Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə37/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   33   34   35   36   37   38   39   40   ...   91

- 76 - 
üzərində  olmuşdur.  Naxçıvan  MR-da  əsl  zorxana  statusu  almış  üstü  tağla  örtülmüş  iki  zorxana 
mövcud olmuşdur. (2.səh.9)  Bu zorxanalardan  biri Naxçıvan şəhərində  digəri isə Ordubad rayon 
mərkəzində  fəaliyyət  göstərmişdir.  Təəssüflər  olsun  ki,  Naxçıvan  şəhərində  fəaliyyət  göstərən 
zorxana evləri bu günə  qədər  gəlib çatmamışdır. Ordubad şəhərində  yerləşən zorxana (hal-hazırda 
Qeysəriyyə-Zorxana)  adlanan  bu  abidə  Tarixdiyarşünaslıq  muzeyi  kimi  fəaliyyət  göstərir.  Qeyd 
etmək lazımdır ki, “Torpaq qala” haqqında əfsanə Tarixdiyarşünaslıq abidəsi ilə bağlıdır. (3.səh. 3) 
Çox da uzaq olmayan tariximizdə XIV əsrin ortalarına yaxın Əmir Teymur (Topal Teymur) İran 
və  Azərbaycanı  işğal  edən  vaxtlarda  oğlu  Miranşahın  ilk  dəstələri  Cənubi  Azərbaycanın  ərazisində 
yerləşən  “Kəmköl”  dağının  ətəklərinə  yenərkən  Araz  çayının  o  tayında  başı  qarlı  uca  dağlar  qoynunda 
yaşıl  bağlar  salınmış,  sanki  əqrəbə  oxşar  diyarı  görən  və  bərk  təəccüblənən  sərkərdə  soruşur:  -  Bura 
haradır?   Ona o vaxt belə cavab verirlər ki, bura yaxşı pambıq sahələri, üzüm talavarları və gözəl meyvə 
bağları olan cənnətə bənzər “Ürdübehiştdir”, “Odubehiştdir.” (2.səh 3) 
Buranın gözəl, incə belli qızları, igid oğlanları və zəhmətkeş insanları vardır. 
Miranşahın  sərkərdəsi  sevinib  deyir:  -  lap  yaxşı,  onda  xəbər  verin  mənə  igid  oğlanlar 
versinlər qoşunumda xidmət etməyə və qırx incəbelli qızlar versinlər kənizliyimə... 
Bu  xəbəri  Ürdübehiştin  xanı  Yaqub  xana  çatdırırlar,  lakin  xan  razı  olmur  və  hazırlaşır 
düşmən qoşunu ilə vuruşmağa. Təcili sürətdə 48 km qərb tərəfdəki kəndin xanına xəbər göndərir ki, 
mənə min nəfər igid cavan göndər. Min nəfər igid cavan köməyə gəlir. (Min cavan gələn yerin adı 
qalır  Mincivan).  Ürdübehiştin  şərqində  yerləşən  kənddən  gələn  min  nəfər  cavan  dəstə  və 
dəstəbaşlara  bölünür  (  onların  bölündüyü  bu  yerlərin  adı  qalır  Dəstə  kəndi,  Dəstə  başı).  Həmin 
dəstələr  Vənənd  və  Əylis  kəndlərindən  keçərək  ətrafına  topladığı  igidlərlə  Yaqub  xana  iki  torpaq 
bəndi birləşdirən Dübəndi çayının kənarında ucaldılmış qalaya köməyə gəlirlər (3.səh.3) 
Vuruşma  başlamazdan  əvvəl  Yaqub  xan  Ürdübehiştin  gözəl  qız  gəlinlərini  toplayıb,  yığır 
indiki “Qeysəriyyə” binasına və axşamdan səhərə qədər həmin binanın üstünə torpaq tökdürür. (Adı 
qalır “Torpaq qala”. Sonralar bu bina “zərbxana”, “zorxana” adı ilə məşhur olmuşdur. İndi həmin 
Qeysəriyyə-zorxana abidəsində “Tarixdiyarşunaslıq” muzeyi fəaliyyət göstərir).  
Bütün  bunlara  əsaslanaraq  belə  qənaətə  gəlmək  olar  ki,  Ordubad  rayonunda  fəaliyyət 
göstərmiş zorxana binasının təməli X-XII  əsrlərə gedib çıxır. “Torpaq Qala” haqqındakı əfsanədə 
bu  abidənin  o  vaxtdan  mövcud  olması  özünü  açıq-aydın  biruzə  verir.  Çünki  bu  gün          
Tarixdiyarşunaslıq muzeyi kimi fəaliyyət göstərən bu abidə çox qədimlərdə “Torpaq qala” sonralar 
Qeysəriyyə-zorxana kimi fəaliyyət göstərmiş və nəhayət muzey kimi fəaliyyət göstəri. (3.səh. 3) 
Ta qədimdən müasir dövrümüzə qədər müxtəlifliyi və çoxcəhətliliyini daha ətraflı öyrənmək 
məqsədi ilə güləşmə tariximizi üç dövrə bölmək zərurəti yaranır. 
Ən  qədim  zamanlardan  XIX  əsrin  ortalarına  qədər  olan  müddəti  birinci  dövr  hesab  etmək 
olar.  Birinci  dövrün  güləşi,  digər  milli  oyunlarla  qarşılıqlı  sürətdə  inkişaf  etmiş  və  əsasən  xalq 
qəhrəmanlarının  simasında  təzahür  etmişdir.  Əsasən  qədim  dövrün  pəhləvanları  təkcə  güləşmək 
deyil  eyni  zamanda  at  çapmaq,  əmud  oynatmaq  (  əmud  oynatmaq  sonralar  zorxanaçılıqda  mil 
oynatmaqla  əvəz  olunmuşdur)  kimi  mübarizə  üsullarını  bilməlidir.  İkinci  dövr  müntəzəm  güləş 
məşqlərinin  keçrilməyə  başladığı  zorxanaçılıq  dövrü.  Zorxanalarda  icra  olunan  oyunların  hamısı 
nəhayətdə  pəhləvanların  hazırlanmasına  xidmət  etmişdir.  Üçüncü  dövr  isə  beynəlxalq  güləş 
növlərinin müxtəlif idman cəmiyyətlərində tətbiq olunmağa başlandığı dövr. 
Bir  çox  görkəmli  dünya  şöhrətli  yazıçılarımızın  əsərlərində  qadınların  da  kişilərlə  yanaşı  
döyüş  səhnələrində  çox  cəsarətlə  vuruşmalarından  və  güləşmələrindən  söz  açılır.  Kitabi  Dədə 
Qorqud dastanında Qazan Xanın mərd igid döyüşçüsü Beyrəyin nişanlısı Banu Çiçəklə at çapması 
və  güləş  səhnələri  bunun  bariz  nümunəsidir.  Onu  qeyd  etməliyik  ki,  hal-hazırda  qadın  güləşi  Yay 
Olimpiya Oyunları proqramına daxil edilmişdir. 
Milli güləşdə zorxanaçılıq təkcə idman yarışları kimi deyil, həm də çox əyləncəli və maraqlı 
bir tamaşa xarakterli olurdu. Azərbaycanda həm Atabəylər həm də Səfəvilər hakimiyyəti dövründə 
əsas  məqsəd  dini  inkişaf  etdirməklə  yanaşı  birlik  və  dostluqları  inkişaf  etdirmək  üçün  idmana 
xüsusi  yer  verilmişdir.  Döyüşçülərin  fiziki  hazırlığında  at  çapmaq,  qılınc  oynatmaq,  ox  atmaqla 
yanaşı zorxanalara xüsusi əhəmiyyət verilirdi. 


- 77 - 
Şah  İsmayıl  Xətainin  hakimiyyəti  illərində  zorxanalar  Təbrizdə,  Ərdəbildə,  Naxçıvanda, 
Ordubadda  çox  inkişaf  etmişdir.  O  dövrlərdə  zorxanalarda  Peyğəmbər  Hz.  Məhəmməd  və 
İmamların  adları  ucadan  tez-tez  səslənirdi.  Ona  görə  də  əhali  zorxananı  müqəddəs  və  insanların 
birlik  və  dostluq  yeri  hesab  edirdi.  Hətta  idmançılar  və  tamaşaçılar  zorxanalara  daxil  olduqda 
dəstəmaz alırmışlar. Zorxanalar o qədər müqəddəs hesab edilirdi ki, oraya gələnlər şam yandırmağı 
özlərinə borc bilirlərmiş. Belə ritualların yerinə yetirilməsi zorxanalara maraqları daha da artırırdı. 
Hətta  idmançılar  sübh  namazını  zorxanada  qılıb  sonra  idman  hərəkətlərinə  başlayardı.  Müəyyən 
yaşa qədər uşaqlar zorxanalara buraxılmırdı. Eyni zamanda zorxanalarda xoş  əhval-ruhiyyə hökm 
sürməli  və  pis  sözlər  danışılmamalı  idi.  Zorxanada  güləş  zamanı  əgər  güləşçilər  qayda  pozub 
hörmətsizlik  göstərsə  idi  bu  zaman  nüfuzlu,  hörmətli  şəxslərdən  biri  yerə  dəsmal  atıb  etirazını 
bildirirdi. Həmin anda dəsmala hörmət əlaməti olaraq  döyüş  dayandırılıb günahkar tənbeh olunur, 
döyüş yenidən başlanırdı. (10.səh. 72) 
Zorxanaların  özünə  məxsus  qaydaları  mövcud  idi.  Zorxanaya  daxil  olanda  əyilib  torpağı 
öpmək məcburi idi. Bu adət məşhur, sayılıb seçilən pəhləvanların zorxanaya qədəm qoymasına və 
bu müqəddəs qədəmlərin öpülməyinə bir işarə idi. Zorxanada pəhləvanlıq dərəcəsinə nail olmaq hər 
pəhləvana nəsib olmurdu. Qeyd edilməlidir ki, onlar bütün zorxana fəndlərini mükəmməl bilməklə  
yanaşı xalqın da çox böyük ehtimadını qazanmış pəhləvanlar olurdular. 
Həm  Səfəvi  həm  də  Qacar  hakimiyyəti  dövründə  pəhləvanbaşları  mövcud  idi. 
Pəhləvanbaşıları digər pəhləvanlardan yaşca böyük olarmış və onlara başçılıq edərmiş.  
Sonralar  zorxanalar    təkmilləşdirildi.  Əsas  zorxanalarda  təlimçilər  olurdu.  Zorxana  binası 
adətən yer səthindən bir qədər aşağıda yerləşirdi. Binanın tavanı xüsusi tağlarla örtülürdü. Binanın 
ortasında  eni  və  uzunu  10  m  və  dərinliyi  1  m  olan  Süfrə  adlanan  yer  düzəldilirdi.  Xüsusilə 
idmançıların məşğələ keçdikləri və süfrə adlanan yer bir qədər qazılardı. Qazılmış yerə quru ot və 
üstündən  bir  qədər  kül,  onun  da  üstündən  torpaq  tökülərdi.  İldə  bir  dəfə  süfrə  yeri 
təzələnirdi.Yarışdan  qabaq  süfrəyə  bir  qədər  su  çilənərdi.  Belə  süfrələrdə  20-25  nəfər  məşq  edə 
bilirdilər. Süfrənin ətrafında tamaşaçılar üçün oturmaq yeri düzəldilirdi. 
Süfrənin yuxarı başında təlimçi-mürşüd üçün səkidən bir 1 m hündürdə kiçik bir yer ondan 
azca yuxarıda işıqlanmaq üçün pəncərə qoyulurdu. Zorxananın qapısı 1, 5 metrdən hündür olmurdu. 
Bura girənlər əyilib keçərdilər. Bu qayda zorxanaya gələnlərdə xüsusi ehtiramla bağlı idi.  
Süfrənin  kənarındakı  səkidə  ən  hündür  yerdə  təlimçi  mürşüd  oturardı.  Təlimçi  mürşüdün 
başı  üstə  kiçik  bir  zəng  asılardı.  Bu  zəngdən  oyunun  başlanması,  qurtarması  bildirilir,  həmçinin 
qaydaları pozan oyunçulara xəbərdarlıq edilirdi. Zorxana oyunları musiqi sədaları altında keçirildiyi 
üçün  mürşüdün  yanında  zərb  vuran  da  otururdu.  Oyunlarda  əsasən  zərb  alətlərindən  istifadə 
olunurdu.  
Zərb  vuranın  yanında  manqalda  od  saxlanılırdı.  Odda  dümbəy  adlanan  bu  zərb  aləti 
qızdırılardı.  
Miyandarlar  ortada  dayanaraq  zərbin  çalınmasına  və  oyunların  başlanmasına  işarə  verir. 
Zorxanalarda  tətbiq  olunan  oyunlar  demək  olar  ki,  həm  pəhlavanların  fiziki  hazırlığının 
artırılmasına  və  həm  də  güləşmədən  qabaq  bədənlərinin  isidilməsinə  xidmət  edirdi.  Zorxanada 
pəhləvanların məşqi demək olar ki, müasir güləş məşqlərinin o dövrə aid olan forması idi. 
Zorxana oyunları 
Zorxana oyunları aşağıdakılardan ibarətdir: 
1.
 
Sino oyunu və ya Quluncsındırma oyunu; 
2.
 
Yekba və ya Ayaq döymə oyunu
3.
 
Mil oynatmaq; 
4.
 
Yekbagir yaxud Səngi-daş qaldırma oyunu; 
5.
 
Kəbbadə və ya Kamanə; 
6.
 
Çərxi və ya Təndövrə-oyunu
7.
 
Güləş (7.səh.2-3). 
Bu  oyunların  demək  olar  ki,  hamısı  güləşlərdə  müəyyən  fiziki  keyfiyyətlərin  inkişaf 
etməsinə xidmət edir. Eyni zamanda real döyüş zamanı lazım olan fəndlər öyrədilirdi. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə