Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   10   11   12   13   14   15   16   17   ...   164

29 
İsgəndər Münşinin 1628-ci ilə aid əmirlərin siyahısına görə Maqsud Sultan nəinki Naxçıvan, eyni 
zamanda, Xorasan kəngərlilərinin də hakimi idi [21, s.132]. Sonrakı dövrdə Naxçıvanda Nadir bəy 
Rzaəddin  xan  (1647),  Əliqulu  xan  (1668),  Murad  xan  (1668-1669),  Şərəf  xan  (1669-1678), 
Məhəmməd Rza xan (1678-1691) hakimlik etmişdilər[12, s.138].
 
Kəngərlilərin Naxçıvan ölkəsinin 
siyasi  idarəsi  sahəsində  əldə etdiyi  təcrübə sonralar Naxçıvan xanlığının yaradılmasında vacib  rol 
oynamışdır. 
Naxçıvanın Səfəvi dövləti tərkibində tarixinin sonrakı mərhələsi də dövlətçilik ilə sıx bağlı 
olmuşdur.  Naxçıvan  uzunmüddətli  Səfəvi-Osmanlı  müharibələrinin  əsas  hərbi-strateji 
məntəqələrindən biri olmuş, müharibənin bütün  ağrı-acıları və itkiləri ilə üzləşmişdir. Naxçıvanın 
bu dövr tarixi Səfəvi dövlətinin həyatının ən mühüm hadisələri ilə bilavasitə əlaqədardır.  
Naxçıvan  ilk  əvvəl  Səfəvilər  ilə  Osmanlılar  arasında  baş  verən  1514-1555-ci  illər 
müharibəsinin  çətinliklərinə  məruz  qaldı.  Səfəvilərin  1514-cü  ilin  avqustunda  baş  verən  Çaldıran 
döyüşündə  məğlub  olması  dövlətin  paytaxtı  Təbriz  kimi  Naxçıvanın  da  osmanlıların  əlinə 
keçməsinə səbəb oldu.  Osmanlılar burada 1514-cü il 20-26 sentyabra kimi qala bildilər, sonra isə 
qoşunlar  İrəvana  çəkildi  [17,  s.226-227].  Sultan  Süleymanın  (1520-1566)  bu  müharibə  dövründə 
baş  verən  1534,  1535  və  1548-ci  illərdəki  üç  yürüşü  də  Naxçıvana  ağır  zərbə  vurdu.  Buna 
baxmayaraq,  Naxçıvan  Səfəvi  dövlətinin  mühüm  hərbi-strateji  bölgəsi  olaraq  qalırdı.  Sultan 
Süleymanın 1554-cü ilin  ortalarında başlayan dördüncü  yürüşü isə “12-ci  səfər” və  ya “Naxçıvan 
səfəri” kimi tarixə daxil olmuşdur. Osmanlı qüvvələri iyulun 28-də Naxçıvana daxil olmuş, 30-da 
isə oranı tərk etmişdilər [16, s.546]. Görünür “Naxçıvan səfəri”ndən çıxarılan əsas dərslərdən biri 
müharibənin  davam  etdirlməsindənsə, sülhün vacibliyinin müəyyənləşdirilməsi olmuşdu. Bununla 
əlaqədar olaraq, dövlətlər arasında sülh danışıqları başlamış və 1555-ci il mayın 29-da Amasiyada 
müqavilə  imzalanmışdı.  Müqavilənin  şərtlərinə  görə  İmeretiya,  Minqreliya,  Quriya  və  Şərqi 
Anadolu  Osmanlı  imperiyasına  keçmiş,  Mesxiya,  Kartli,  Kaxet  və  İrəvan  Səfəvilər  dövlətində 
qalmışdı [6, s.83]. Naxçıvan da Səfəvilər dövləti tərkibində qalmışdır. 
Səfəvilər və Osmanlılar arasında yeni müharibənin başlandığı 1578-ci ilədək Naxçıvanda da 
sülh  şəraiti  iqtisadi  inkişafa  müsbət  təsir  göstərdi.  II  İsmayılın  dövründə  Səfəvilərin  hakimiyyəti 
altında olan Naxçıvana “Şərəfnamə” adlı tarixi əsərin müəllifi Şərəfxan Bidlisi hakim təyin edilmiş, 
lakin onun hakimiyyəti uzun sürməmişdir. Osmanlılar və Səfəvilər arasında yeni müharibə başladığı 
zaman,  1578-ci  ilin  dekabrında  Naxçıvanı  tərk  edərək  400  nəfərə  yaxın  məiyyəti  ilə  Bidlisə 
getmişdi [12, s.127]. 
1578-1590-cı illər müharibəsi zamanı da Naxçıvan hərbi əməliyyatların əsas mərkəzlərindən 
biri olmuşdur. Müharibənin elə ilk ilində Naxçıvan Osmanlı qoşununun hücumuna məruz qalmış və 
onların  əlinə  keçmiş,  lakin  tezliklə  Naxçıvan  tərk  edilmişdir.  Növbəti  1579-cu  ildə  osmanlılar 
Naxçıvan  şəhəri  və  ətraf  yerlərdən  40  mindən  çox  əsir  aparmışdılar.  1588-ci  ildə  yeni  Osmanlı 
hücumu  zamanı  Naxçıvan  ələ  keçirilmişdi.  Səfəvilərin  məğlub  olduğu  bu  müharibə  nəticəsində 
bağlanılan  1590-cı  il  İstanbul  sülhünə  görə  Naxçıvanın  da  Osmanlı  dövlətinə  keçməsi  təsbit 
edilmişdi [7, s.39-40].  
Naxçıvan  osmanlılar  tərəfindən  ələ  keçirildiyi  1588-ci  ildən  etibarən  15  il  müddətinə 
Osmanlı  dövlətinin  tərkibində  qalmışdır.  Osmanlı  dövləti  Naxçıvanın  hərbi-strateji  əhəmiyyətini 
nəzərə alaraq, onun dirçəldilməsi və möhkəmləndirilməsi sahəsində tədbirlər həyata keçirmişdir. Bu 
dövrdə Naxçıvanın idarəsi Xızır Paşaya həvalə edilmişdir [7, s.43-45]. 
Naxçıvan rəsmən Osmanlı dövlətinin tərkibinə daxil edildikdən sonra, o sancağa çevrilmiş 
və İrəvan əyalətinə daxil edilmişdir. Osmanlı ənənəsinə uyğun olaraq, bütövlükdə İrəvan əyalətində, 
o  cümlədən  Naxçıvan  sancağında  fiskal  məqsədlə  1590-cı  ilin  noyabrında  müfəssəl  dəftər  tərtib 
edilmişdir.  Bu  siyasətin  və  onun  nəticəsində  meydana  gəlmiş  dəftərlərin  (müfəssəl  və  icmal) 
dövlətçilik baxımından əhəmiyyətini nəzərə alaraq onun üzərində xüsusi dayanmağa ehtiyac vardır. 
Bu məsələyə İrəvan əyalətinin icmal dəftərinin tədqiqatçıları da xüsusi diqqət  yetirərək  yazmışdır 
ki,  ələ  keçirdikləri  bölgələri  mərkəzləşmiş  qaydada  idarə  etmək  məqsədi  ilə  osmanlılar  buraları 
ölkənin ictimai-siyasi və sosial-iqtisadi sisteminə inteqrasiyası ilə ciddi məşğul olmağa başlayırlar. 
