Mühazirə Ümumtəhsil məktəblərində riyaziyyat kurikulumununun əsas xüsusiyyətləri. Plan



Yüklə 67,83 Kb.
səhifə3/24
tarix31.12.2021
ölçüsü67,83 Kb.
#81389
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   24
RTM Mühazirə 5

Kurikulumun xüsusiyyətləri

Bundan əvvəlki yarımbaşlıqda vurğuladıq ki, riyaziyyat müəlliminin ümumi təhsilin qarşısına qoyulmuş vəzifələri (gözlənilən ümumi nəticələri) dürüst şəkildə bilməsi xüsusi önəm daşıyır. Ancaq bu, təbii ki, məsələnin bir tərəfidir və tədris prosesi ilə bağlı fəaliyyətin nəticəyönəlişli sistemə salınması üçün ğərəkdir. Belə ki, məqsəd fəaliyyətin sistemyaradıcı komponentidir. Bununla yanaşı, məqsədin hərəki hala gəlməsi üçün təlim prosesinin hansı məzmunda, hansı strategiya əsasında, hansı qiymətləndirmə mexanizmlərinə dayanaraq həyata keçirilməsi də olduqca mühüm əhəmiyyətə malikdir. Müəllim təlim prosesi ilə bağlı bütün suallara həm nəzəri, həm də əməli cavab tapmağı bacarmalıdır. O bilməlidir ki, fasilitatoru olduğu prosesdə hansı modeldən istifadə edir və bu modelin hansi məxsusi xüsusiyyətləri vardır. Bu model ənənəvi modellərin hansı üstün məziyyətlərini özündə cəmləşdirmişdir (unudulmamalıdır ki, yenilik köhnənin tamamilə inkarı deyildir, belə inkar xeyirdən çox ziyan gətirə bilər) və real pedaqoji prosesə hansı uğurları vəd edir. Söylədiklərimizi əsas götürərək bu fəslin məzmununa hazırda ümumtəhsil məktəblərində tətbiq olunan təhsil proqramının (kurikulumun) əsas xüsusiyyətlərinin interpretasiyasnı daxil etməyi lazım bilirik. Fikrimizcə, bu, ümumi işin xeyrinə olacaqdır.

Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnaloğiyalyrı daxildir. Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır: fənyönumlü və şəxsiyyətyönumlü



Fənyönümlü kurikulumlar məzmun etibarı ilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir.

Cədvəl 2.1






Yüklə 67,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə