Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə55/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   51   52   53   54   55   56   57   58   ...   82

 
201 
şərəfinə gözəl bir süfrə açırlar. O, deyəndə ki, heç nə yemək 
istəmir,  ona  əlbəttə  ki,  inanmırlar  və  başlayırlar  onu 
danlamağa ki, bu süfrəni şəxsən onun üçün açıblar. Nəhayət 
ki, o bir az yeyir, amma bu vaxt onda belə bir hiss yaranır, 
elə bil ki, yemək nə təhərsə ağzından yox olur.  
 
 
 
 
 
Doğrudanmı bu mümkündür? 
 
  ( Casmuhinin müxbir Dmitri Pisarenko ilə müsahibəsi) 
 
 - Adınız nəyi bildirir? 
 
 -Onun  ruhi  mənası  belədir:  əbədi  sürən  aromat.  Bu  söz 
sadəcə  mənim  beynimə  nə  vaxtsa  daxildən  gəlmişdi.  Adın 
özü güclü vibrasiyaya malikdir. 
 
 -Ezoteriklər “vibrasiya” sözünü sevirlər. Lügətdə deyilir ki, 
bu “mexaniki titrəyişdir”. Nə titrəyir ki? 
 
 -Siz  bunu  titrəyiş  və  ya  rezonans  adlandıra  bilərsiniz.  Hər 
bir  insan,  yəni  onun  beyni  –  bir  sözlə,  radiodur.  Biz  daimi 
olaraq  Kainata  siqnal  göndərir  və  cavabını  alırıq.  Beyinin 
vibrasiya  tezliyini  meditasiya  yolu  ilə  saniyədə  0,5-0,3 
titrəyişə  qədər  endirərək  bədənin  vəziyyəti  və  imkanlarını 
dəyişmək olur. İnsan kosmos enerjisindən bəhrələnərək qida 
maddələri  qəbul  etməməkdən  savayı,  həm  də  telepatiyaya, 
uzaqgörməyə  və  başqa  fenomen  xüsusiyyətlərə  malik  ola 
bilər. Biz kosmosdan qidalanırıq.  
 
 -İnsanlar günəşiyeyənlər haqqında eşidəndə, başa düşənlər 
kimi,  o  saat  başlarını  yırğalayırlar:  şarlatanlar,  məlum 
məsələdir. Yəqin ki, belə olmamalıdır. 
 


 
202 
-  Təkrar  edirəm,  biz  öz  imkanlarımızı  bilmirik.  İnsan 
orqanizmi  enerjini  başqa  yolla,  atomlardan  alaraq  onu 
dəyişdirmək  qabiliyətinə  malikdir.  Bizi  başqa  yolla, 
kosmosdan  yedizdirirlər.  Kimi  deyir,  biz  işıq  yeyirik,  kimi 
də  deyir  ki,  Kainat  sahəsi  ilə  qidalanırıq,  siz  isə  bizi 
“günəşiyeyənlər” adlandırırsınız? Qoy belə olsun. 
 
-  Amma  elm  çoxdan  müəyyən  etmişdir  ki,  orqanizm  zülal, 
yağ, karbohidrat və mikroelementlərsiz yaşaya bilməz. 
 
-  Günəşiyeyənlərin  həyat  obrazının  öyrənilməsi  –  bu  da 
elmdir,  amma  o,  başqa  səviyyədə  işləyir.  Bu  elm 
ümumiyyətlə  materiyanı  tədqiq  etmir.  Alimlər  əgər  bunları 
bilmək  istəyirsə,  onda  onlar  öz  şüurlarını  genişləndirməli, 
onu aşağı vibrasiyaya keçirməlidirlər və onda həyatın başqa 
cür olduğunu görəcəklər. 
 
-  Belə  ola  bilərmi  ki,  günəşiyeyəni  bağlı  otağa  salıb  onun 
orada necə yaşadığını müşahidə edəsən? 
 
-  Belə  təcrübələr  olmuşdur.  Hindistanda  yaşayan  bir  kişini 
411 gün bağlı qapı arxasında saxlayaraq müşahidə etmişlər. 
O, gün ərzində stəkanın dörddə biri qədər su qəbul etmişdir. 
Vəssəlam. 
 
- Sizə belə bir şey qismət olubmu? 
 
-  Yox,  buna  baxmayaraq,  mən  bütün  mümkün  sınaq  və 
təcrübələrdən  keçmişəm.  Onlar  göstərdilər  ki,  ağlasığmaz 
dərəcədə  sağlamam.  Və  bu  tədqiqatlar  ekstrasens 
adlandırdıqları  kimi  yox,  rəsmi  institutlarda  aparılmışdır. 
Günəşiyeyənləri bütün dünyada tədqiq edirlər. Və alimlər bu 
fenomeni  izah  edə  bilmirlər.  Onlar  beynimizi  “skanə” 
(şəklini  köçürüb  detalları  ilə  öyrənmək)  edirlər  və  görürlər 


 
203 
ki,  epifiz  (əzgilşəkilli  vəzdir  ki,  əvvəllər  onu  üçüncü  göz 
adlandırırdılar) başqa cür fəaliyyət göstərir. O, böyümüş və 
parlaq şəkildə görünür.   
 
- Yəni, elektrik lampası kimi yanır? 
 
- Eh yox! (çoxlu-çoxlu gülür). Biz burada skanədən, rentgen 
şəklindən  danışırıq.  Adi  insanlarda  siz  epifizi  şəkildə  görə 
bilməzsiniz. Bizdə o 20 dəfə parlaqdır. Bu ona görə belədir 
ki, biz qidanı Günəşdən alırıq. Mən alın yazımı öncədən hiss 
etmişdim.  
 
Casmuhinin  özü  işıq  saçan  insanı  xatırladır.  O,  mənim 
qarşımda oturub ağappaq hollivud təbəssümü ilə şəfəq saçır, 
ahənglə  və  səlis  danışır,  sanki  hər  bir  frazanı 
tərəfmüqabilinin  beyninə  yükləməyə  çalışır  və  tez-tez 
soruşur:  “Anlayırsınızmı?”  Onun  boynu  və  biləkləri  - 
əfsanəvi  şərq  simvolu  ilə  yüngül  metaldan  hazırlanmış 
zəncirli  bər-bəzək  ilə  doludur.  Birdən  görürəm  ki,  o,  əlini 
butulkaya ataraq su içir. “Bəli, bəzən mən su içirəm – deyə 
o, gülümsünür. – Nə üçün də yox?” 
                 
-  Siz   Kpasnodardan olan  Zinaida  Baranova  ilə  tanışsınız. 
Mən də onun evində olanda görmüşəm ki, soyuducu boşdur. 
Bütün bunlar maraqlıdır, lakin bir fakt bizi narahat edir ki, 
Zinaida tədqiqatdan yan keçir, istəmir. 
 
-  O,  orqanizminin  tamlığının  pozulmaması  üçün  daxilinə 
qarışmaqdan  imtina  edir.  Biz  Kpasnodarda  əllərin  aurasına 
görə  sağlamlığı  müəyyən  edən  həkimlə  ikimiz  də 
müayinədən  keçdik.  Hər  ikimizin  bütün  orqanları  sağlam 
çıxdı.  Zinaidanın  70  yaşı  var,  amma  özünü  30  yaşlı  kimi 
hiss edir. Mənimsə 49, lakin özümü 17 yaşda hiss edirəm. 
 


 
204 
-  Baranova  belə  bir  həyat  tərzinə  onda  gəldi  ki,  ailəsində 
faciə baş verdi. Bəs sizi buna nə təhrik etdi? 
 
- Mən 20 il vegetarian olmuşam və meditasiya ilə (dərindən 
düşünməklə)  məşğul  olmuşam.  Fiziki  qidadan  imtina  bu 
həyat tərzinin başa çatması ilə təbii oldu. Mən sadəcə olaraq 
öz  taleyimi  hiss  etdim  və  insanlarla  görüşüb  bunu  onlarla 
bölüşməyə  başladım.  Hətta  onlar  yeməyə  yenidən  davam 
etsələrsə belə, düşünürdüm ki, eybi  yox, təki onlar xoşbəxt 
olsunlar. Siz öz içinizi Allah mahiyyəti ilə doldurduqda, hər 
cürə möcüzələr peyda olmağa başlayır və siz özünüzü tam, 
sərbəst, azad hiss edirsiniz. Qida qəbulundan azad olmaq  – 
bu  yalnız  kiçik  bir  hissədir.  Sonra  siz  başlayırsınız  lazımi 
adamlarla  lazımi  yerlərdə  görüşməyə.  Siz  fikirləşməyə 
macal  tapmamış,  o  özü  gəlməyə  başlayır  –  hüdudsuz 
sağlamlıq, pula hüdudsuz yol.  
 
- Düşünürsən ki, pul çatmır, o saat pul kisəsi tapırsan? 
 
- Əgər sən bütün ömrünü dünyaya xeyir gətirmək üçün sərf 
edirsənsə,  onda  istənilən  səviyyədə  sənə  yardım  olacaq. 
Yox, əgər eqoistik fəaliyyət aparırsansa – bu başqa oyundur. 
Orada heç bir qarantiya yoxdur. 
 
- Dünyada indi nə qədər günəşiyeyənlər var? 
 
30  minə  qədər  insanlar  fiziki  qidasız  ötüşürlər.  Təkcə 
Almaniyada  onların  sayı  10  mindir.  Amma  gec-tez,  mən 
əminəm ki, bu adi hala çevriləcəkdir.    
 
   
Qeyd  olunduğu  kimi,  Casmuhin  kimi  dünyada  qeyri-adi 
insanlar  çoxdur.  Bunlardan  bir  neçəsinin:  Nikolay 
Dolqorukiy,  Svetlana  Pavlovna  Nikitenko,    Nikolay 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə