Elmi-kütləvi nəşr


Cədvəl  1.  Azotun  oksidləşmə  dərəcələri  və



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə27/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   23   24   25   26   27   28   29   30   ...   82

 
98 
Cədvəl  1.  Azotun  oksidləşmə  dərəcələri  və 
uyğun birləşmələri  
Oksidləşmə 
dərəcələri  
Birləşmə nümunələri 
–III 
Amonyak  NH
3
,  amonium  ionu 
NH
4
+
, nitridlər M
3
N
2
 
–II 
Hidrazin N
2
H
4
 
–I 
Hidroksilamin NH
2
OH 

Natrium  hiponitrit  Na
2
N
2
O
2
,  azot 
oksidi(I) N
2

II 
Azot oksidi(II) NO 
III 
Azot  oksidi(III)  N
2
O
3
,  Natrium 
nitrit NaNO
2
 
IV 
Azot oksidi(IV) NO
2, 
dimer N
2
O
4
 

Azot  oksidi(V)  N
2
O
5
,  nitrat 
turşusu  HNO
3
  və  onun  duzları 
(nitratlar) 
Nitridlər 
    Azotun  güclü  elektromüsbət  elementlərlə  (metallar  və 
qeyri-metallarla)  əmələ  gətirdiyi  birləşmələr  –  nitridlər  – 
karbidlərə  və  hidridlərə  oxşayırlar.  Onları  M-N  əlaqəsinin 
xarakterindən asılı olaraq ion, kovalent və aralıq tip əlaqəli 
növlərə  ayırmaq  olar.  Bir  qayda  olaraq,  bunlar  kristallik 
maddələrdir. 
İon  nitridlər.  Bu  bitrləşmələrdə  əlaqə  N
3–
  ionunun  əmələ 
gəlməsi  ilə  elektronların  metaldan  azota  keçidini  göstərir. 


 
99 
Bu cür nitridlərə aiddir - Li
3
N, Mg
3
N
2
, Zn
3
N
2
 və Cu
3
N
2
. İon 
nitridlər  yüksək  ərimə  temperaturlarına  malik  olub,  su  ilə 
reaksiyadan NH
3
 və metal hidroksidləri əmələ gətirirlər.   
Kovalent  nitridlər.  Azot  atomu  başqa  element  atomları  ilə 
birləşərkən elektronların azotdan həmin element atomlarına 
keçidi baş vermədikdə, kovalent əlaqəli nitridlər əmələ gəlir. 
Hidrogen  nitridlər  (məsələn,  amonyak  və  hidrazin)  azotun 
halogenidləri  kimi  (NF
3
  və  NCl
3
)  tam  kovalentdirlər. 
Kovalent  nitridlərə  aiddir,  məsələn,  Si
3
N
4
,  P
3
N

və  BN  – 
yüksəkstabil  ağ  maddələrdir,  BN  həmçinin  iki  allotropik 
madifikasiyada:  heksaqonal  və  almazşəkilli  olur.  Axırıncı 
yüksək  təzyiq  və  temperaturda  alınaraq,  bərkliyi  almazın 
bərkliyinə yaxındır.   
Aralıq  tip  əlaqəli  nitridlər.  Keçid  elementlər  yüksək 
temperaturda  NH
3
  ilə  reaksiyası  zamanı  azot  atomunun 
nizamlı  yerləşmiş  metal  atomları  arasında  qeyri-adi  sinif 
birləşmələri əmələ gətirirlər. Bu birləşmələrdə elektronların 
dəqiq  sürüşmələri  yoxdur.  Belə  nitridlərə  misal  -  Fe
4
N, 
W
2
N,  Mo
2
N,  Mn
3
N
2
  ola  bilər.  Bu  birləşmələr,  bir  qayda 
olaraq,  tamamilə  inertdirlər  və  yaxşı  elektrik  keçiriciliyinə 
malikdirlər. 
Azotun hidrogenli birləşmələri 
    Azot 
və 
hidrogen 
qarşılıqlı 
əlaqəyə 
girərək 
karbohidrogenləri  andıran  birləşmələr  əmələ  gətirirlər. 
Azotohidrogenlərin stabilliyi uzun zəncirlərdə belə stabilliyi 
azalmayan  karbohidrogenlərə  nəzərən  azot  atomlarının 
zəncirdə  artması  ilə  zəifləyir.  Azotun  hidrogenlə  mühüm 
nitridləri  –  amonyak  NH
3
  və  hidrazin  N
2
H
4
–dir.  Bura 
həmçinin  hidrogen  nitrid  (azid  turşusu)  də  HNNN  (HN
3

daxildir. 


 
100 
Azotun fiksasiyası və azot tsikli 
    “Azotun  fiksasiyası”  termini  atmosfer  azotunun  N
2
 
əlaqələndirilməsi  prosesi  kimi  başa  düşülməlidir  {86-88}. 
Təbiətdə  bu  proses  iki  yolla  baş  verə  bilər:  (1)  ildırım 
boşalması zamanı havanın tərkibində olan azot və oksigenin 
qarşılıqlı  təsirindən  yaranan  fiksasiya  və  ya  (2)  paxlalı 
bitkilər  fəsiləsindən  olan  noxud,  yonca  və  soya  kimilər 
özlərinin  yumru  köklərində  xüsusi  növ  bakteriyalar 
saxlayırlar  ki,  bunlar  da  öz  növbəsində  hava  azotunu 
fiksasiya edərək bitki köklərinə ötürürlər.  
     S.Arrenius  müəyyən  etdi  ki,  ildırım  boşalması  zamanı 
hər  il  400  milyon  ton  azot  fiksasiya  olunur.  Atmosferdə 
boşalma  zamanı  əmələ  gələn  azot  oksidləri  yağış  suları  ilə 
birləşərək  nitrat  və  nitrit  turşuları  əmələ  gətirirlər.  Bundan 
əlavə,  müəyyən  edilmişdir  ki,  torpağın  hər  hektarına  yağış 
və qarla birgə 6700 q azot oksidləri düşür ki, bunlar da su ilə 
birləşərək  nitrat  və  nitritlərə  çevrilirlər.  Bitkilər  özlərində 
bitki  mənşəli  zülali  maddələri  yaratmaq  məqsədi  ilə 
nitratlardan  istifadə  edirlər.  Heyvanlar  isə  bu  bitkilərdən 
qidalanaraq  bitki  zülallarını  heyvani  zülallara  metobolizə 
edirlər.  Heyvan  və  bitkilər  isə  öldükdən  sonra  onların 
cəsədləri  çürüyərək  azotlu  zülali  birləşmələr  deqradasiyaya 
uğrayır  və  sonda  amonyaka  çevrilirlər.  Amonyak  isə  iki 
yolla  istifadə  olunur:  nitrat  əmələ  gətirməyən  bakteriyalar 
onu  azot  və  hidrogenədək  dağıdırlar,  digər  bakteriyalar  isə 
ondan nitritlər əmələ gətirirlər ki, daha sonra isə başqa növ 
bakteriyaların köməyi ilə yaranan nitritlər nitratlara çevrilir. 
Beləliklə, təbiətdə azotun dövranı – azot tsikli yaranır. 
     Qeyd  edildiyi  kimi,  torpaqda  xüsusi  növ  canlı 
bakteriyalar var ki, onların köməyi ilə havanın azotu bitkilər 
üçün səmərəli qida məhsulları olan azot gübrələrinə - nitrat 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə