Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi



Yüklə 276,13 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix28.01.2023
ölçüsü276,13 Kb.
#99645
1   2   3   4   5   6   7   8   9   ...   13
AƏT ƏN YENİ M 13 2022

2
 


M 1
3
modifikasiyaya məruz qaldı. 2000-ci illər şeirində də həyatın, cəmiyyətin böhranından 
daha çox həyata, cəmiyyətə münasibətin özündə gedən böhrandan danışmaq bəlkə daha 
caizdir. Dövrün poeziyası böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-
mənəvi deqradasiyanın nəticəsi kimi pərvəriş tapırdı. Bu, həm də bütün dünyada baş 
verən tənəzzülün XX əsrin sonunda bizim milli həyatda əks-sədası olaraq meydana çıxdı. 
Avropa təfəkkürü demək olar ki, XX əsrdə daha çox bu mövzu üzərində düşüncələrə 
varmış, bəşəriyyətin düşdüyü çıxılmaz durum, onun xilası yönündə eyni nöqtədə 
təmərküzləşmişlər. XX əsrin sonu bəşəriyyətə bu kimi cahanşümul axtarışlar, planetar 
düşüncələr yönündə qədəm qoyurdu. Bu mənada, Azərbaycan insanının əsrin sonlarında 
yaşamalı olduğu müəyyən fəci proseslər olmasaydı belə, müstəqillik quran, postsovet 
məkanı kimi özgürlüyünü yaşayan xalq olaraq həm keçid dövrünün, həm də dünya 
səviyyəsində mövcud xaotik mərhələnin yükünü də, ağrısını da daşımağa məcbur 
olacaqdı. Milli müstəqillik illərində Azərbaycan poeziyasında yaranmış ədəbi təmayüllər 
də öz motivasiyasını başlıca olaraq bu hadisədən aldı və bütün səciyyələrində bu 
hadisələrin təsirini, təzahürünü ehtiva etmiş oldu.
1990-cı illərdən başlayaraq milli poeziyamıza modernist cərəyanların tətbiqi 
gəlişməyə başladı və yeni minillikdə də bu təmayüllərin funksional olduğu nəzərdən 
qaçmır. Poeziyanın bütünlükdə ritmi, avazı, düşüncə yönü “izm” axtarıcılığına doğru 
istiqamətləndi. Bu dövrün poeziyası ilə bağlı araşdırıcılar müxtəlif fikirlər səsləndirmiş, 
ondakı ədəbi təmayülləri bir neçə istiqamətdə təsnif etmişlər. 2002-ci ilin mart ayında 
AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Ötən ilin ədəbi yekunları” adlı müşavirə 
təşkil olunmuş və həmin müşavirədə ədəbiyyatımızın müxtəlif janrlarına elmi-nəzəri 
yanaşma sərgilənmişdir. Başlıca məsələ bu idi: ədəbiyyatımızda nə baş verir, keçid 
dövrünün müəyyən xaosu, qarışıqlığı, çalxantısından sonra nələr hasil olunub, nələr 
təbəddülata uğrayıb və nələr itirilib?! Müşavirədə poeziya ilə bağlı məruzə edən tənqidçi 
Əsəd Cahangir “Minillərin ayrıcı” məqaləsində poetik təsərrüfatı aşağıdakı bölgülər üzrə 
təsnif etməyi məqsədəuyğun sayırdı: “Milli realist şeir, Simvolist şeir, Modernist şeiri və 
Postmodernist şeir”. Bu bölgü 1990-cı illər şeirimizin ümumi inkişaf stixiyasını demək 
olar ki, dəqiq sərgiləyir. Düzdür, müəyyən məqamları ilə mübahisələrə də yol açır. 
Məsələn, təqdim edilən bölgüdə mübahisə doğuran məqam tənqidçinin simvolist şeiri 
modernizmdən ayrı təsnif etməsidir. Aydındır ki, simvolizm dekadentizmdən sonra gəlib 
özündən sonra modernizmi gətirən, onu yetişdirən cərəyandır. Bu mənada Ə.Cahangirin 
simvolist şeiri əlahiddə təsnif etməsi ilə razılaşmaq olmur. Tənqidçi “Yeni ədəbi nəsil: 
axtarışlar, problemlər” toplusunda da həmin bölgünü israr yenidən təqdim etmişdir.
Digər ədəbiyyatşünaslar – V.Yusiflinin, Q.Bayramovun, R.Uluselin, Ə.Cahangirin də 
təsnifatlarında müəyyən ayrıntılar nəzərə çarpırsa da, ümumilikdə poetik düşüncə 
sistemimizin təsnifatı ənənəvi şeirlə modernizə axtarışlarının qarşılıqlı, yaxud bir-birini 
inkar edən mənzərəsi üstə əyaniləşir.
Birbaşa deyim tərzinə köklənən ənənəvi şeir, təcrübə xarakteri daşıyan 



Yüklə 276,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə