Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə35/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   31   32   33   34   35   36   37   38   ...   82

 
125 
 
Şəkil 13. Strukturlaşmış suyun klaster modeli. Su 
molekulunun ayrıca assosiasiya etmiş molekulları açıq-
aydın görünür. 
asılı  olmayaraq  tez  bir  zamanda  –  asanlıqla  dəyişə  bilir 
{113}.  Özünün  eksperimentlərində  o,  bir  neçə  funksiyalar 
üçün,  suyun  keyfiyyət  analizi  də  daxil  olmaqla,  maqnit 
rezonansı  analizatorundan  istifadə  etdi.  Dondurulmuş  su 
damlaları  fotokamera  geydirilmiş  güclü  mikroskop  altında 
öyrənildi. Bu metod informasiya təsirinin suyun molekulyar 
quruluşuna  necə  təsir  etməsini  praktiki  şəkildə  qeyri-adi 
fotoqrafiyalarını almaqla görməyə imkan verdi.  


 
126 
 
 
İnformasiya  təsirindən  öncə  distillə 
suyu nümunəsi 
Məhəbbət və 
təşəkkürlər 
ünvanlanmış su 
nümunəsi 
 
 
 
Söz: “Sən axmaqsan” 
 
          Sağ ol 
 
 
 
Fransada Lurde su fontanından 
alınan su nümunəsi 
İtaliya ilə İsveçrə 
sərhəddindəki Macore 
gölündən alınan su 
nümunəsi
 
Şəkil 14.Müxtəlif mənbələrdən alınmış cu nümunələri  bir-
birindən fərqlənirlər.  
 
 
     


 
127 
 Su  klasterlərinin  (H
2
O)
n
   dinamika  və  xassələri  –  aktiv 
tədqiqatlar predmetidir. Metallik klasterlərin dəqiq müəyyən 
olunmuş fəza quruluşlarından fərqli olaraq, ölçüləri bir neçə 
molekullardan  ibarət  olan  su  klasterləri  hətta  otaq 
temperaturundan  aşağıda  maye  olaraq  qala  bilirlər:  bu  cür 
klasterlərin  öz  aralarında  fasiləsiz  olaraq  bir-birini  tullanıb 
keçməsi kimi çoxlu sayda bərabərhüquqlu formaları vardır. 
Su klasterlərinin bu xüsusiyyəti onların elektrik xassələrində 
də özünü  göstərir. Belə  ki,  əlli  ildən artıq məlumdur ki,  su 
molekulu  polyardır.  Onun  müsbət  və  mənfi  yükləri  bir-
birindən  azacıq  yerini  dəyişmiş  və  nəticədə  o,  əhəmiyyətli 
dərəcədə  yüksək  dipol  momentinə  malik  olub  ətrafında 
elektrik sahəsi yaradır. Əgər çoxlu miqdar molekul götürsək 
(məsələn,  bir  stəkan  su),  onda  ayrıca  götürülmüş 
molekulların  dipol  momentləri  kompensasiya  olunacaq  və 
yekun  elektrik  sahəsi  yox  olacaqdır  ki,  bununla  da  biz  hər 
gün  öz  həyatımızda  qarşılaşırıq.  Molekulların  hansı  say 
miqdarında  məhz  bu  keçid  baş  verir?  Klasterlərin  özləri 
dipol  momentinə  malikdirlərmi?  Bu  vaxta  qədər  bu  suala 
dəqiq cavab tapılmamışdır. Son 20 il ərzində alınan təcrübi 
göstəricilər  bir-birilərinə  zidd  çıxırlar.  Əsas  maneyə  ondan 
ibarətdir  ki,  bütün  aparılan  eksperimentlərdə  klasterlər 
suyun  dərinliyində,  bilavasitə  “yaşadıqları  mühitdə” 
öyrənilmişdir. Ayrıca klasteri  “çıxarmaq”  və onun elektrik 
xassələrini öyrənmək indiyədək mümkün olmamışdır. 
      Cənubi  Kaliforniya  Universitetinin  tədqiqatçı  qrupu 
tərəfindən  aparılan  eksperimentlər  bu  ayrıseçkiliyə  son 
qoydu.  Bu  yaxınlarda  dərc  olunan  məqalənin  nəticələri 
{119}   sübut etdi ki,  tərkibi 3-dən 18-dək su molekulundan 
ibarət  olan  klasterlər  də  yüksək  dipol  momentinə 
malikdirlər.  Belə  bir  nəticəyə  gəlməyə  imkan  verən 
eksperiment  çox maraqlıdır. Su əlavə edilmiş germetik qab 
vakuum kamerasına yerləşdirildi və oradan çox dar dəlikdən 
su xaricə, vakuuma buxarlandırıldı.  Miniatür reaktiv ucluq 


 
128 
formasında  olan  dəlikdən  çıxan  buxar  şırnağı  səsdən  iti 
sürətlə qovuldu.  İstilik vermədən bu cür buxarlanma sxemi 
nəinki  ayrıca  su  molekulundan  və  həm  də  müxtəlif  su 
klasterlərindən ibarət olan buxar almağa imkan verdi. Buxar 
şırnağı bircinsli olmayan elektrik sahəli bir metr uzunluqda 
olan kameradan, elektrik sahəsini azacıq  yan keçərək kütlə-
spektroqrafına  düşür  ki,  bu  sonuncu  da  onu  klasterdə  olan 
molekulların  miqdarına  uyğun  olaraq  ayrı-ayrı  dəstələrə 
parçalayır.  Elektrik  sahəsində  şırnağın  yan  keçməsinə 
nəzərən, həm də klasterlərin dipol momenti ölçüldü.   
     Müxtəlif 
ölçülü 
klasterlərin 
bilavasitə 
dipol 
momentlərinin  ölçülməsi  artıq  özü-özlüyündə  suyun 
strukturunun  başa  düşülməsində  böyük  əhəmiyyətə  malik 
bir  hadisədir  {104}.  Həqiqətən,  belə  çıxır  ki,  su  klasterləri 
bütöv  mühitə  “yığıldıqda”  onlar  bir-birini  nəinki  yalnız 
bilavasitə kontaktda və həm də dipolların elektrik qarşılıqlı 
təsirində görürlər. Lakin kaliforniyalı fiziklərin eksperimenti 
yalnız bunu müəyyən etməyə imkan vermədi. 
     Birincisi,  nəticələr  onu  göstərir  ki,  iri  klasterlər  (8-dən 
artıq  molekul)  elektrik  cəhətcə,  daha  nizamlıdırlar,  nəinki 
kiçik klasterlər, amma bunun izahı hələki mümkün deyildir. 
İkincisi,  eksperimentatorlara  təcrübələri  iki  müxtəlif 
temperatur rejimlərində aparmaq mümkün oldu: klasterlərin 
daxili  temperaturu  200  K  (–70°C)  və  120  K  (–150°C).  Bir 
sıra nəzəri hesablamalara görə, bu cür temperatur şəraitində 
su  klasterləri  artıq  donmalıdır  ki,  bu  da  dipol  momentinin 
molekulun  miqdarından  asılılığını  güclü  dəyişməli  idi. 
Eksperimentdə isə bu cür dəyişmə qeydə alınmadı. Bundan 
da  belə  bir  qənaətə  gəlmək  olar  ki,  bu  temperaturlarda  su 
klasterləri maye olaraq qalırlar. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə