Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi



Yüklə 276,13 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix28.01.2023
ölçüsü276,13 Kb.
#99645
1   2   3   4   5   6   7   8   9   ...   13
AƏT ƏN YENİ M 13 2022

5
 


M 1
3
ictimai, siyasi, sosial, mənəvi, psixoloji problemlər rol oynayır. Bu qəhrəman 
qəhrəmanlığı kult səviyyədə təqdim edib onun çoşğun tərənnümçüsünə çevriləndə də, 
yaxud torpaqların itirilməsi, atəşkəsin elan edilməsi faktından ümidsizləşib mənəvi 
tənəzzülə uğrayanda da ilk növbədə, müharibənin yaratdığı qəhrəmanlar kimi təhlilə 
gəlirlər, çünki müraciət olunan bütün mövzularda, irəli sürülən bütün ideyalarda 
müharibə əsas xətt kimi keçir. ġəhid, şəhid anası, döyüşçü, qaçqın və s. kimi lirik 
qəhrəmanlar müharibə reallığının acısından nəşət tapırlar. (Ədəbiyyatımızda Qarabağ 
hadisələrinin əksi ilə bağlı digər mühazirələrə müraciət et) 
Qabil müstəqillik dövrü Azərbaycan poeziyasında daha çox kəskin çalarlı şeirləri 
ilə yadda qalır. Bu kəskinlik bütün cəmiyyət ziddiyyətlərinə, ədalətsizliklərinə qarşı 
yönəlir. şairi ən çox Qarabağ müharibəsinə, savaşdakı məğlubiyyət acımıza və bu 
məğlubiyyətlə barışma zəifliyimizə, dünyanın laqeydliyinə müxalif durumda görürük. 
Bir çox yarıtmazlıqların, fəci və neqativ olayların bütün mənzərəsini bu poeziya yetərincə 
aydın, haşiyəsiz-boyasız əks etdirir. “Dənizdə adam batıb”, “Nəsimi bazarında”, 
“Çadırlara alışmayın”, “Bircə saqqal darağımız”, “Nisbi sakitlik nədir”, “Lazım gəlsə... 
lazımdı də...”, “Bu gün idman vaxtı deyil”, “Ümid sənədir ancaq”, “Sağalmadı yaran, 
balam” – bu şeirlər seyrçi-publisist notlar üzərində köklənən poeziya nümunələri kimi 
dəyərlidir. Həm baş verənlərə zamanında reaksiya vermək, onu poetik sözün təcəssümünə 
çevirmək, həm də şair münasibətinin dürüstlüyü, haqsızlıqlara qarşı barışmaz mövqenin 
qabarıqlığı baxımından.
Bir qism şeirlərdə şairlər çıxış yolu kimi Allaha üz tutur, müraciət olunan obyekt 
kimi Allahı seçirdilər. Onlarda eyni üslubi çalarlar, Tanrıya ünvanlanan düşüncələr sırası 
qabarıq görünür, dünyəvi haqsızlıqlar, bəşər işləkləri qarşısında acız qalan insanlığın son 
ümid olaraq Tanrıya üz tutan məqamlarına həssaslığı nəzərə çarpır. Məsələn, Fikrət 
Qocanın şeirlərində əsasən, XX əsrin əvvəllərindən başlayaraq iki dünya müharibəsi, 
ölüm sobaları, qətliamlar, ağlagəlməz işgəncələr görmüş insanlığın zəkanın təntənəsinə 
məsum aldanşşından bəhs edilir. Müasir insanın həyat fəlsəfəsi kimi məsələlərə toxunan 
şair, bu problemlərin bəşəri nöqteyi-nəzərdən təsvirinə can ataraq fəlsəfi yanaşmaya üz 
tutur, dünya proseslərinə, çalxantılarına qlobal yanaşma, fəlsəfi nüfuz etməyə müvəffəq 
olur. F.Qoca şeirlərdə insanlığın əməllərini onlara verilən Tanrı cəzası kimi mənalandırır, 
müharibələri, insanın yer üzündə nəfsini, tamahkarlığını, dünya malına hərisliyini onun 
özünə qayıdacaq cəzası kimi səciyyələndirir: “Vaxt varikən yığışın/ qayıdın həddinizə, / 
öz sərhəddinizə/ öz səddinizə sığışın./ Tamahınızdan qaçın/ Gözlərinizi geniş açın”.
Nəriman Həsənzadənin poeziyası üçün vətən mövzusu daim müraciət olunan 
doğma mövzudur. şairin son illər yaradıcılığına məxsus “Poylu-beşiyim mənim” şeiri 
N.Həsənzadənin bu mövzuya hələ də müqəddəs mehrab kimi yanaşdığını təsdiqləyir. 
şeirə N.Həsənzadənin doğulduğu kəndlə bağlı xatirələri, nostalji hissləri, uşaqlıq 
çağlarının nisgili səpələnib. şairin iç dünyasının yaşantılarını sərgiləyən bu şeirdəki ovqat 
bizə ustad şair Şəhriyarın “Heydərbabaya salam” poemasını xatırladır:



Yüklə 276,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə