81
Formullardan göründüyü kimi, verdoqlobin molekulunda
hələ dəmir atomu və zülali komponent itməmiş qalır.
Təcrübi sübutlar vardır ki, hemoqlobinin bu oksidləşmə
çevrilməsində vitamin C, Fe
2+
ionu və başqa faktorlar iştirak
edir. Verdoqlobinin sonrakı parçalanması, ehtimal ki,
spontan baş verir və dəmirin, qlobin zülalının və bir də
biliverdin adlı öd piqmentinin əmələ gəlməsi ilə sona yetir.
Spontan parçalanma pirrol həlqələri və metin körpülərində
ikiqat rabitələr və hidrogen atomlarının yerlərini dəyişmələri
ilə müşahidə olunur. Əmələ gələn biliverdin qara ciyərdə
fermentativ yolla insan və yırtıcı heyvanların əsas öd
piqmenti olan
bilirubinə çevrilir:
Şəkil 9
Bilirubinin əsas əmələgəlmə yeri – qara ciyər və dalaqdır.
Bütün hüceyrələrdə əmələ gələn bilirubin qara ciyərə daxil
olur, oradan da ödlə bərabər öd kisəsinə düşür. Sağlam yaşlı
insanın qanında bilirubinin ümumi miqdarı – 4 – 26
mkmol/L, orta rəqəm 15 mkmol/L-dir. Qanda onun
miqdarının 35 mkmol/L qalxması
sarılığa səbəb olur. Onun
qanda daha yüksək dozası ağır zəhərlənmə ilə nəticələnir.