70
Hemdə olan mərkəzi dəmir atomu altı koordinasiya əlaqəsi
əmələ gətirə bilər. Dörd əlaqə pirrol həlqələrinin azot
atomlarına, qalan iki əlaqə isə porfirin həlqəsinin hər iki
tərəfindən onun müstəvisinə perpendikulyar istiqamətdə
yönəlmişdir. Hem molekulları qat-qat yığılmış qlobin
polipeptid zəncirlərinin əmələ gətirdiyi xüsusi yuvacıqlarda
zülali qlobulların səthinə yaxın yerdə yerləşmişlər.
Hemoqlobin normal fəaliyyət zamanı üç mümkün formadan
birində
ola
bilər:
ferrohemoqlobin
(adətən
dezoksihemoqlobin və ya sadəcə hemoqlobin adlanır),
oksihemoqlobin
və
ferrihemoqlobin
(həmçinin
methemoqlobin kimi adlanır). Ferrohemoqlobində dəmir
ikivalentli (Fe(II)) olub, iki rabitəsindən biri porfirin həlqəsi
müstəvisinə perpendikulyar yerləşmiş
histidin qalığının azot
atomuna yönəlmiş, ikinci rabitə isə azaddır.
Proksimal
(qonşu) adlanan bu histidin qalığından əlavə, porfirin
həlqəsinin o biri tərəfində və ona yaxın məsafədə dəmir
atomu ilə bilavasitə əlaqədar olmayan başqa histidin qalığı –
distal histidin yerləşmişdir. Molekulyar oksigenin sərbəst
hemlə qarşılıqlı təsiri geri dönməyən
hemin dəmir atomunun
oksidləşməsinə gətirib çıxarır [Fe(II) → Fe(III); гем →
гемин]. Dezoksihemoqlobində isə qlobin hemin dəmirini
oksidləşmədən qoruyur.
Hemoqlobinin oksigenasiya reaksiyası
Hemoqlobinə özünün əsas keçiricilik funksiyasını yerinə
yetirməyə imkan verən, yəni oksigeni dönər birləşdirmə
xüsusiyyəti
(oksigenasiya) ona beş və ya altı koordinasiya
əlaqələrini əmələ gətirə bilmək və elektronu dəmirdən deyil
(yəni Fe²
+
-ni oksidləşdirmək), proksimal histidinin
imidazol
həlqəsindən oksigenə ötürə bilmək imkanlarını verir
{48-
50}. Molekulyar oksigen əvəzinə hemin dəmir atomu
dəm
qazını da (CO) özünə birləşdirə bilər. Hətta az miqdar CO