Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə59/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   55   56   57   58   59   60   61   62   ...   82

 
216 
heç  on  faizindən  istifadə  etmirik.  Əgər  biz  onu  enerji  ilə 
yedirib  doyura  bilsəydik,  imkanlarımız  dəfələrlə  artardı. 
Mahiyyətcə,  aydın  şüur  –  ruhi  mənada  –  bu  məhz  beyinin 
yüz  faizli  istifadəsidir.”  Filadelfiyadan  olan  tibb  həkimi 
Mauri  D.Presman  yazır  ki,  biz,  yəni  bəşəriyyət,  mental, 
maqnit,  Günəş  enerjisini  idarə  etməyi  öyrənməklə  yeni 
hüdudlara  çıxmış  oluruq.  Ruhi  və  fiziki  nöqteyi-nəzərincə 
yeni və daha müasir irq növü yarana bilər. Bu halda tədricən 
cərrah  bıcağına  və  kimyəvi  tibbi  preparatlara  ehtiyac 
qalmayacaqdır. 
Proses 
      Hira Ratan Manek (HRM) öz orqanizmi üzərində üç il 
müddətinə  təcrübə  apararaq  sınaq  və  xətalar  yolu  ilə  bu 
metodu  kəşf  etmişdir  {157}.  Metod  istənilən  adam 
tərəfindən,  dünyanın  istənilən  yerində  və  ilin  istənilən 
vaxtında  həyata  keçirilə  bilər.  HRM  unikal  şəxs  deyildir, 
bunu  istənilən  insan  edə  bilər.  Hindistan,  Braziliya, 
Avstraliya,  Almaniyada  30000-dən  çox  adam  işıqla 
qidalanır. Çox-çox əsrlər bundan qabaq praktikadan keçmiş 
bu  təlim  yenidən  doğulur.  Qədim  zamanlarda  bu  əslində 
ruhi  praktika  hesab  olunurdusa,  indi  isə  elmi  praktikaya 
çevrilmiş  və  onu  aşağıda  göstərilən  qaydalar  üzrə  istənilən 
şəxs yerinə yetirə bilər. Günbəgün bu praktika daha sürətlə 
populyarlaşır və o, HRM fenomeni kimi məlumdur. 
Günəşə təhlükəsiz baxmaq 
     Günəşə  baxış  praktikası  adətən  9  ay  müddət  tələb  edir. 
Siz  bu  praktikanı  3  fazaya  bölə  bilərsiniz:  3  aya  qədər,  3 
aydan 6 aya qədər və 6 aydan 9 aya qədər. Bütün praktika 
ərzində  və  bütün  qalan  həyatınız  boyu  sizə  hər  gün  45 
dəqiqə ayaqyalın gəzmək lazımdır. 


 
217 
Yemək  bizi  başqalarına  maksimum  ağrı  verməyə  və  onları 
istismar etməyə sövq edir. Günəşəbaxma praktikası gündə 1 
dəfə,  yalnız  təhlükəsiz  saatlar  anında,  yeni  çıxan  və  yeni 
batan  Günəşə  baxmaqla  reallaşdırılmalıdır.  Təhlükəsiz 
saatlar – bu Günəşin doğduğu andan 1 saat keçdiyi müddətə 
və batmamışdan 1 saat əvvələ uyğun vaxt hesab olunur. Bu 
saatlar ərzində sizin gözlərinizə heç bir ziyan dəyə bilməz. 
Elmi  şəkildə  sübut  olunmuşdur  ki,  bu  zaman  intervalı 
çərçivəsində  Günəş  şüaları  gözlərimizə  neqativ  təsir  edən 
UB (ultrabənövşəyi) və İQ (infraqırmızı) işıq dalğalarından 
azaddırlar.  Günəşin  çıxması  və  batması  zamanını  bilmək 
üçün  siz  qəzet,  radio,  televizor  və  ya  internet 
məlumatlarından faydalana bilərsiniz. Adətən, bu xəbərlərdə 
göstərilir ki, bu müddətlər ərzində UB-indeks sıfıra bərabər 
olur.  Hər  iki  müddət  praktika  üçün  əlverişlidir,  hansının 
seçilməsi – bu sizdən asılıdır. 
Günəşəbaxma daha bir əlavə üstünlüyə malikdir  – insan 1-
saatlıq  təhlükəsiz  zaman  müddətində  A  və  D  vitaminlərini 
qəbul edir. A vitamini gözlərin sağlamlığı üçün zəruridir, bu 
yeganə  vitamindir  ki,  gözlərə  lazımdır.  D  vitamini  isə 
bədənin sümük sisteminin möhkəmlənməsinə xidmət edir.  
Əgər  sizin  gözlərinizdə  problem  varsa,  Günəşə  baxdığınız 
zaman sizdə belə bir təəssürat yaranır:  görmə qabiliyyətiniz 
yaxşılaşır və gözlüksüz daha yaxşı görürsünüz. O şəxslər ki, 
birnci  dəfədən  təhlükəsiz  saatlarda  Günəşə  baxa  bilmirlər, 
bu zaman Günəş enerjisinin daha zəif templə effektli alınma 
metodu – onların Günəşə hələki baxa bilməmələri anınadək 
–  Günəş  vannalarının  qəbul  edilməsidir.  Belə  vannaların 
effektli qəbul vaxtı – UB-indeksin 2-yə bərabər və ya ondan 
aşağı olan vaxtıdır. Bu indeks adətən Günəşin çıxmasından 
sonra  və  batmasına  qədər  olan  2-saatlıq  zaman 


 
218 
müddətidir.Günəş  vannalarının  bütün  il  ərzində  gündə  bir 
dəfə,  qış  aylarından  başqa,    qəbulundan  imtina  edilməsi 
məsləhət  görülür,  çünki  qış  vaxtı  UB-indeks  adətən  2-yə 
bərabər  olur  ki,  bu  da  Günəş  vannaları  üçün  təhlükəsiz 
müddət hesab olunur. 
     Bu  qədim  metodu  sınaqdan  keçirdiyiniz  zaman  günəş 
gözküklərindən  istifadə  etməyin.  Bədən  Günəş  altında 
isinərək  tərləyir.  Tər  –  bu  tullantıdır,  orqanizmə  lazım 
olmayan  şlaklardır  ki,  onlardan  azad  olmaq  istəyir.  Dəri 
kosmetik kremlərlə örtüldüyü zaman, Günəş şüalarının təsiri 
altında bu şlaklar yenidən əmələ gəlir və kimyəvi maddələr 
dərinizlə  xoşagəlməz  reaksiyalara  girir.  Biz  səhvən  hesab 
edirik  ki,  dəridə  xərçəngin  əmələ  gəlməsində  Günəş 
günahkardır,  amma  əslində,  günahkar  bizim  Günəş 
şüalarından 
düzgün 
istifadə 
etmədiyimiz 
laqeyd 
münasibətimizdir.  
3 Aya qədərki dövr 
Birinci  gün  təhlükəsiz  saatlarda  maksimum  10  saniyə 
Günəşə  baxırsınız.  İkinci  gün  doğan  Günəşə  20  saniyə 
baxırsınız.  Hər  gün  10  saniyə  vaxtı  usadın.  Beləliklə,  10 
gündən  sonra  siz  100  saniyə  (1  dəqiqə  40  saniyə)  Günəşə 
baxırsınız.  Ayaqyalın  quru  yerdə  dayanın.  Göz  qırpmaq 
olar.  Gözləri  hərəkətsiz,  açıq  vəziyyətdə  saxlamağa 
çalışmayın.  Günəşə baxanda gözlük  taxmayın.  Nə üçün siz 
televizor  əvəzinə  Günəşə  baxmırsınız?  Televizor  şüalarının 
intensivliyi  çıxan  və  ya  batan  Günəşin  intensivliyindən 
dəfələrlə  çoxdur.  Əgər  siz  televizora  uzun  müddətə  baxa 
bilirsinizsə, onda təhlükəsiz saatlarda çıxan və batan Günəşə 
də  sözsüz  baxa  bilərsiniz.  İnanın,  Günəş  şüaları  və  ya  işıq 
gözlərinizə daxil olaraq qətiyyən ziyan vermədən sizə xeyir 
gətirəcəkdir.  Bu  fikir  tezliklə  sizin  yaxşı  nəticələr 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə