Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi



Yüklə 276,13 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix28.01.2023
ölçüsü276,13 Kb.
#99645
1   2   3   4   5   6   7   8   9   ...   13
AƏT ƏN YENİ M 13 2022

3
 


M 1
3
eksperimentçi şeir, eləcə də modernist və avanqard şeirlər yaşarılığında bu gün də israr 
edir. Sadəcə özünü təsdiq etmə, yaxud tükətmə faktoru ilə. Bu gün modernist deyə təsnif 
olunan şeir 1960-1980-ci illərin poetik məkanında eksperiment səciyyəsi ilə seçilirdi. 
Zamanı gəldi, özünü təsdiq etdi, R.Rzanın poeziyada sərbəst gəzişmələri sərbəst şeiri 
stimullaşdıran zəminə çevrildi, V.Səmədoğlunun psixoloji yaşamları bütöv bir 
tendensiyaya yol açdı. Bu gün həmin poeziyadan ənənəvimi deyə bəhs olunmalıdır, yoxsa 
modernist şeir deyə?! Hər dövrün öz yeniliklər sırası var. Müstəqillik dönəminin yeniliyi 
Avropa modernist cərəyanlarının poeziyaya axını, tətbiqi, təbliği formasında gəlirdi. 
Önəmli olan bütün uğursuz cəhdlərə, Qərb cərəyanlarına ifrat meyillərinə baxmayaraq, 
müstəqillik dönəminin poeziyasının öz keçmişi, gələnəkləri ilə üzvi bağlılığında, zəmin 
aldığı fəlsəfi-psixoloji notlara qədər yeni xarakterli şeir olmasındadır. Ən azı, bu 
poeziyada lirik subyektin yaşamları, keçib-gəldiyi gerçəklər, fəci yaşantılar sırası, içinin 
təbəddülatları, əzabları başqadır və ədəbiyyata yeni bir dünyanın İnsanı kimi qədəm 
qoyur. Ədəbiyyat bütün hallarda yeni İnsanla təzələnir.
2.
 
Ənənəvi mövzulara yeni baxış. 
1990-cı illərdən başlayaraq poeziyamızda 
elə imzalar oldu ki, öz poetik yaşamları ilə “geriyə qayıdış”ın ən yaxşı nümunələrini 
yaratmaqla bahəm, həm də gələcək şeirin inkişaf trayektoriyasının cızılmasına səbəbkar 
oldular. Bütün dövrlərdə poeziya müxtəlif nəsillərin birgəliyinin, məcmusunun təzahürü 
olaraq bütöv və mütəşəkkil görünə bilir. Müstəqillik dönəminin müasir poeziya 
palitrasının yaranmasında da bütün nəsillərdən olan fərdlər iştirak edir. Əlbəttə, bu iştirak 
bir qism şairlərin ənənəvi-realistik, lirik-romantik üslubda yazdıqlarını dəyər qismində 
prosesə qatmağı, bir qisminin isə zamanla uzlaşmağa can ataraq poetik güclərini, 
nəfəslərini yeni ritmə kökləməsilə əyaniləşib. 
 
Yeni dövrdə ənənəvi üslubda yazılan poeziya nümunələrinin bədii təsvir 
predmetləri bunlar oldu:

Tanrı, məşhər günü, səmavi düşüncələr insanın təklikdən, tənhalıqdan təcrid olunub 
ali mütləq həqiqətə çatmaq üçün üz tutduğu müqəddəs mehrablardır;

azadlıq, hürr duyğuları, müharibə ovqatı, vətənpərvərlik ideyalarının təbliği 
şeirimizin patriotik qolunu səciyyələndirən başlıca amillərdir;

ağac, quş, kəpənək, çiçək, daş paklıq və təmizlik rəmzi kimi mənalanan simvollardır;

ənənəvi sevgi, məhəbbət mövzuları.
Yaşlı nəsildə həyata daha çox retrospektiv baxış, nostalji hissi güclüdür. Yenə də 
kənd həsrəti, yurd itgisi ağrıları, ailə-məişət qayğıları, adi, gündəlik həyatın yaşantıları, 
sosial-siyasi problemlərin təsviri və s. hisslər burada aparıcıdır. Şeirlərin adları belə bunu 
deyir: «Nostalji» (Ç.Əlioğlu), «Retro» (S.Məmmədzadə) və s. “İşimdən, gücümdən gəl 
qoyma məni,/ Məndə vaxt hardandı, söz güləşdirəm./ Yaş o yaş deyil ki, payız şum əkib,/ 
Yazda başaq yığam, boş küləş dərəm”.
Gənc şairlərdə isə zaman daha çox “indi” şəklində təzahür edir. Bu şairlərin içindən 
keçdikləri (keçirdikləri) zamanın üzləşdirdiyi fəci və dramatik situasiyalar, yaşatdığı 



Yüklə 276,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə