134
şərtləşdirmiş formasında mövcuddur. CO
2
-nin fizioloji rolu
barədə bizim bilik dairəmiz nə qədər çox inkişaf edər və
dərinləşərsə, bir o qədər də onun orqanizmin müxtəlif daxili
və xarici təsirlərinə adaptasiyasında mühüm pol
oynamasının şahidi olarıq. Indi artıq məlumdur ki, CO
2
nəinki tənəffüsün, qan dövranının, maddələr mübadiləsinin,
elektrolitik balansın, ağ ciyər damarları və hüceyrə
membranı keçiriciliyinin təbii requlyatorudur, və həmçinin
sinir hüceyrələrinin, bronxların hamar əzələ tonusunun,
damarların, sidik ixrac edən yolların və s. qıcıqlandırıcısıdır.
CO
2
-nin fizioloji roluna maraq yalnız klinik və idman
təbabətinin nəaliyyətləri ilə əlaqədar olmayıb, aviasiyanın,
kosmonavtikanın inkişafı ilə, və həmçinin yeni yaşayış
sahələrinin mənimsənilməsi ilə (yüksək dağlıqlar, arid
zonaları, Dünya okeanı, Uzaq Şimal və s.) və orqanizmin
profikatikası və müxtəlif xəstəliklərin müalicəsinin
requlyator sistemləri ilə idarə olunmasınin effektiv
yollarının araşdırılması ilə əlaqədardır.
Çoxsaylı tədqiqatlar göstərmişdir ki, O
2
və CO
2
kimi bioloji
aktiv qazlar yalnız onların qatılıq dərəcəsindən asılı yox,
həmçinin orqanizmin individual xüsusiyyətlərindən və təsir
müddətindən asılı olaraq həm
antaqonist və həm də
sinerqist kimi fəaliyyət göstərə bilərlər. Zaman faktorunun
özü xüsusi bioloji əhəmiyyət kəsb edir, hər şeydən qabaq
ona görə ki, adaptasiya statik yox, funksiyaların inteqrativ
requlyasiyasını həyata keçirən, struktur dəyişmələrini və
çoxsaylı mübadilələri əks etdirən dinamik prosesdir.
Həm də
orqanizmin dəyişən qaz mühitinə adaptasiyasının fərqli
mərhələlərində bu və ya digər requlyator sistemlərinin rolu
bir mənalı deyildir. Bütünlüklə orqanizmin funksional
vəziyyəti də əsas rol oynayır, o cümlədən, emosional hal
(səbəblər halı). Emosional mərkəzlərin stimullaşması
135
(hipotalamus) orqanizmin
hipoksiyaya qarşı müqavimətini
artırır.
Indi isə CO
2
-nin canlı orqanizmdə oynadığı rolun ayrı-
ayrı detalları ilə yaxından tanış olaq. Yuxarıda qeyd edildiyi
kimi CO
2
orqanizmin həyatfəaliyyətində çox mühüm
əhəmiyyət kəsb edir. Karbonat turşusu (H
2
CO
3
) natrium
ionlarının hüceyrələrdə paylanmasını təmin edərək, sinir
hüceyrələrinin həyəcanlanmasını nizamlayır, hüceyrə
membranlarının
keçiriciliyinə,
çoxsaylı
fermentlərin
aktivliyinə, hormon məhsullarının intensivliyinə və onların
fizioloji effektivlik dərəcəsinə, zülalların kalsium və dəmir
ionları ilə əlaqələndirilməsi prosesinə təsir edir. Qanda
karbonat turşusunun qatılığı ilə, həzm vəzilərinin işləmə
intensivliyi (ağız suyu, mədəaltı, qara ciyər), və həmçinin
xlorid turşusu hazırlayan qişalı mədə vəzisi ilə düz
mütənasiblik vardır. Hüceyrələrə oksigenin daşınması qanda
karbonat turşusunun miqdarından asılıdır. Nəhayət, karbonat
turşusu zülalların biosintezində və aminoturşuların
karboksilləşməsində turşu-qələvi tarazlığının saxlanılması
kimi (bufer) vacib rol oynayır. Bu sayı davam etdirmək olar,
lakin bu göstərilənləri tam kafi hesab etmək olar və deyə
bilərik ki, karbonat turşusu
“tullantı” olmayıb orqanizm
üçün ən vacib məhsullardan biridir.
Karbonat tuşusunun iştirakı – bu insanın mövcudluğunun
vacib şərtlərindəndir və o tarixi bir hadisə kimi Yerdə
həyatın əmələ gəlməsi ilə bir vaxtda meydana gəlmişdir.
Müasir fərziyələrə görə, bu bir neçə milyard il bundan öncə
baş vermişdir. O zaman bizim planetin atmosferi karbon
qazı ilə doymuş halda olmuş (90%-dən çox) və o, canlı
hüceyrələrin təbii tikinti materialı kimi fəaliyyət
göstərmişdir (Bitkilərin biosintez reaksiyası – karbon
qazının udulması, karbonun sərfi və oksigenin atmosferə