Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə39/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   35   36   37   38   39   40   41   42   ...   82

 
139 
      Əgər  bir  qədər  də  tənəffüs  azaldılarsa,  onda  insanın 
dözümlülüyü,  yüksək  sağlamlıq  potensialı  olduqca  artar, 
uzunömürlülüyə  güman ki, tam təminat yaranar. 
      Yoqlar tapşırıq dərsləri ilə tənəffüsü azaldırlar və karbon 
qazının  miqdarını  orqanizmdə  artırırlar.  Tənəffüsün 
artırılması  və  bununla  belə  karbon  qazının  orqanizmdən 
yuyulması 
ağılsızcasına 
qurulmuş 
dərin 
tənəffüs 
gimnastikasına,  çox  yeməyə,  heyvan  mənşəli  yemlərin  (ət, 
balıq, yumurta, toyuq, piy və s.), çay, kofe, şokolad, şəkərin 
istifadəsinə gətirib çıxarır və həmçinin  insanda bir sıra  yad 
ünsürlərə qarşı - papiros çəkməyə, spirtli içkilər və narkotik 
maddələrin  qəbuluna,  çılğınlığa,  yataq  rejiminə,  yuxuya 
(əsasən  arxası  üstə),  hipodinamikaya,  qumar  oyunlarına, 
cinsi israfçılığa və s. həvəs yaradır.   
      Bir  sıra  Yoq  təşəbbüskarları  özlərinə  ziyan  gətirərək 
fizioloji  tənəffüsü  düzgün  qavramırlar.  Bunu  qəti  şəkildə 
anlamaq  lazımdır:  hiperventilyasiya  orqanizmin  sakit 
vəziyyətində  zərərlidir.  Çalışmaq  lazımdır  ki,  həmişə 
dərindən  nəfəs  almamalı  (tənəffüs  eşidilməməli  və  hiss 
olunmamalıdır) və nadir hallarda, hər dəfə nəfəs verdikdən 
sonra  avtomatik  olaraq  maksimal  dərəcədə  pauzanı 
uzatmalı.  Bu  proqramın  optimal  şəkildə  yerinə  yetirilməsi 
insana sağlamlıq və uzunömürlülük gətirər. Onu saymamaq, 
təbiət  qanunlarını  pozmaq  xəstəliklərə  və  vaxtından  qabaq 
ölümə səbəb olar. 
 
 
 


 
140 
Biokimyəvi rolu 
       Bu  bölmədə  karbon  qazının  (СО
2
)  canlı  orqanizmdə 
əmələ 
gəlməsi, 
keçdiyi 
yolları 
və 
biokimyəvi 
transformasiyalara  məruz  qaldığı  həyati  əhəmiyyət  kəsb 
etdiyi məsələlərdən bəhs ediləcək.  
       İnsan  fiziki  iş  görmədiyi  anda  (sakit  halda)  onun 
toxumalarından  ağ  ciyərinə  hər  dəqiqə  180  ml  karbon  qazı 
daşınır.  Bunu  çox  asan  hesablamaq  olar.  Əgər  nəfəsalma 
əmsalı  0,85-dirsə,  onda  sakit  halda  toxumalar  vasitəsi  ilə 
200 ml oksigenin qəbulu zamanı 170 ml (200•0,85) karbon 
qazı əmələ gələcəkdir. Həqiqətdə isə bu kəmiyyət bir qədər 
böyük  olmalıdır,  çünki  sakit  halda  qəbul  olunan  oksigenin 
miqdarı 200 – 240 ml arasında cərəyan edir. 
      Bütünlüklə sutka ərzində hava ilə tənəffüs zamanı insan 
orqanizminə  təxminən  600  L  oksigen  daxil  olur  və  ətraf 
mühitə 480 L (~ 942,8 q) karbon qazı ixrac olunur ki, bu da 
21,4 mol karbon qazına uyğundur. 
     Karbon  qazının  (СО
2
)  orqanizmin  toxumalarından 
ciyərlərə ötürülməsinin bir neçə mexanizmi vardır. Onun bir 
hissəsi  fiziki  həll  olmuş  şəkildə  ötürülür.  Qan  plazmasında 
СО
2
-nin  həll  olma  qabiliyyəti  О
2
-nin  həll  olmasından  40 
dəfə  çoxdur,  baxmayaraq  ki,  çox  da  yüksək  olmayan 
arteriovenoz  fərqində  Р
СО2
  (ciyər  arteriyaları  ilə  ciyərlərə 
gedən  СО
2
-nin  venoz  qanda  təzyiqi  60  qPa-dırsa,  arterial 
qanda  isə  53,3  qPa-dır)  fiziki  həll  olmuş  şəkildə  (sakit 
halda)  12-15  ml  СО
2
  ötürülə  bilər  ki,  bu  da  bütün  ötürülən 
karbon qazı miqdarının 6-7% - ni təşkil edir.  
     Bir  hissə  СО
2
  karbamin  şəklində  ötürülə  bilir.  Müəyyən 
olunmuşdur  ki,  СО
2
  karbamin  əlaqəsi  vasitəsi  ilə 


 
141 
hemoqlobinə 
birləşərək 
karbhemoqlobin 
və 
ya 
karbaminohemoqlobin  əmələ  gətirir.  İlk  dəfə  olaraq 
hemoqlobinlə birbaşa əlaqəli karbon qazının miqdarı barədə 
fikri akademik İ.M.Seçenov irəli sürmüşdür.
                                           
 
RNН
2   
+  Н
2
СO
3   
↔ 
RNH
 

 
COOH  + Н
2
О 
Hemoqlobin                                     Karbhemoqlobin 
yaxud, 
RNН
2  
+ СО
2  
↔  


 NHCOOˉ  + H

Karbhemoqlobin  –  çox  qeyri-stabil  maddədir  və  ağ  ciyər 
kapilyarlarında  dərhal  СО
2
-nin  ayrılması  ilə  dissosiasiya 
edir.  
Karbamin  formasının  miqdarı  çox  deyildir:  arterial  qanda 
onun  miqdarı  3  dövr.%,  venoz  qanda  isə  3,8  dövr.%-dir. 
Toxumalardan  qana  daxil  olan  ümumi  karbon  qazının  3-
10%-i  karbamin  formasında  ötürülür.  СО
2
  -nin  əsas  hissəsi 
ciyərlərə qan vasitəsi ilə bikarbonat formasında ötürülür, bu 
zaman əsas rolu eritrositləri təşkil edən hemoqlobin oynayır. 
Müəyyən olunmuşdur ki, oksihemoqlobinin turşuluq xassəsi 
hemoqlobinə 
nəzərən 
çox 
yüksəkdir 
(HНbО
2
-nin 
dissosiasiya dərəcəsi HНb-nin dissosiasiya dərəcəsindən 20 
dəfə  böyükdür)  {120}.  Bunu  da  qeyd  etmək  lazımdır  ki, 
qanla  toxumalara  daxil  olan  oksihemoqlobin  Н
2
СО
3
-ə  görə 
daha güclü turşudur və kalium kationu ilə əlaqəlidir. 
Oksihemoqlobinin kalium duzunu КНbО
2
 kimi adlandırmaq 
olar  (Sxem2).  Böyük  qan  dövranının  kapilyar  uclarında 


 
142 
eritrisitlərin hemoqlobini hüceyrələrə oksigeni verir (КНbО
2
 
—> О
2
  +  KHb),  onun  xüsusiyyəti  hidrogen  ionlarını  qəbul 
edərək  böyüməsidir.  Eyni  vaxtda  eritrositə  mübadilə 
məhsulu  –  karbon  qazı  daxil  olur.  Karboanqidraza 
fermentinin  təsiri  ilə  karbon  qazı  su  ilə  qarşılıqlı  təsirə 
girərək  karbonat  turşusu  (H
2
CO
3
)  verir.  Əmələ  gələn 
karbonat turşusunun hesabına artıq hidrogen ionları oksigeni 
itirmiş hemoqlobinlə kimyəvi  rabitəyə  girir və  əmələ  gələn 
НСО
3
 anionu eritrositdən plazmaya keçir: 
KHb + Н
2
СO
3
 

 К
+
 + НСО
3
  + HHb 
Bu ionların əvəzinə eritrositə membrandan keçici  olan xlor 
anionları  daxil  olur,  halbuki,  qanda  iştirak  edən  natrium 
xloridin  başqa  tərkib  hissəsi  olan  natrium  plazmada  qalır. 
Nəticədə  qanın  plazma  hissəsində  natrium  bikarbonatın 
(NaHCO
3
) miqdarı artır.  
Bu  proses  qanın  qələvi  ehtiyatının  bərpasına  xidmət  edir, 
yəni  bikarbonat  bufer  sistemi  eritrositlərin  bufer  sisteminin 
funksional rabitələri ilə sıxı əlaqəlidir. 
Ciyər  kapilyarlarında,  eritrositlərdə  oksihemoqlobinlə 
kalium  bikarbonatdan  karbonat  turşusunun  çıxarılması 
prosesi baş verir: 
ННbO
2
 + К
+
 + НCO
3
–    

      
КНbO
2
 + Н
2
СO
3
 
Əmələ gələn karbonat turşusu karboanqidrazanın iştirakı ilə 
dərhal  karbon  qazına  və  suya  parşalanır.  Kiçik  kəmiyyət 
olan 
Р
CO
2
 
alveolun  dəliklərindən  karbon  qazının 
eritrositlərdən ciyərə diffuziya etməsinə şərait yaradır. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə