Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   9   10   11   12   13   14   15   16   ...   164

27 
ABSTRACT 
Shukur Mammadov  
 
OPPOSITIONIST POLITICAL-LEGAL JURISDICTIONS AT THE FINAL STAGE 
OF FEUDALISM IN THE SAFAVID EMPIRE 
 
In  Safavi  empires  a  number  of  oppositionist  political-legal  jurisdictions  spread  in  the  XVI-
XVII  century.  These  turned  against  the  official  Islamic  ideology  as  heavy  feudal  abuse.  One  of 
those  jurisdictions  was  the  jurisdictions  of  movement  called  “Nogtavis”.  Nogtavis  were  selected 
their gualities as free pantheist, free-thinking. 
The ruler Shah Abbas I distributed the official Qizilbash ideology knowing danger. The work 
of  “Tarixi  alamaraye  Abbas”  of  Isgandar  Munsi,  famous  Azerbaijanian  historian  gives  necessaru 
information about Nogtavi movement. 
РЕЗЮМЕ 
Шукюр Мамедов  
 
ОППОЗИЦИОННЫЕ ПОЛИТИКО-ПРАВОВЫЕ УЧЕНИЯ В СЕФЕВИДСКОЙ 
ИМПЕРИИ НА ПОСЛЕДНОМ ЭТАПЕ ФЕОДАЛИЗМА 
 
 
В  ХВЫ-ХВЫЫ  веках  в  империи  Сефевидов  распрастранился    ряд    оппозиционные 
политико-правовые  учения,  котарые  были  направлены    против  как  тяжелой  феодальные 
експлуататация,  так  и    официальной  исламской  идеологии.  Одним  из  учений  было  так 
называемое 
двихение 
«ноктавия», 
сторонники 
которого 
отличались 
своими 
пантеистическими, свободомыслями и решительностью. Правитель Сефевидов  Шах Аббас, 
оценивая  опасность  оппозиционные  учение  «ноктавия»  в  отношение  идеологии 
«кызылбашов»,  тяжело  расправился  с  ними.  О  движении  «ноктавия»  содержит  ценное 
сведение  труд  известного  азербайджанского  историка    И.Мунши  «Тарихи-аламарайи-
Аббаси». 
 
 
  
                                                                 NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
   
 
   
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
 
 


28 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
İSMAYIL HACIYEV 
AMEA Naxçıvan Bölməsi 
  ismayil_haciyev@yahoo.com 
UOT: 94(479.24) 
NAXÇIVAN MƏRKƏZLƏŞDİRİLMİŞ AZƏRBAYCAN  
SƏFƏVİ DÖVLƏTİ DÖVRÜNDƏ (1501-1736-Cİ İLLƏR) 
 
Açar sözlər: Azərbaycan, Naxçıvan, Səfəvilər dövləti, kəngərli qəbiləsi, dövlətçilik 
Key wordsAzerbaijan, Nakhcivan, Safavids state, kangarli tribes, statehood.  
Ключевые  слова:  Азербайджан,  Нахчыван,  государство  Сефевидов,  племя 
кенгерлинских, государственность 
Səfəvilər  dövləti  Azərbaycanın  dövlətçilik  tarixində  yeni  səhifə  açmışdır.  Bu  hər  şeydən 
əvvəl Səfəvilər dövləti tərəfindən Azərbaycan torpaqlarının vahid dövlət tərkibində birləşdirilməsi 
ilə  bağlı  olmuşdur  [1,  s.3].  Azərbaycanın  tanınmış  səfəvişünas  alimi  O.Əfəndiyev  yazırdı  ki, 
ölkənin  şimal  və  cənub  vilayətlərinin  Azərbaycan  Səfəvilər  dövləti  daxilində  siyasi  baxımdan 
birləşməsi feodal Azərbaycanının tarixində yeni mühüm mərhələ hesab edilməlidir. Dövlət, xüsusilə 
də  şəxsi  feodal  torpaq  mülkiyyətinin  inkişafı,  bununla  birbaşa  əlaqəsi  olan  mərkəzləşdirilmənin 
güclənməsi də yeni cəhətlər idi [6, s.254]. 
Səfəvilər  dövləti  quruluşuna,  inzibati-ərazi  bölgüsünə,  idarə  sisteminə  görə  dövrünün  ən 
güclü  imperiyalarından  biri  olmuşdur.  Dövrün  tədqiqatçısının  yazdığı  kimi,  “XV  yüzilliyin  sonu, 
XVI yüzilliyin əvvəllərində Səfəvi dövləti Azərbaycan cəmiyyətinin mükəmməl bir siyasi təşkilatı 
kimi  meydana  çıxmış,  mərkəzi  hakimiyyət  orqanları  təşkil  edilmiş  və  onların  arasında  səlahiyyət 
bölgüsü  həyata  keçirilmişdir.  İnzibati-ərazi  bölgüsü  prinsipləri  əsasında  yerli  idarə  orqanları 
yaradılmış və nəticədə ali hakimiyyətin bütün ölkə ərazisində həyata keçirilməsi təmin olunmuşdur” 
[3, s.3]. Dövləti mövcud olduğu dövr ərzində onun banisi olan Şah I İsmayıl (1501-1524) və onun 
varisləri  I Təhmasib (1524-1576), II  İsmayıl (1576-1577), Məhəmməd Xudabəndə (1577-1587), I 
Abbas  (1587-1629),  I  Səfi  (1629-1642),  II  Abbas  (1642-1666),  Süleyman  (1666-1694),  Sultan 
Hüseyn (1694-1722), II Təhmasib (1722-1732) və III Abbas (1732-1736) idarə etmişdilər. 
Naxçıvan  Səfəvilər  dövlətinin  qurulmasında  və  onun  sonrakı  tarixində  mühüm  rol 
oynayaraq,  Azərbaycan  dövlətçiliyinin  varisliyinə  vacib  töhfə  vermişdir.  Əvvəlcə  Qaraqoyunlu, 
sonra  Ağqoyunlu  dövlətlərinin  tərkibində  olan  Naxçıvan  Səfəvilər  dövlətinin  yaradılmasına 
köməklik göstərmişdir. Naxçıvanın əhəmiyyətini bilən Ağqoyunlu Əlvənd Mirzə də qüvvələrini ora 
yönəltmişdi.  Əsas  hadisələr  isə  Naxçıvanın  şimal-qərbində,  Şərurda  cərəyan  etmişdi.  İsmayıl  ilə 
Əlvənd  Mirzə  arasında  həlledici  döyüş  burada  1501-ci  ilin  ortalarında  baş  vermişdi.  Əlvəndin  30 
minlik  ordusuna  qarşı  İsmayılın  7  min  nəfərlik  qoşunu  dayanmışdı.  Ona  görə  də  döyüşün  taleyi 
üçün sərkərdələrin hərbi bacarığı və yerli əhalinin tərəflərə münasibəti vacib rola malik idi. Hər iki 
üstünlük İsmayıl tərəfində olduğundan o, qələbə qazanmağa nail oldu. “Əlvənd döyüş meydanından 
Ərzincana  qaçmaqla  güclə  canını  qurtardı.  Qızılbaşlar  zəngin  qənimətlər  (atlar,  dəvələr,  qatırlar, 
qiymətli  mallar,  qızıl  və  gümüş  ləvazimat  və  s.)  ələ  keçirdilər.  Elə  həmin-1501-ci  ilin  payızında, 
Şərur  qələbəsindən  dərhal  sonra  İsmayıl  təntənə  ilə  Təbrizə  daxil  oldu  və  şahlıq  taxt-tacına 
yiyələndi” [3, s.44-45]. Naxçıvanın şah İsmayılın tərəfində olması Murad Mirzə üzərində 1503-cü 
ildə qələbə əldə edilməsinə də təsir etdi.  
Naxçıvan  XVI  əsrdən  etibarən  ustaclu  qızılbaş  qəbilələrinin  bir  qolu  olan  kəngərli 
qəbiləsinin  irsi  ölkəsi  hesab  olunurdu.  Bu  Naxçıvanın  həm  Səfəvi,  həm  xanlıq,  həm  də  Rusiya 
imperiyası dövrünün ilk mərhələsində dərin izlər buraxmışdı. Kəngərlilərin bir hissəsi Şah İsmayılın 
vaxtında diyarı türkmənlərin hücumundan qorumaq üçün Xorasanın Nisa dairəsinə köçürülmüşdü. 
Şah Abbasın dövründə qəbilənin başçısı və Naxçıvan hakimi Maqsud Sultan Kəngərli-Ustaclı idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə