fərqində olur. Poeziya daha 
çox müharibə ovqatı üstə köklənməyə çalışır, müharibənin doğurduğu nə varsa təbii 
olaraq bədii düşüncəyə gətirilməyə başlayır. Bu dövr poeziyasında funksional olan 
mövzuları başlıca olaraq aşağıdakı kimi təsnif etmək olar:

Müharibə mövzusu və onun doğurduğu bütün problemlər kontekstində qabaran ideya, 
obrazlar qalereyası;

Vətən mövzusu; azadlıq, hürr duyğularının vəsfi;

İnsanın mənəvi təkilyi, tənhalığını rəmzləndirən şeirlər;

Təbiət mövzusu; 

İkiyə bölünmüş Azərbaycan probleminin şeirdə davam edən acısı;

Sevgi şeirləri.
1990-cı illərdən bəri şeirimizdə güclənən modernist başlanğıclar, bir-birini əvəzləyən 
forma axtarışları, ideya-bədii müxtəliflik nəticəsində milli poeziyamız çoxyönlü 
təbəddülata uğradı. Bütün yenilik cəhdlərinin qarşısına bir çox şairlər – Zəlimxan Yaqub, 
Bəxtiyar Vahabzadə, Musa Yaqub, Fikrət Sadıq, Fikrət Qoca, Məmməd İsmayıl, Məstan 
Günər, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Hüseyn 
Kürdoğlu, Xəlil Rza Ulutürk, Füruzə Məmmədli, Qəşəm Nəcəfzadə, Sabir Sarvan, Əjdər 
Ol, Zirəddin Qafarlı, Ramiz Qusarçaylı və b. milli poeziyanın gələnəklərinə sadıq qalaraq 
– heca Şeirinin ən gözəl nümunələrini, qoşmasını, gəraylısını yaradaraq çıxdılar. Bu 
yalnız ona görə baş vermədi ki, formal yeniliklərə yetməyə onların potensialı yox idi, 
əksinə, əksər şairlərin 2000-ci illərdən başlayaraq yazdığı sərbəst şeirlərdə də (F.Sadıq, 
M.Günər, S.Rüstəmxanlı, Ç.Əlioğlu, V.Bəhmənli, F.Məmmədli) eyni estetik mündəricə 
ehtiva olunur, onlar düşüncə kontekstini başqa vəzndə də ifadə etməyə nail olurdular. 
Dəyişən forma idi, şeirdəki ruh, kolorit isə onillərin o tayından süzülüb gəlirdi.
Müharibə mövzusu. 1990-cı illərdən başlayaraq poeziyanın lirik qəhrəmanı dəyişir. 
ġairlər dövrün ən ağrılı və qlobal faktı olan müharibə düşüncəsinə, müharibə ağrısına 
köklənməli olurlar. Müharibənin özü ilə gətirdiyi acıları həyatlarında, mənəvi 
dünyalarında bu və ya digər formada yaşamış olanlar poeziyanın lirik qəhrəmanına 
çevrilirlər: milli qəhrəman, şəhid əsgər, şəhid anası, qaçqın; mənfi mənada vətən xaini, 
satqın siyasətçi, mənəvi-psixoloji mənada özünü və Tanrısını arayan insan və s. Hər bir 
halda yaranmış lirik qəhrəmanın həyatında dövrün və müharibənin meydana çıxardığı 



Yüklə 276,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə