33
ABSTRACT
Ismayıl Hajıyev
NAKHCHIVAN IN THE PERIOD OF CENTRALIZED AZERBAIJAN SAFAVIDS
STATE (IN THE YEARS OF 1501-1736 )
The article deals with the creation of Safavids state, his role and position of the statehood
history of Azerbaijan, to unite the Azerbaijan lands in an unique state, establishment of the
government and to implement this in all the territories of the country.
The rolu of Nakhchivan in the establishment of Safavids state and its history is investigated.
It is cleared up that Nakhchivan is the heritage country of Kangarli tribe and they were considered
one of the branch of ustajli gizilbash tribe. Kangarli has historical services in the defending of the
borders Safavids state and to strengthen the statehood. That is why Nakhchivan is one of the most
important military -strategical territories of Safavids state. The author also pay attention to these
facts that during the Safavids-Ottoman battles Nakhchivan pass through hand to hand and showed
the harm of the population. When Nakhchivan was under the rule of Ottomans in the years of 1588-
1603 and 1727-1736 the implementing ceremonies in that period is investigated by the author.
According to policy of “Emptied (burned) land” blow striked to Nakhchivan and the moving of the
population is investigated with new facts by the author. Though Nakhchivan was occupied by
Ottomans and govern by them for a few period it was tried to built the Azerbaijan statehood and
achieved to this aim. Nakhchivan stayed as one of the composition of Safavids state.
The author`s main result in the article is that Nakhchivan territory was played an important
role in the history of Safavids state.
РЕЗЮМЕ
Исмаил Гаджиев
НАХЧЫВАН В ПЕРИОД ЦЕНТРАЛИЗОВАННОГО АЗЕРБАЙДЖАНСКОГО
ГОСУДАРСТВА СЕФЕВИДОВ (1501-1736 годы)
В статье говорится о возникновении государства Сефевидов, о его роли и позиции в
истории и государственности Азербайджана, об объединения Азербайджанских земель в
едином государстве, об организации на территории всей страны правительственных органов.
Исследована роль Нахчывана в создании и истории государства Сефевидов.
Выявлено, что власть в Нахчыване по наследству принадлежала племени Кенгерлинских,
которое было ветвью племени кызылбашей –устаджлы. Кенгерлинские имеют исторические
заслуги в охране границ, укреплении государственности государства Сефевидов. Поэтому
Нахчыван являлся важным военно-стратегическим регионом государства Сефевидов. В
статье также уделено внимание переходу Нахчывана из рук в руки в результате Османо-
Сефевидских войн, потери, которые несло население в результате этих войн. Рассказано о
периодах с 1588 по 1603 и с 1727 по 1736 годы, когда Нахчыван находился во владении
Османской империи. На основе фактов говорится о том, как на Нахчыван повлияла политика
“опустошённой (сожжённой) земли”, о переселениях населения. Несмотря на то, что
Нахчыван был захвачен Османской империей и некоторое время был в её составе, здесь все
время были успешные попытки возобновления Азербайджанской государственности.
Нахчыван возвращался в состав государства Сефевидов. Цель этой статьи в том, что
Нахчыванский край сыграл важную роль в истории государства Сефевидов.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı
ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
34
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
FƏXRƏDDİN CƏFƏROV
Naxçıvan Dövlət Universiteti
ceferovf@gmail.com
UOT:
930.25
MİLLİ ARXİVİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU
Açar sözlər:
Türkmənçay müqaviləsi, Nəriman Nərimanov, Daxili İşlər Komissarlığı,
Heydər Əliyev, Milli Arxiv fondu, Türkiyə, Moskva
Key words:
Turkmenchay Treaty, Nariman Narimanov, Internal Affairs Commission,
Heydar Aliyev, National Archives Foundation, Turkey, Moscow
Ключевые слова:
Туркменчайский договор, Гейдар Алиев, Центральное Архивное
Управление, Нахчыван, О фонде Национального Архивы”
Hər bir millətin arxivi onun tarixinin, həyatının ayrılmaz hissəsidir. Əgər bir xalqın arxivi
olmayıbsa, yoxdursa demək o xalqın gələcəyindən də danışmaq əbəsdir. Yəni, keçmişini unudan
gələcəksiz yaşayır. Bu bir həyat aksiomasıdır. Azərbaycanda, eləcə də Naxçıvanda arxiv
quruculuğu çox çətin bir yol keçmişdir. Tarixin müxtəlif dövrlərində Naxçıvan müxtəlif dövlətlərin
vuruş meydanına çevrilmiş, nəticədə işğala məruz qalmış bu ərazidə qiymətli arxiv sənədləri ya
məhv edilmiş, yaxud da işğalçılar tərəfindən talan edilərək başqa yerlərə daşınmışdır. Çox uzağa
getməyək: xanlıqlar dövründə istər İran, istərsə də Osmanlı dövlətinin Naxçıvan xanlığını ələ
keçirmək üçün apardıqları döyüşlər, həmçinin Türkmənçay müqaviləsindən sonra rus
müstəmləkəçiliyi, sonra Naxçıvan qəzasının Gürcüstan İmereti və İrəvan quberniyasına verilməsi
buna əyani sübutdur. Bu isə öz növbəsində arxiv quruculuğuna böyük ziyan vurmuşdur. Bu gün
İran İslam Respublikasının Təbriz, Tehran, Türkiyə Cumhuriyyətinin Ankara, İstanbul, Rusiyanın
Moskva, Sak-peterburq, eləcə də Ermənistan, Gürcüstanın dövlət arxivlərində Naxçıvanın XVIII-
XIX əsrlər tarixinə dair saxlanılan çoxsaylı qiymətli sənəd, nadir əlyazma vardır. Bunlar bizim milli
sərvətlərimizdir ki, əldən çıxıb (1, v. 1).
XX əsrin 20-ci illərinə qədər istər Azərbaycan, istərsə də Naxçıvanda dövlət idarəçiliyinin
əsas atributlarından biri sayılan arxivlər olmamışdır. Ölkəmizdə arxiv işinin dövlət səviyyəsində
təşkilinə 1920-ci ilin dekabrından başlanmışdır. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman
Nərimanov “Vahid dövlət arxiv fondunun yaradılması və xalq maarif komissarlığı yanında mərkəzi
dövlət arxivinin təşkili haqqında” dekret imzalamışdır. Həmin dekreti əldə rəhbər tutan Naxçıvan
MSSR Mərkəzi İcraiyyə Komitəsi 1925-ci il dekabr ayının 13-də Naxçıvan MSSR-də Mərkəzi
Dövlət Arxivinin yaradılması haqqında qərar qəbul etmişdir (2, v. 38).
Azərbaycanda arxiv orqanlarının yenidən təşkili ilə əlaqədar olaraq 1930-cu ildə Naxçıvan
MSSR Mərkəzi Dövlət Arxivi yenidən təşkil edilmişdir. Naxçıvan şəhərindəki dövlət arxivi onun
tərkibində idi. Lakin 1960-cı ilə qədər, arxiv idarəsi və Mərkəzi Dövlət Arxivi Naxçıvan MSSR
Xalq Daxili İşlər Komissarlığının tabeliyində olan dövrdə demək olar ki, arxivlər qapalı təşkilatlar
idi. Bu da onlarla elmi-tədqiqat işlərinin aparılmasına və arxiv sənədlərindən istifadəyə əngəl
törədirdi.
1930-cu illərdə Naxçıvanda Mərkəzi Arxiv İdarəsi yaranmış, onun tərkib hissəsi kimi
Naxçıvan şəhərində Respublika Dövlət Arxivi olmuşdur. 1941-ci ildə Naxçıvan MR Mərkəzi
Dövlət Arxivi adlanmışdır. Ötən əsrin 60-cı illərində ittifaqın başqa yerlərində olduğu kimi
Naxçıvanda da arxiv təşkilatı Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Naxçıvan MSSR