Siyasi  sabitliyi  və  asayişi  təmin  etmək,  hücumlardan  qorunmaq  üçün  osmanlılar  ilk  növbədə 
qalalarda  silahlı  qüvvələri  yerləşdirir,  onlara  maaş  kimi  veriləcək  vəsaitin  mənbələrini  müəyyən 


30 
edirdilər. Bu tədbirdən sonra ələ keçirilən bölgələr əyalətlərə bölünür, onların ərazi-inzibati bölgüsü 
aparılır,  yerli  idarə  aparatı  formalaşdırılır,  rəhbərləri  (bəylərbəyi,  sancaqbəyi,  qazi,  naib,  kətxuda, 
dəftərdar)  təyin  edilirdi...Beləliklə  də,  əyalətin  idarə  olunması  üçün  lazım  olan  qanunnamə  və 
vergilərin  nizamlı  şəkildə  toplanmasını  müəyyən  edən  müfəssəl  dəftər  tərtib  edilirdi.  Növbəti 
sonuncu  mərhələdə  isə,  əkilən  torpaq  sahələri  və  formaları  ilə  bərabər  torpaq  sahibləri  müəyyən 
edilərək,  toplanan  məlumatlara  əsasən  müfəssəl  dəftərdə  istifadə  olunmaqla  icmal  dəftər 
hazırlanırdı [10, s.5-6]. İrəvan əyalətinin icmal dəftərinə görə Naxçıvan bölgəsi Naxçıvan, Məvazi-
Xatun,  Arslanlı  mülkü,  Qarabağ,  Dərəşam,  Dərəşahbuz,  Bazarçayı  nahiyələri;  Şərur  bölgəsi  isə 
Şərur,  Zar,  Zəbil,  Əlincə,  Sisyan  nahiyələri;  Ordubad  bölgəsi  isə  Ordubad,  Culfa,  Azad-Ciran, 
Şorlut,  Norküt  nahiyələrindən  ibarət  idi.  Müfəssəl  dəftərin  məlumatına  görə  Naxçıvan  sancağının 
393 yaşayış məntəqəsindən 269-nun əhalisi oranı tərk etmiş, Bazarçayı, Zar və Zəbil isə tamamilə 
boşalmışdır  [14,  s.13].  Bu  1579-cu  il  hücumu  ilə  əlaqədar  olmuşdur  [10,  s.12-13].  Beləliklə, 
Naxçıvanın Osmanlı idarəçiliyində olduğu dövrdə (1588-1603 ) Osmanlı dövlətinin həyata keçirdiyi 
tədbirlər nəticəsində burada idarə sistemi və sosial-iqtisadi həyat stabilləşməyə başlamışdır.  
1590-cı  il  müqaviləsi  ilə  Azərbaycanın  böyük  bir  hissəsini,  o  cümlədən  hərbi-strateji 
baxımdan  xüsusi  rolu  olan  Naxçıvanı  itirən  Şah  Abbas  belə  bir  vəziyyətlə  barışmaq  istəməmiş, 
Osmanlı dövləti ilə yeni müharibəyə hazırlaşmaq məqsədi ilə bir sıra islahatlar (hərbi, vergi və s.) 
aparmışdır. 1602-ci ildə Osmanlı dövləti ilə müharibə başlamışdır. 1612-ci ilədək davam edən bu 
müharibədə də Naxçıvan uğrunda mübarizə  əsas  məsələlərdən  biri olmuşdur. Şah Abbas 1603-cü 
ilin oktyabrında Təbrizi azad etdikdən sonra, Culfanı və Əlincə qalasını aldı və həmin ilin sonunda 
Naxçıvana doğru irəlilədi. Bu zaman Osmanlı qoşunu Naxçıvanda 150 nəfərlik kiçik bir qarnizon 
saxlayaraq, oranı tərk etmişdi. Osmanlı qüvvələrinin Naxçıvanı tərk etməsi hərbi-strateji səbəblərlə 
eyni zamanda, yerli əhalinin Səfəvilər dövlətini müdafiə etməsi və Osmanlı hakimiyyətindən xilas 
olmaq  arzusu  ilə  də  izah  edilir.  Bunu  Naxçıvanın  azad  edilməsindən  sonra  Şah  Abbasla  birlikdə 
Naxçıvan  şəhərinə  gələn  Alman  imperatoru  II  Rudolfun  səfiri  Tektander  də  qeyd  etmişdir. 
Naxçıvanda Səfəvi  hakimiyyəti bərpa edildikdən sonra şəhərin və bütün  vilayətin idarəsi  Maqsud 
Sultan Kəngərliyə həvalə edilmişdir [12, s.130-131]. 
Osmanlı sultanı  I Əhməd (1603-1617) müharibənin gedişində dönüş  yaratmaq məqsədi ilə 
1605-ci  ildə  Cığal  oğlunun  başçılığı  altında  yeni  qüvvə  göndərdi.  Şah  Abbas  bu  qüvvələrə  qarşı 
əvvəllər də tətbiq edilən “boşaldılmış (bəzən yandırılmış və ya viran edilmiş kimi ifadələr də tətbiq 
edilir)  torpaq”  taktikasını  tətbiq  etməyə  başladı.  Osmanlı  qoşunlarının  əlinə  keçməməsi  üçün 
yaşayış  məskənləri  dağıdıldı,  əhalisi  köçürülməyə  başladı.  Bu  siyasət  Naxçıvanda  da  tətbiq 
edilməyə  başladı  [12,  s.132-136].  Bu  siyasətin  mahiyyəti  bəzən  ciddi  şəkildə  təhrif  edilir.  Onun 
etnik və ya dini səciyyə daşıması, qırğın şəkli alması, “böyük sürgün” adlandırılması və s. bu kimi 
yanaşmalar  həqiqətə  uyğun  görünmür.  Bu  tamamilə  hərbi-strateji  məqsəddən  irəli  gəlirdi.  (Yeri 
gəlmişkən  qeyd  edək  ki,  hərb  tarixində  bu  taktikadan  istifadə  edilmişdir.  Napoleonun  Rusiyaya 
1812-ci  il  yürüşü  zamanı  bu  taktika  tətbiq  edilmiş,  o  Rusiyaya  güclü  Napoleon  üzərində  qələbə 
çalmağa  imkan  vermişdir  və  s.).  Bununla  eyni  zamanda,  boşaldılmış  Naxçıvanı  da  Osmanlı 
hücumundan  müdafiə  etmək  lazım  gəlirdi.  Cığal  oğlu  Sinan  Paşanın  Ömər  Ağanın  başçılığı  ilə 
Naxçıvan  üzərinə  göndərdiyi  hərbi  dəstələr  Şah  Abbasın  sərkərdəsi  Əmirgunə  xan  tərəfindən  dəf 
edilmişdi.  Müharibə  isə  1612-ci  il  noyabrın  20-də  İstanbulda  bağlanmış  sülh  müqaviləsi  ilə  başa 
çatmış,  1555-ci  il  Amasiya  müqaviləsi  bərpa  edilmişdi  [20].  Naxçıvan  da  yenidən  rəsmən  Səfəvi 
dövlətinin tərkibində qalmışdır. 
XVI  əsrin  sonları  –  XVII  əsrin  əvvəllərində  Azərbaycanda  da  genişlənən  cəlalilər 
hərəkatının Osmanlı dövlətinə qarşı mübarizə aparması, şah hökuməti üçün də onu cəlbedici edirdi. 
Ona görə də bu hərəkat Şah Abbas tərəfindən dəstəklənmişdir. Bu hərəkatın Naxçıvan ərazisində də 
yayılması  Osmanlılara  qarşı  mübarizədə  müəyyən  rol  oynadığını  söyləməyə  əsas  verə  bilər  [21, 
s.327]. 
1612-ci il sülhündən az sonra, 1616-cı ildə Osmanlı-Səfəvi müharibəsi yenidən başlandı və 
1618-ci  il  29  sentyabr  Mərənd  sülhü  ilə  başa  çatdı.  Lakin  bu  sülh  də  stabilliyi  bərpa  edə  bilmədi. 
1623-cü ildə hərbi əməliyyatlar yenidən başlandı. 1639-cu ilədək davam edən bu müharibə zamanı 
Naxçıvan  yenidən  dağıntılara  məruz  qaldı.  Sultan  IV  Murad  (1623-1640)  tərəfindən  göndərilən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə