- 70 -
ƏDƏBİYYAT
1. Şərq qapısı qəzeti, 03 may 2018
2. Salmanov M.Э. Ekologiya və biz. B.: 1989, s.180.
3. Abbasova E.M. - İnsan ekologiyası; biloji və sosioloji aspektlər, Monoqrafiya, Bakı, Elm-
Təhsil, 2005 Dərslik, Bakı, BDU, 2006
4. Mustafayev S. İnsan. Sosial həyat. Sağlamlıq. B.: Elm, 1998
5. Quliyev B.Ş. Müharibə və ekologiya. Bakı – 2004, 106 s.
6. Философия и современная биология / Под ред. И.Т.Фролова. М.: 1973. c. 137
7. Məmmədov Q.Ş.,Xəlilov M.Y. -Ekologiya, ətraf mühit və insan. Dərslik, Bakı, “Elm,2006
8. http://www.virtualkarabakh.az/
ABSTRACT
ECOLOGY AND MORALITY
The arnicle tells interesting edeas about man and nature, which are the main ingredient of
the material world. The degradation of the world’s ecological environment forces people to think
deeply. People should realize that non-scientific attitudes toward natural resources, air pollution,
water pollution, and soil pollution are the activities directed against human health and life. During
both world wars and ethnic conflicts, nature and its wealth have been heavily damaged and have a
negative environmental impact. In general,wars and ethnic conflicts have a profound impact on
nature, and pollution of soil, water and air with pollutants, smoke, and toxic substances has a very
strong negative effect on human health and has been reported to have
seriously impeded the overall
development of society.
РЕЗЮМЕ
ЕКОЛОГИЯ И НРАВСТВЕННОСТЬ
В статье рассказывается интересные идеи о человеке и природе, которые являются
основным ингредиентом материального мира. Деградация экологической среды в мире
заставляет людей глубоко задуматься. Люди должны понимать, что ненаучные отношения к
природным ресурсам, загрязнение воздуха, загрязнение воды и загрязнение почвы - это
мероприятия, направленные против здоровья и жизни человека. Во время мировых войн и
этнических конфликтов природа и богатство были сильно повреждены и имеют негативное
воздействие на окружающую среду. В целом войны и этнические конфликты оказывают
глубокое негативное воздействие на природу загрязнения почвы, воды и воздуха пылью,
дымом и химическими токсичными веществами и, как сообщается, серьезно затрудняют
общее развитие общества.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa
tövsiyyə
olunmuşdur. (protokol № 06).
Məqaləni çapa təqdim etdi: Pedaqogika
üzrə fəlsəfə doktoru, dosent V.Rzayev
- 71 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
ƏLİ HƏSƏNOV
ÜLVİYYƏ İSGƏNDƏROVA
Naxçıvan Dövlət Universiteti
HƏSƏN HƏSƏNOV
RÖYA MƏMMƏDOVA
Heydər Əliyev adına məktəb
UOT:37
KURİKULUM İSLAHATINDA MOTİVASİYANIN
APARILMASININ METODİKASI
Açar sözlər:
Təhsil islahatı, motivasiya, tədqiqat sualı, yönəldici suallar
Key words: Education reform, motivation, research question, directing questions
Ключевые слова:
реформа образования, мотивация, исследовательский вопрос,
вспомогательные вопросы
Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikasında təhsil islahatlarının
keçirilməsinə böyük ehtiyac yarandı. Müstəqillik dövründə artıq ənənəvi metodika ilə işləmək bir
sıra sahələrdə çətinliklər yaradırdı. Ona görə də təhsil islahatlarının keçirilməsi zərurəti yaranırdı.
Azərbaycan Respublikası prezidenti H. Əliyevin 1998-ci ilin 30 mart tarixli Sərəncamı ilə təhsil
sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın hazırladığı “Azərbaycan
Respublikasının təhsil sahəsində İslahatlar Proqramı” 15 iyun 1999 – ci il tarixli Sərəncamı ilə
təsdiq edilmişdir. Bu proqram Azərbaycan Respublikasında təhsil islahatının əsasını qoydu.
İslahatın həyata keçirilməsi üçün 1999 – cu ilin 29 iyununda Dünya Bankının Beynəlxalq İnkişaf
Assosasiyası arasında “İnkişaf üçün kredit haqqında saziş” imzalanmış və bu sənəd dövlət
başçısının Sərəncamı ilə təsdiq edilmişdir (2, səh. 22).Təhsil islahatlarının həyata keçirilməsi 3
mərhələdə: 2001-2003, 2004-2008 və 2009-2013-cü illərdə nəzərdə tutulmuşdur. İslahatların
proqramına uyğun olaraq 2007- ci ildən kurikulum islahatları tətbiq edilməyə başlanıldı (7, səh. 59)
Qeyd etmək lazımdır ki, təhsil islahatları dövrün tələbindən irəli gəlirdi. İslahatlara qədər olan
metodika, yəni ənənəvi metodika sosialist sisteminin tələblərinə uyğun yaradılmışdır və onun məqsədinə
xidmət edirdi. Azərbaycan Respublikasının müstəqillik əldə etməsi, bazar iqtisadiyyatı yolunu seçməsi,
həyata keçirilən islahatlar və s. amillər artıq ənənəvi metodika ilə işləməyə uyğun gəlmirdi. Zəruriyyət
yaranırdı ki, bazisə uyğun olaraq üstqurum dəyişilsin. Ona görə də respublikamızda geniş miqyaslı təhsil
islahatlarına başlanıldı. İslahatın tətbiqi üçün ilk növbədə ibtidai sinif müəllimlərinə 5 günlük seminarlar
keçirildi. Sonrakı illərdə bir həftəlik müəllim hazırlığı kursları təşkil edildi ki, bununla da islahatın həyata
keçirilməsi üçün yerlərdə kadrlar hazırlanıldı (7, səh. 58).
Qeyd etmək istəyirəm ki, belə bir böyük islahatı həyata keçirəcək kadrlar bir həftəyə bu
sistemi öyrənməli oldular. Ona görə də bu sistem haqqında müəllimlərdə bir o qədər də geniş
məlumatlar olmadı. İstər təhsil işçiləri, istərsə də bu islahatları həyata keçirən müəllimlər çətinlik
qarşısında qaldılar. Bir növü kurikulum islahatı məsələsi çox problemli məsələ kimi onların
qarşısında dururdu. İndinin özündə də bir çox müəllim kurikulum islahatının ləğv olunacağı
haqqında ideyalar irəli sürürlər. Nəzərə almaq lazımdır ki, bu islahatlar ləğv olunmayacaq, əksinə
inkişaf fasiləsiz olduğundan bu islahatlar daha da dərinləşəcək və biz dünya metodikasındakı
yeniliklərdən bəhrələnərək onları öz işimizdə tətbiq edəcəyik. Ona görə də kurikulum islahatları
dərindən öyrənilməli və ondan səmərəli istifadə yolları tapılmalıdır.
Bir şeyi qeyd etmək istəyirəm ki, son vaxtlar dilimizin təmizliyi haqqında bəzi çıxışlar olur. Mən
qeyd etmək istəyirəm ki, kurikulum islahatları ilə əlaqədar olaraq dilimizə çoxlu kənar sözlər daxil
olmuşdur. Tədricən bu sözlərin qarşılığı tapılıb dəyişilməli – dilimiz saflaşmalıdır. Məs. motivasiya sözü