Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi



Yüklə 276,13 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix28.01.2023
ölçüsü276,13 Kb.
#99645
1   2   3   4   5   6   7   8   9   ...   13
AƏT ƏN YENİ M 13 2022

6
 


M 1
3
Daha yoxdu darıxanda üstə qaçdığım,
Düyün düşən sözlərimə ilgəy açdığım,
Əhməd qağa, şahanə bir şah qardaşlığım,
Kəndimizin adətiydi, biz and içərdik,
Şax qaldırıb özümüzə qardaş seçərdik.
3.
 
Poeziyada təbiət mövzusu. 
Zəlimxan Yaqubun, Musa Yaqubun, Məmməd 
İsmayılın, Məstan Günərin və b. şairlərin müstəqillik dövrü yaradıcılığı bir daha sübut 
edir ki, istedad olanda yaradıcı insanın şeirləri bütün zaman kəsimlərində yalnız bir fəslin 
– baharın təravətini daşıyır. Məstan Günər milli poeziyaya sinəsi dağ qoxulu, yovşan 
ətirli, bənövşəyə və Ay işığına aşina şair kimi daxil oldu. Bu poeziyada bütün üstün 
duyğular milli koloriti nişan verdi, hər şey bu koloritin içindən süzülüb keçdi. Zamana 
(insana) baxış koordinatları da məkanın (təbiətin) diktə elədiyi, müəyyənləşdirdiyi 
nöqtədən hədəfə götürüldu, bütün haçalanmalar bir nöqtədə təmərküzləşdi. İnsan-təbiət 
birgəliyində. Bu birgəlik o həddə idi ki, ölümdən yazanda belə şairin duyğularını saran, 
içinə çökən kədərə qarışmış, daxilindəki təbiət başlanğıcının, dünyaya baxış səhmanın 
pozulacağından ehtiyat eləmişdi: 
 
Öldüyümü deməyin heç kəsə,
Pencəyimin gümüş düymələrində
Uçan kəpənəkləri
Sayrışan çiçəkləri
Gözləməzlər bir də.
Elə bilərlər ürəyim
Dumanı sarğı dağları,
Alagöz bulaqları
Çürütməkdədir qəbirdə.
Nekroloq artıq,
Göz yaşı artıq!
Məstan Günərin də mənəvi dünyasının dayaqlandığı güc mənbəyinin adı təbiətdir. Bu 
poeziyada ömrün son çağlarına qədər işıqlı deyim tərzi, əlvan təsvir ədası özünü 
qorumağa müvəffəq oldu. Şairin şeirə gətirdiyi obrazlar bütöv, canlı görünürlər və bu 
dipdiri obrazlar, dil materialı, bədii təsvir və ifadələr sistemi ilə M.Günər əslində, 
poeziyanı bir başqa .əkildə sevməyə, təbiəti başqa şəkildə qavramağa kömək edir.
Məmməd İsmayılın 2000-ci illərdə yazdığı şeirlərdə cavanlıq çağlarının nikbin və 
çılğın ovqatının yaşadığı mərhələnin sərt, müdrikanə təsviri ilə əvəzləndiyini görürük. 
Sərt və müdrik başlanğıc bu poeziya üçün həmişə xarakterik bir hal olmuş. Sadəcə, bu 
gün şair ömrün ahıllıq kürsüsündə əyləşib həyat, zaman, insan haqqında meditativ 
düşüncələrini bölüşür, dünəndən bu günə deyil, bu gündən keçmişə boylanır. Şairin “Göy 
qurşağı” şeirində taleyə, qəzavü-qədərə verilən qiymətin ictimai tutumu dərindir və 
yüksək poetik formada ifadə olunub:



Yüklə 276,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə