Mühazirə Ümumtəhsil məktəblərində riyaziyyat kurikulumununun əsas xüsusiyyətləri. Plan


Kurikulum islahatını zəruri edən səbəbləri lakonik şəkildə belə təqdim etmək olar



Yüklə 67,83 Kb.
səhifə2/24
tarix31.12.2021
ölçüsü67,83 Kb.
#81389
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   24
RTM Mühazirə 5

Kurikulum islahatını zəruri edən səbəbləri lakonik şəkildə belə təqdim etmək olar:

  • cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması;

  • planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid;

  • dünya təhsil sisteminə inteqrasiya;

  • informasiya əsrinin tələbləri;

  • təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması;

  • mövcud ümumtəhsil proqramlarının müasir tələblərə cavab verməməsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinə əsasən ümumi təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:

  1. Dinlədiyi və oxuduğu müxtəlif üslub və janrda olan mətnləri təhlil etməyi, onların məzmununu yığcam, həm də qismən geniş formada başqasına çatdırmağı;

  2. Nitqin monoloq və dialoq formalarından istifadə etməyi;

  3. Plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı;

  4. Nümunələr və dəlillər vasitəsilə fikirlərini məntiqi cəhətdən əsaslandırmağı, müxtəlif fikirlərdə ifadə olunan başlıca məqamları ümumiləşdirməyi;

  5. Hesablamalar və proqramlaşdırma aparmağı, riyazi dildən istifadə etməyi, alqoritmlər qurmağı, ehtimallar irəli sürməyi;

  6. Ətraf aləmi dərk etmək üçün müşahidə, ölçmə, hesablama, təcrübə, qiymətləndirmə üsul və vasitələrindən istifadə etməyi;

  7. Təbiətdəki əsas qanunauyğunluqların mahiyyətini və onların qarşılıqlı əlaqəsini izah etməyi;

  8. Müxtəlif fakt, mülahizə və dəlilləri müqayisə, təsnif və təqdim etməyi;

  9. Təlim prosesində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi;

  10. Təlim tapşırıqlarını yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən istifadə etməyi;

  11. Öz imkanlarını, meyl və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi;

  12. Gördüyü işlərin nəticələrini qiymətləndirməyi;

  13. İctimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi;

  14. Milli, əxlaqi-mənəvi, hüquqi, estetik dəyərlərə, vətəndaşlıq mövqeyinə, liderlik keyfiyyətlərinə malik olduğunu nümayiş etdirməyi;

  15. Problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;

  16. Xarici dildə ünsiyyət qurmağı və sairə.

Ümumi təhsilini başa vurmuş şagirdin sadalanan bacarıqları – ümumi təlim nəticələri ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərin (o cümlədən riyaziyyatın) tədrisi prosesində hədəflənən nəticələrin sintezi, dialektik vahidləşməsi kimi formalaşır.


  1. Yüklə 67,83 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə