Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə63/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   59   60   61   62   63   64   65   66   ...   82

 
229 
 
5.
 
Haqq-hesab (qiyamət) gününün sahibinə! 
           Məliki yəumiddin 
 
6.
 
Biz  yalnız  Sənə  ibadət  edirik  və  yalnız  Səndən 
kömək diləyirik! 
          İyyəkə nə`abudu və İyyəkə nəstəin 
 
7.
 
Bizi doğru (düz) yola yönəlt! 
İhdinəs sıratəl mustəqim 
 
8.
 
Nemət  verdiyin  kəslərin  yoluna!  Qəzəbə  düçar 
olmuşların və (haqdan) azmışların (yoluna) yox! 
       Sıratəlləzinə ən`amtə aleyhim Ğeyril məğdubi aleyhim     
vələd`daa~llin! 
 
 
 
 
     
 


 
230 
     Fikirlərimi  Müqəddəs  Qurani-Kərimin  “Fatihə”  surəsi 
ilə başlamağım təbiidir. Çünki Allah-taalanın yolunu tutaraq 
onun  bütün  göstərişlərinə  əməl  edib  getmək  bütün 
insanlığın,  bəşəriyyətin  borcudur.  Allah,  bu  Surədə  qeyd 
edildiyi  kimi  biz  insanları  hər  zaman  düzgün,  doğru  yola 
dəvət  etmiş,  edir  və  etməkdədir.  Axı,  Kainatın  –  bütün 
yaranışın  səbəbkarı  Odur.  Allah  bütün  yaratdıqlarından 
fərəh duyur, sevinir və onların qorunmasına hər zaman göz 
qoyur.  O,  bu  ucsuz-bucaqsız  Kainatda  nə  varsa  –  daşa, 
torpağa,  suya,  havaya,  quşlara,  heyvanlara,  balıqlara, 
həşəratlara,  hətta  gözəgörünməz  bakteriyalara  –  hamısına 
can  verdi.  Təbiətdə  cansız  şey  yoxdur!  İnsana  isə  can 
verməklə bərabər,  əlavə  olaraq öz canından ruh  verdi. Ona 
ruh  verdi  ki,  onu  Yaradana  sadiq  olsun,  sevsin,  dünyada 
nələr var, onlardan xəbərdar olsun və  yeri gəldikcə özünün 
həyatfəaliyyətini  yaxşılaşdırmaq  məqsədi  ilə  istifadə  etsin. 
Beləliklə, ilk dəfə olaraq Allah Adəm və Həvvanı cənnətdə 
yaratdı. 
    Bu mühüm məsələ, yazılan bu kitabın bilavasitə qayəsinə 
toxunduğu üçün Qurani-Kərimin orijinaldan –  ərəb dilindən 
Azərbaycan  dilinə  tərcüməsindən  {173}  bəhrələnmək 
məncə, çox faydalı olardı. Belə ki, burada qeyd edilir: 
...  “Adəm  ilə  Həvva  Allah  taalanın  icazəsi  ilə  behiştdə 
məskunlaşdılar. Artıq dünyanın əzab-əziyyəti onları narahat 
etmir, çünki orada nə yemək, nə isti-soyuq və nə də geyim 
fikrində  idilər.  Allah  taala  onlara  buyurmuşdu:  -“Behiştdə 
sizin  üçün  böyük  nemət  var.  O  da  budur  ki,  siz  nə 
acıyacaqsınız,  nə  suzuyacaqsınız  və  nə  də  geyimsiz 
qalacaqsınız.” 
Şeytan  bütün  bədbəxtçiliyinin  və  Allah  dərgahından 
qovulmasının  Adəm  tərəfindən  olmasını  bilirdi.  İşarə 
olunduğu  kimi,  onunla  düşmənçiliyi  qəlbində  özünə  yer 


 
231 
etmişdi və istəyirdi ki, hər nəyin bahasına olursa olsun onu 
və övladlarını düz yoldan azdırsın. Hətta insanları özü kimi 
cəhənnəmlik  edəcəyi  üçün  Allaha  and  da  içmişdir.  Belə 
vəziyyətdə  heç  cür  sakit  qala  bilmirdi.  Başqa  tərəfdən  də, 
Adəmi behiştin bütün maddi və mənəvi naz-nemətləri içində 
qərq olmuş görürdü və özündə həsrətin, peşmançılığın, qəm-
qüssənin  qaldığını  müşahidə  edirdi.  Həsəd,  təkəbbür  kimi 
xüsusiyyətlər onu rahat buraxmırdı. Ağlından ancaq Adəmi 
Allahın  hədsiz  nemətlərindən  məhrum  etmək  keçirdi. 
Allahın  lə`nət  olunmuşu  dərəcəsinə  yetişmək  iki  səbəbdən 
xaric deyil; Ya insana qarşı olan təkəbbürlük, özünü ondan 
üstün bilmək və nəticədə ona səcdə etməyərək neçə min illik 
ibadətlərini  göyə  sovurmaq,  ya  da  insanın  (xəlifəlik) 
məqamına etdiyi həsəddən irəli gəlmək idi. 
İndi  Adəm  və  Həvvanı  behiştdən  çıxartmaq  üçün  nə  kimi 
planlar çəkdi, neçə cür dona girdi, ya bir yolla behiştə daxil 
oldu  və  ya  xaricdən  qəlblərinə  vəsvəsə  saldı,  dəqiq  məlum 
deyil.  Quran  və  səhih  rəvayətlərdə  bu  barədə  məlumat 
yoxdur.  Amma  qeyri  mötəbər  rəvayətlərdə  tovuz  quşu,  ya 
ilan  şəklində  behiştə  girməsi  qeyd  olunur.  Əgər  bu 
rəvayətləri  düzgün  fərz  etsək,  ola  bilsin  özünə  xüsusi 
yaraşıq verməsi və gözəl libaslar geyməsindən kinayə olsun. 
Yəni, bu cür zahiri gözəlliklə onların yanına gedərək onları 
aldatdı. 
Amma  hansı  hiylə  ilə  və  hansı  sözlərlə  Adəm  və  Həvvanı 
aldatması təfsilatı ilə Quran və rəvayətlərdə gəlmişdir. Belə 
nəzərə  çarpır  ki,  şeytan  insanda  zəif  nöqtə  tapmaq  və  onu 
yoldan  çıxartmaq  istəyirdi.  Bu  fikir,  Adəm  və  Həvvaya, 
təkcə  Adəmə  meyvə  ağacı  haqqında  verdiyi  təklifdən  başa 
düşülür və hansı batini qüvvə zəifliyindən istifadə etməsini 
bilmək olar. 


 
232 
Şeytan öz hədəfinə yetişmək üçün ürəyiyanan, nəsihət verən 
bir  şəxs  kimi  zahir  olaraq  dedi:  -“İstəyirsən  sənə  əbədilik 
ağacını  və  fənaya  uğramayan  mülkü  göstərim?”  Ya  da 
onların  hər  ikisinə  xitab  edərək  dedi:  -“Pərvərdigarınız  sizi 
bu  ağaca  yaxınlaşmağı  qadağan  etdi,  çünki  qorxurdu 
mücərrəd  (maddəsiz)  mələkə  dönərsiz,  ya  da  əbədi  həyata 
yetişərsiniz”.  Əgər  bu  ağacdan  yesəniz  mələkə  dönərək 
həmişəlik behiştdə qalacaqsınız. Hiyləsinin baş tutması üçün 
sözlərinin  ardınca  yalandan  and  içərək  dedi:  -“Mənim  sizə 
xeyirxahlıq və yaxşılıqdan başqa bir niyyətim yoxdur.” 
Bəzi rəvayətlərdə şeytanın əvvəlcə Adəmin dalınca getməsi, 
hiyləsinin  onda  təsir  qoymamasını  gördükdə,  Həvvanın 
sorağına  getməsi  və  onunla  birləşərək  (onun  vasitəsi  ilə) 
Adəmi aldatması qeyd olunur. 
Buna  görə  də  rəvayətdə  belə  nəql  olunub:  -“Qadınlar 
şeytanın tələsidir.” Hər vaxt şeytanın əli hər yerdən üzülsə, 
onların sorağına gedər. 
Başqa bir hədisdə nəql olunur ki, Adəm yerə nazil olduqdan 
sonra cənab Cəbrail (ə) onun yanına gələrək soruşdu: 
-”Ey  Adəm,  Allah  səni  öz  qüdrəti  ilə  yaratmadımı,  öz 
ruhundan  sənə  üfürmədimi,  mələkləri  sənə  səcdə  etməyə 
əmr etmədimi? Bəs niyə bu qədər fəzilət və məqamla onun 
əmrindən çıxdın?” 
Adəm cavabında buyurdu: 
-”Ey  Cəbrail,  şeytan  mənim  xeyrixahlığımı,  mənə  qarşı 
ürəyiyanan  olduğunu  and  içdi,  mən  də  inandım,  çünki  bir 
kəsin Allaha yalandan and içməsinə inana bilmirdim.” 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə