Mühazirə Ümumtəhsil məktəblərində riyaziyyat kurikulumununun əsas xüsusiyyətləri. Plan



Yüklə 67,83 Kb.
səhifə1/24
tarix31.12.2021
ölçüsü67,83 Kb.
#81389
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   24
RTM Mühazirə 5


Mühazirə 5.

Ümumtəhsil məktəblərində riyaziyyat kurikulumununun əsas xüsusiyyətləri.

Plan.

  1. XXI əsrin çağrışları və təhsil islahatını zəruri edən səbəblər;

  2. Kurikulumun xüsusiyyətləri;

  3. Kurikulumun əsas xüsusiyyətləri üzrə interpretasiya;

  4. Fənn kurikulumunun strukturu;

  5. Məzmun standartlarının bilik və fəaliyyət komponentləri, onların təsnifatı;

  6. Ümumtəhsil məktəblərində riyaziyyat kurikulumu və onun xarakterik cəhətləri;

  7. Ümumi təlim nəticələri;

  8. Məzmun xətləri;

  9. Fəaliyyət xətləri və standartlar;

  10. Fəndaxili, fənlərarası və fənlərüstü (transfənn) inteqrasiya.



  1. XXI əsrin çağrışları və təhsil islahatını zəruri edən səbəblər

Ümumtəhsil məktəblərində həyata keçirilən təhsil prosesinə nəzərən riyaziyyat fənninin tədrisi prosesi alt sistem rolunda çıxış edir. Riyaziyyat fənninin qarşısına qoyulan vəzifələr ümumi təhsilin vəzifələrinə (ümumi təhsildə gözlənilən ümumi nəticələrə) komponent kimi daxil olur. Elə bu səbəbdən də, tələbə-gələcək riyaziyyat müəllimi XX1əsrin çağrışlarına uyğun ümumi təhsilini başa vuran məktəblinin hansı bacarıqlara yiyələnməli olduğunu bilməsi xüsusi önəmə malikdir. Bütün dünya kimi, Azərbaycan üçuncü minilliyə qədəm qoymuşdur. Bu gün məktəbdə təlim alan uşaqlar yaxın gələcəkdə cəmiyyətin tam hüquqlu üzvü olacaqlar.

Sual olunur: “ XXI əsrin xüsusiyyətlərini nəzərə alan təhsil necə olmalıdır? XXI əsrdə insanlara vacib olan bilik, bacarıq, vərdiş – keyfiyyətlər hansılardır?” Odur ki, öncə dünyanın sözügedən əsrdə xüsusiyyətlərinə aydınlıq gətirək və bundan sonra dəyişən dünyamızın reallıqlarına uyğun təhsil modelindən bəhs edək.

Fikrimizcə, XXI əsrin xüsusiyyətlərini, əsasən, aşağıdakılar şərtləndirir:

1. Biz sürətlə dəyişən dünyada yaşayırıq. Elmin, texnikanın, texnologiyaların, xüsusilə də komputer texnologiyasının sıçrayışlı inkişafının şahidləriyik.

2. İnsan zəruri informasiyanı müstəqil qazanmağı, yenidən işləməyi, ondan düzgün istifadə etməyi bacarmalıdır.

3. Vaxt məhdudiyyətinin artması fəal və yaradıcı olmaq, şəraitdən tez baş çıxarmaq , təşəbbüs göstərmək, müstəqil olaraq yeni məsələlər qarşıya qoymaq və qərar qəbul etməyi bacarmaq zərurətini yaradır.

4. Cəmiyyətdə baş verən sosial prioseslər də şəxsiyyətin inkişafına dair xüsusi tələblər irəli sürür.

5. Cəmiyyətin təbəqələşmə tendensiyası, insanlar arasında fərqlərin dərinləşməsi, virtual tipli ünsiyyətin yayılması digər insanlarla harmonik qarşılıqlı fəaliyyət və ünsiyyət bacarığı tələb edir.

6. Ekoloji fəlakətlərin, terrorizmin, mədəniyyət vandalizminin artımı təbiətə və mədəniyyətə qayğılı münasibətin aşılanmasının, öz xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və ənənələrinə yiyələnməyin və dünya sivilizasiyasının dəyərləri ilə tanış olmağın zəruriliyinə gətirib çıxarır.

Təhsil müasir uşağı dövrünün həyatına hazırlamağı bacarmalıdır, təhsil dəyişən dünyanın reallıqlarından kənarda mövcud ola bilməz. XXI əsrdə həm cəmiyyətin, həm də onun hər bir üzvünün yaşamasında və inkişafında başlıca dəyər yaradıcı, özünüinkişafetdirən şəxsiyyətdir. Müasir dövrdə şəxsiyyət problemi xüsusilə aktuallaşıb.

Müasir psixologiya məhz uşağın yaradıcılıq imkanlarinin üzə çıxarılması və həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını təhsilin başlıca məqsədi sayır. Odur ki, müasir zaman kəsiyində başlıca dəyər yaradıcı, özünüinkişafetdirən şəxsiyyət olduğundan, təhsil prosesi uşaqda məhz jaradıcılıq, özünüinkişaf qabiliyyətləri formalaşdırmalıdır.




Yüklə 67,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə