195 elektron demokratiya və CƏMİYYƏTİN İdarə olunmasi mexanizmləRİ



Yüklə 27,78 Kb.

tarix26.09.2017
ölçüsü27,78 Kb.



195 

 

ELEKTRON DEMOKRATİYA  VƏ  CƏMİYYƏTİN İDARƏ OLUNMASI MEXANİZMLƏRİ 



 

Yusifov F.F. 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

farhadyusifov@gmail.com 

Elektron demokratiya (e-demokratiya) dedikdə vətəndaşların ictimai-siyasi fəaliyyətinin elə 

təşkili  forması  başa  düşülür  ki,  İKT-nin  imkanlarından  geniş  istifadə  olunması  ilə  istər 

vətəndaşların  öz  aralarında  istərsə  də,  vətəndaşlarla  dövlət  strukturları,  vətəndaş  cəmiyyəti  və 

biznes  sektoru  arasında  yeni  səviyyədə  daha  effekli  münasibətlərin  formalaşmasını  təmin  edir. 

Başqa sözlə, demokratik institutların gücləndirilməsi, ictimai və siyasi fəaliyyətdə vətəndaşların 

iştirakının genişləndirilməsi üçün İKT-nin istifadəsi e-demokratiyanın mahiyyətini təşkil edir. E-

demokratiya  anlayışı  vətəndaşların  fikirlərinin  nəzərə  alınması  və  vətəndaşlar  ilə  təşkilatların 

siyasi  münasibətlərə  və  proseslərə  cəlb  olunması  deməkdir.  Bu  mərhələdə  isə  vətəndaşların 

ictimai-siyası  proseslərdə  nə  dərəcədə  yaxından  iştirakı  e-vətəndaş  problemləri  ilə  xarakterizə 

olunur. 

E-demokratiyanın  təşəkkül  tapmasının  ilkin  mərhələlərindən  başlayaraq,  vətəndaşların 

dövlət  qurumlarının  ictimai  baxımdan  əhəmiyyətli  informasiyasına  çıxış  imkanının  təmin 

olunması, eləcə də, hökümətin bu və ya digər qərarları ilə bağlı səs vermək imkanını yaratmaqla 

məhdudlaşırdı. Sonrakı təkamül hər iki tərəfin, vətəndaşla hökumətin imkanlarını genişləndirmiş 

oldu və vətəndaşlarında ictimai-siyasi proseslərdə yaxından iştirakı təmin edildi. Bu isə istənilən 

səviyyədə  qərar  qəbulunda  vətəndaşların  sərbəst  şəkildə  münasibət  bildirmək  imkanının 

yaranması və şəffaflığın nəzərə çarpacaq dərəcədə artması demək idi. 

E-demokratiyanın mexanizmlərinə aşağıdakılar aiddir: 

 



Elektron səsvermə (mobil telefonla səsvermə, İnternet-seçki və s.); 

 



Onlayın rejimdə ictimai-siyasi mövzuda məsələlərin və sosial əhəmiyyət kəsb edən  

problemlərin kollektiv müzakirəsi mexanizmləri

 

Onlayın icmaların, qrupların, sosial şəbəkələrin formalaşdırılması mexanizmləri



 

Vətəndaşların təşəbbüslərinin həyata keçirilməsi mexanizmləri; 



 

Hakimiyyət orqanlarının fəaliyətinə vətəndaşların nəzarəti mexanizmləri və s. 



E-dövlətin  texnokratın  cəmiyyəti  kimi  xarakerizə  etmək  mümkün  olduğu  halda,  yəni 

texnologiyaların hakim olduğu cəmiyyət adlandırsaq e-dövlətin, e-demokratiyanın, e-vətəndaşın 

formalaşması  prosesində  IT  üzrə  alimlər  və  mütəxəssislər  yaxından  iştirak  etməlidirlər. 

İnformasiya  cəmiyyəti  inkişaf  etdikcə  kəmiyyətə  (oxlokratiya)   əsaslanan  demokratiyadan  

keyfiyyətə (meritokratiya) əsaslanan demokratiyaya keçid baş verəcəkdir. 

Təmsilçi  demokratiyası  konkret  məkan  və  zamanın  demokratiyasıdır  (seçimlər  müəyyən 

dövrlərdə  keçirilir).  Birbaşa  demokratiya  məkandan  və  zamandan  asılı  deyil,  hər  yerdə  və  hər 

zaman  fəaliyyətdədir  (məs.:  Wikidemokratiya,  sosial  şəbəkələr  və  s.).  Bu  isə  vətəndaşların 

dünyanın  hansı  ölkəsində  olmasından  asılı  olmayaraq  e-dövlətin  formalaşmasında  və  idarə 

olunmasında iştirak etməsi deməkdir. 

E-dövlətdə  seçilənin  keyfiyyəti  (intellektual  səviyyəsi)  seçicilərin  keyfiyyətindən 

(intellektual  səviyyəsindən)  asılıdır.  Aqrar,  sənaye  cəmiyyətlərində  seçki  prosesinin  təşkili  çox 

böyük  təşkilatı,  maliyyə  və  digər  problemlərlə  qarşılaşdığından,  informasiyanın  yayılması, 

seçicilərlə seçilənlər arasında operativ interaktiv münasibətlərin çətinliyi və s. kimi səbəblərdən 

kəmiyyətə  əsaslanan  demokratiyanın  alternativi  yox  idi.  Kəmiyyətə  əsaslanan  demokratiyada 



196 

 

seçicinin yaşı və yaşadığı ünvan əsas götürülürdü, yəni onun intellektini, təfəkkürünü xarakterizə 



edən parametrlər nəzərə alınmırdı. Bir sözlə seçicilərin səslərinə heç bir fərq qoyulmurdu.  

Biliklər cəmiyyətində seçicilərin və seçilənlərin ümumi intellektini nəzərə almaqla seçkinin 

nəticəsi  hesablana  bilər.  Yəni  intellekt  əmsalı  yüksək  olan  seçicinin  intellekt  əmsalı  az  olan 

seçiciyə nəzərən daha çox səsə malik olması tətbiqi mümkün bir alternativdir.  

Qeyd  etmək  lazımdır  ki,  dövlət  cəmiyyətdə  insanlar  arasında  aşağıdan  yuxarı,  hüquqi 

münasibətlər  sistemindən  ibarət  çoxpilləli  bir  üstqurumudur  (vertikal  münasibətlər  sistemi). 

Vətəndaş  cəmiyyəti  isə  insanlar  arasında  qeyri-məhdud  olaraq  qurulan  münasibətlər  sistemidir 

(horizontal  münasibətlər  sistemi).  Bu  prinsipdən  çıxış  edərək  cəmiyyətin  daxili  münasibətlər 

sistemi şək. 1-də göstərilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Cəmiyyətin daxili münasibətlər sistemi 



Obrazlı  desək  demokratiyanın  əsas  valyutası  informasiya  və  kommunikasiyadır.  Bunlar 

olduğu  halda  vətəndaşlar  təşkilatlanır,  özünü  idarə  etməyə  başlayır  və  e-vətəndaş  formalaşır. 

Vətəndaş  cəmiyyətinin  formalaşmasında  sosial  şəbəkələr,  bloqlar  və  s.  mühüm  rol  oynayır. 

Vətəndaş  cəmiyyəti  yəni,  horizontal  münasibətlər  sistemi  formalaşdıqca,  özünü  idarəetmə 

imkanları  (bələdiyyələr,  QHT-lər  və  s.)  yaranır,  yəni  dövlətin  bəzi  funksiyalarını  öz  üzərinə 

götürür. Digər funksiyaları (istehsal, satış və s.) isə biznes sektoru həyata keçirməyə başlayır. 

Qeyd  olunanlarla  yanaşı,  İnformasiya  cəmiyyətinin  keçidin  sadəcə  olaraq  dövlət  idarəetməsinə 

dair mövcud proseslərin avtomatlaşdırılmasını deyil, həmçinin  də onların konkret  vətəndaşların 

maraqlarının və cəmiyyətin bir qrup maraqlarının əsasında yenidən qurulmasını da tələb edir. Bu 

prinsipdən çıxış edərək hazırda, birbaşa e-demokratiya layihələri biznes sektoru tərəfindən ciddi 

dəstək  ala  bilmirlər.  E-demokratiya  konsepsiyası  ziddiyyətlərdən  ibarət  olub,  əsaslı  tənqidə 

məruz  qalır. Bu  səbəbdən son  zamanlar  ictimai-siyasi  və  elmi  ədəbiyyatda  İKT  əsasında  dövlət 

idarəetmə  sahəsində  islahatların  keçirilməsi  üçün  əsas  olan  e-dövlət  konsepsiyası  dominantlıq 

edir. 


 


197 

 

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun mailyyə yardımı ilə yerinə 



yetirilmişdir – Qrant № EİF/GAM-2-2013-2(8)-25/03/1 

 

Electronic democracy and control mechanisms of the society 

 

Abstract.  Considering  the  international  experience,  investigated  the  conceptual  basis  for  the 

formation  of electronic democracy.

 

Problems  of e-democracy and e-citizen are investigated and 



proposed  conceptual  approaches.  Given  the  basic  principles  of  the  theory  of  e-government, 

identifies important fields of research. 



Key  words:

 

electronic  government,  electronic  democracy,  information  security,  digital  citizen, 



web-analytics, social networks, data mining

  

 

Ədəbiyyat 

1.

 

Чеботарева  А.А.  Механизмы  электронной  демократии:  возможности  и  проблемы  их 



реализации в Российской Федерации, 

www.scli.ru 

2.

 

Anttiroiko  A.-V.  Building  Strong  E-Democracy  -  The  Role  of  Technology  in  Developing 



Democracy for the Information Age, Communications of the ACM September, vol. 46, No. 

9, 2003, pp. 121-128 

3.

 

Meier A. eDemocracy & eGovernment. Springer-Verlag. Berlin, Heidelberg, 2012 



4.

 

Hilbert  M.  The  Maturing  Concept  of  E-Democracy:  From  E-Voting  and  Online 



Consultations  to  Democratic  Value  Out  of  Jumbled  Online  Chatter.  In:  Journal  of 

Information Technology & Politics, vol. 6, 2009,  pp. 87–110  



 

Document Outline

  • Multidis Konfrans 15-16 okt 2014 Farhad
  • 1



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə