233
Rəvayət olunub ki, İslam Peyğəmbəri (s) merac gecəsi Musa
ilə Adəmin mübahisəninin şahidi olmuşdur. Musa ona deyir:
-”Ey Adəm, sən deyildin ki, Allah səni öz qüdrəti ilə
yaratdı, öz ruhundan üfürdü, mələklərə sənə səcdə etməyə
əmr etdi, behişti sənə halal etdi, öz rəhmətində sənə yer
verdi, onda sənə bir ağacı qadağan etdi, lakin sən özünü
saxlaya bilmədin, İblisə aldanaraq yerə nazil olundun və
bununla belə bizim də behiştdən çıxarılmağımıza səbəb
oldun.”
Adəm dedi:
-”Övladım, mənimlə ehtiyatla danış, düşmən hiylə ilə
mənim üçün and içdi və ürəyiyanan xeyirxah şəxs kimi
mənim yanıma gələrək “Mən sənin dərdini çəkirəm” -deyə
söylədi. “Niyə?” deyə soruşdum. Dedi: -“Çünki mən sənə
alışmışam və səninlə birlikdə yaşamaqdan bəhrələnirəm,
amma sənin buradan getməyini və pis vəziyyətə düşəcəyini
bilirəm.” “Çıxış yolu nədir?” -deyə soruşdum. Dedi: -“Çıxış
yolu öz əlindədir. İstəyirsən sənə əbədilik ağacını və fənaya
uğramayan mülkü göstərim. Sən və həyat yoldaşın ondan
yeyərək həmişəlik mənimlə behiştdə qalın.” Bunun ardınca
bu sözləri xeyirxahlıq üzündən deməsinə yalandan and içdi.
“Ey Musa, mən bir kəsin yalandan Allaha and içməsinə
inana bilmirdim...”
Hər yolla olursa olsun Adəmi o ağaca yaxınlaşmağa, ona əl
vurmağa məcbur etdi. İndi görək o ağaca əl vurub-vurmamış
Allahın əmrinə qarşı bir iş görmüşdü, ya heç bir əmrə zidd iş
görməmişdir, amma o bu işi görməsəydi daha yaxşı olardı.
Amma Allahın ona bu ağacdan yeməyi qadağan etməsini bir
növ xatırlama və həqiqətdə irşad (yol göstərmə) idi, yəni
234
əgər əl vursaydılar behiştin nemətlərindən məhrum
olacaqdılar. Necə ki, Allah taala özü buyurdu: -
“Zalımlardan olardılar” ya “Bədbəxtçiliyə düşəcəklər”.
İslam terminologiyasında buna “Ən-nəhyul-irşadi” yəni yol
göstərici nəhy deyilir. Hər halda bu əməl onların behişt
nemətlərindən məhruma və oradan qovulmaqlarına səbəb
oldu və ardınca belə xitab gəldi:
-“Hamınız aşağı düşün, sizin bəziləriniz bir-birinizlə
düşmənsiniz. Əgər mən tərəfdən sizə hidayət (işığı) saçsa,
hər kim ondan itaət etsə, heç vaxt azmaz və bədbəxtçilik ona
üz verməz. Amma əgər mənim zikrimdən üz döndərsə onun
üçün çox ağır yaşayış və Qiyamət günü kor halında məhşur
olacaq (məhşər ayağına çəkiləcək).”
Behiştin harada olmasını yerdə, yoxsa göydə, ya onun
mövud (bizə vəd edilmiş), yoxsa başqa bir şey olmasının və
ya o ağacın maddi, yoxsa mənəvi olmasını Allah bilir.
Bəziləri behiştin harada olursa olsun mövud (vəd edilmiş)
olmamasını deyirlər. Çünki mövud behişt və əbədi cənnət
olsaydı şeytan ora yol tapa bilməzdi və orada yeyib-içmək
söhbəti olmazdı, çünki ora daxil olan heç vaxt çıxarılmaz.
Bunlara zidd olaraq bəziləri onun mövud olmasına inanırlar.
Çünki hər yerdə behişt adı gəlib, məqsəd həmin mövud
behiştdir və ora girən çıxmaz, hesab-kitab və Qiyamət
günündən (savab əhli daxil olandan) sonrakı zamana aiddir.
Ağac haqqında çox sayda fikir ayrılığı vardır. Bəziləri
buğda tayası, başqaları isə üzüm, alma ya əncir ağacı
olmasını yazırlar. Şeyx Tusi (rəhmətullah ələyh) isə
“Tibyan” kitabında kafur ağacı olmasını qeyd edir. Başqa
235
bir dəstə innab ağacı olduğunu deyirlər. Bəzi rəvayətlərdə
isə həsəd, ya elm ağacı olması göstərilmişdir. Doğrusunu
Allah bilir.
Şeytan hər nə idi, behişt nemətlərinin, oradakı məskənin,
əmin-amanlıq yerinin o iki nəfərin əlindən çıxmasına və bu
giriftarçılıqla dolu olan dünyaya gəlmələrinə səbəb oldu.
Şeytan bununla ən böyük intiqam zərbəsini Adəmə vuraraq
öz düşmənçiliyini hamıya göstərdi. Allah taala da bir neçə
yerdə Adəmin əhvalatını nəql edəndən sonra bütün Adəm
övladlarına da xatırladır ki, siz də ata-ananız kimi ona
aldanıb hiylələrinə uymayın. Bu haqda Quranda buyurur:
“Ey Adəm övladları, şeytan sizi aldatmasın, necə ki, ata-
ananızı behiştdən çıxartdı.”
Bir sözlə Adəmlə Həvva yerə endirildilər. Adəmin Sərandib
dağına və Həvvanın isə Ciddəyə düşməsini Təbəri və
başqaları yazırlar.
Bir müddət keçdikdə Adəm və Həvva etdiklərindən peşman
oldular və behiştin hədsiz nemətlərinin həsrətində qaldılar.
Xüsusi ilə yerdə məskunlaşanda və onun çətinlikləri ilə
üzləşəndə. Allah bilir neçə illər tövbə ilə məşğul olub onun
ayrılığına ağladılar və nə qədər ahu-nalələr çəkdilər. Allah
taala onlara xitab edərək dedi: -Mən sizi o ağacdan nəhy
etmədimmi və sizə demədimmi şeytan sizin açıq-aşkar
düşməninizdir?”
Onlar öz təqsirlərini etiraf etdilər. Tövbə və bəxşiş istəyərək
dedilər:
-”Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər sən bizi
bağışlamasan ziyankarlardan olacağıq.”
236
Amma iş-işdən keçmiş və yerə enmə fərmanı verilmişdir.
Adəm və Həvva yer üzündə məskunlaşaraq təəssüf və
həsrətin onları əvvəlki yerlərinə qaytara bilmədiyini başa
düşdülər.
Yenə də Allah öz rəhməti ilə onların səadətə yetişməsi və
onları özünə cəlb etməsi üçün başqa qapı açdı. O, da tövbə,
istiğfar və əfv istəmə qapısı idi. Bəzi alimlərin dediyinə görə
tövbə və istiğfarın günahı aradan aparması, Allahın Adəmə
təlim verdiyi əsma elminin bir hissəsidir.
İndi artıq Adəm və Həvva yerdə məskunlaşaraq dünyanın
əzab-əziyyətinə qatlaşdılar. Behiştdən fərqli olaraq aclıq,
yemək bişirmək, su tapmaq, geyim, yaşayış yeri kimi
problemlərlə üzləşirdilər. İndi isə artıq behişt deyil, onlar
dünyadadırlar. Gərək hər şeyi özləri hazırlasınlar və yaşayış
uğrunda mübarizə aparsınlar. Bu işdə birinci lazım olan
alətlərə, ikincisi isə yemək, geyim yaşayış yeri və bu kimi
lazım olan şeyləri əldəetmə yollarına ehtiyac duyulurdu.
Həmçinin alətlərin işlətmə qaydasını da öyrənmək lazım idi.
Allah taala bütün bu vasitələri hazırlayaraq onlardan
istifadəetmə qaydasını, yemək, içmək, yaşayış yeri əldəetmə
yollarını, qısaca olaraq bütün yaşayış tərzini ona öyrətdi.
Maddi yaşayış və cismi ehtiyacları aradan qaldırmaq üçün
lazım olan tövsiyələri ona verdi. Ola bilsin bu əhvalatda
əsmanı da ona təlim verdi. Amma Adəm və onun
övladlarının ruhi cəhətdən də (bəzi tədqiqatçıların dili ilə
desək asimani yaşayış üçün) ehtiyacları olduğundan, səadət
və şəqavət (bədbəxtçlik) yollarını da tanımaqları lazım idi.
Ona görə də Allah taala onları yerəenmə əmrini verəndən
sonra bu cümləni onlara öyrətdi:
Dostları ilə paylaş: |