Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə47/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   43   44   45   46   47   48   49   50   ...   82

 
170 
alim  Aleksandr  Komarovu  nümunə  kimi  göstərmək  olar 
{155}. 
Belə  ki,  2001-ci  ilin 
əvvəlində  “Тhe  Times  of 
India”    qəzeti  qeyri-adi 
hadisə  haqqında  yazırdı: 
“64 
yaşlı 
mühəndis-
mexanik 
Hira 
Ratan 
Manek  artıq  bir  ildir  ki, 
yemək  yemir.  Bu  bir  il 
ərzində  o,  bir  tikə  çörək 
belə  yeməmiş,  yalnız 
qaynadılmış 
sudan 
istifadə  edir”.  Bu  hindli 
Günəş  enerjisini  yeyir 
{157}.                                        
411 gün fasiləsiz aclıq 
XXI  əsrin  astanasında  Hindistanın  Əhmədabad  şəhərində 
çox qəribə və tarixi bir hadisə baş verdi. 64 yaşlı, mühəndis-
mexanik, ilk əvvəl Hicaratın Kutç əyalətində anadan olmuş, 
sonralar isə həmişəlik olaraq Kəlküttə şəhərində yaşayan Şri 
Hira Ratan Manek (Shri Нirа Rаtan Маnеk, НRМ) adlı bir 
centlmen,  cayns  ənənəsinə  əsasən  411  gün  fasiləsiz  ac 
qalaraq    gözəl  bir  dünya  rekordu  müəyyən  etdi  (yəni,  gün 
ərzində sudan başqa heç bir ərzaq və ya məhluldan istifadə 
etmədi).  Oxşar  aclıq  təcrübəsini  o,  211  gün  ərzində  1995-
1996-cı illərdə də etmişdi. 
 
 


 
171 
Tibbi müşahidə altında aclıq 
Bu dəfə o, aclıq kompaniyasını 2000-ci ilin yanvarın 1-dən 
başladı. Bu təcrübənin unikallığı ondan ibarət idi ki, bu dəfə 
o, tibb elminin müxtəlif sahələrini əhatə edən mütəxəssislər 
–  alimlər,  terapevtlər,  həkim-kardioloqlar,  nevroloqlar, 
endokrinoloqlar,  cərrahlar,  həkim-patoloqlar,  genetiklər, 
radioloqlar,  rentgenoloqlar və hətta  ailə həkimləri də daxil 
olmaqla, böyük bir həkim arsenalının müşahidəsi və nəzarəti 
altında  gündəlik  və  həm  də  fasiləsiz  mürəkkəb  tibbi 
tədqiqatlara  məruz  qaldı.  Həmçinin  vaxtaşırı  həm 
Hindistandan  və  həm  də  dünyanın  bir  çox  regionlarından 
təşrif  gətirmiş  tibb  və  müxtəlif  elm  sahələrinin  alimləri, 
həkimləri,  kimyaçıları,  biokimyaçıları,  fizioloqları  və 
s.onunla görüşlər keçirmiş və tədqiqat işləri aparmışlar.  
Unikal aclıq 
Hamı  –  buraya  toplaşan  elm  xadimləri  aclığın  bu  cür 
unikallığına  heyran  olmuşdular  və  hər  kəs  belə  bir  sualla 
müraciət etməli olurdu:”Bu necə ola bilər”? Razılaşın ki, bu 
günkü  elmi  baxışlara  görə  bu,  ola  bilməz,  hətta  insan 
supermen  sayılsa  və  ya  irsi  qabiliyyətindən  irəli  gəlsə  belə 
bu fenomen hadisənin izahı imkan xaricindədir. İndi biz on 
minlərlə  Yer  üzərində  qida  qəbul  etmədən  yaşayan 
insanların olduğunu bilirik. 
Bu  məlumatları  söyləyən  həkimlər  qeyd  edirlər  ki,  biz  bu 
cür  qeyri-adi,  sensasiya  doğuran  hadisəyə  bütün  elm 
adamları  kimi  öncədən  skeptik  yanaşdıq  və  buna  görə  də 
onu  (Maneki)  kəskin  və  kritik-analitik  təcrübələrdən  (onu 
xüsusi sanatoriyada hamıdan təcrid edərək, yanına heç kəsi 
buraxmayaraq)  keçirdik.  Bütün  başqa  həkimlər  də  onun 
üzərində çox incə təcrübələr apardılar. Aparılan təcrübələrin 


 
172 
düzgünlüyü və unikallığı həkimlərdə şübhə  yeri qoymurdu. 
Burada  təcrübələr  aparan  həkim  arsenalı  bu  hadisənin 
reallığına  inandıqdan  sonra  başa  düşdülər  ki,  artıq  top 
onların tərəfindədir, indi onlar izah etməlidirlər ki, bu qeyri-
real görünən reallıq centlmen Manek tərəfindən necə həyata 
keçir. Normal adamlar kimi, o da danışır, hərəkət edir, gəzir, 
adamlarla  görüşür,  mühazirə  söyləyir,  intellektual  və 
məntiqi  davranır  –  yəni,  bütün  normal  davranış  qaydaları 
ona  mənsubdur.  Nəhayət  ki,  bu  tədqiqat  işlərini  aparan 
mütəxəssislər  hər  hansısa  bir  hipotez  irəli  sürməli  idilər. 
Lakin nə qədər düşünsələr də hələki bir ortaq məxrəcə gələ 
bilməmişlər.  Belə  bir  qənaətə  gəlmək  olardı  ki,  bu  olay 
tamamilə  elmi  məna  daşımır,  bəlkə  də  bir  sıra  fantastik 
imkanları nəzərə alaraq bunu bir təhər izah etmək mümkün 
olardı.  
Unikal aclığın məqsədi 
Cənab Ratan Manekin aclıq məqsədi – güc tətbiq etməmə və 
digər  yüksək  devizlərin  yayılması  və  həmçinin  insanların 
Günəş 
enerjisini 
dərk 
etməyə 
uyğunlaşdırmaqdır. 
Təcrübələrin  keçirilməsinin  məqsədi  isə  dördtərəfli  insan 
böhranının  (fiziki,  əqli,  ərzaq  və  nevroloji)  həllinə  qulluq 
edir. 
Bu  fenomen  hadisə  fantastik  olduğu  qədər,  həm  də  mütləq 
təəccüb  doğurur,  lakin  mif  deyildir!  Təsəvvür  edin  ki,  bu 
hadisə  Himalay  dağlarında  və  yaxud  uzaq  cəngəlliklərdə 
deyil,  yüksək  təcrübəsi  olan  həkim  arsenalının  müşahidəsi 
ilə  ciddi  tibbi  nəzarət  altında  və  insanların  daimi 
məskunlaşdığı  Hindistanın  çoxmilyonlu  Əhmədabad 
şəhərində baş vermişdir.  


 
173 
Doktorların  hamısı  bir  səslə,  belə  bir  qərara  gəlirlər  ki,  bu 
hadisəyə qətiyyən skeptik yanaşmaq olmaz, buna görə cənab 
Ratan  Manek  ilə  yaxın  münasibətdə  olub  onu  hərtərəfli 
yoxlamaq,  tədqiqat  işləri  aparmaq  gərəkdir,  necə  ki,  bunu 
onlar etdilər.  
Bir  sıra  həkimlər  Hindistandan  və  başqa  şəhərlərdən  onun 
yanına vaxtaşırı gəlir və tədqiqat işlərini aparırdılar və sonda 
belə bir qənaətə gəlirlər ki, müasir klinik göstəricilərin elmi 
əsasları  hələki  bu  unikal  hadisənin  səbəbini  tamamilə  izah 
etmək iqtidarında deyildir. 
Unikal aclıq zamanı elmi nəzarət 
Bu  aclıq  zamanı  prosesə  nəzarət  (tibbi  müayinə  və 
laboratoriya  təcrübələri)  edən  həkimlər  qrupuna  daxil  idi: 
tibb elmləri doktoru Sudhir Şah (nevroloq), həkimlər Nalin 
Hivala,  Vireş  Patel,  Navnit  Şah  (terapevt  və 
endokrinoloq),  K.K.Şah  (ümumi  cərrahlıq),  Kalpeş  Şah 
(radioloq),  Haurhey  Sutariya  (rentgenoloq)  Ceyeş  Şet, 
P.Q.Şah, Prakaş Doşi (ailə həkimi) və başqaları. 
Aclıq 
Ratan Manekin aclığından 411 gün keçdi (14 fevral 2001-
ci ilədək). O, aclığa 2000-ci ilin yanvarın 1-dən başlamışdı. 
O, caynların liderinin göstərişi ilə tam aclıqda iştirak edərək, 
onu  başa  vurdu.  O,  hər  gün  yemək  və  mayelər  qəbul 
etmədən, yalnız saat 11 və 16 radələr arasında azca miqdar 
qaynadılmış su qəbul edirdi. Hər hansı bir venadaxili və ya 
əzələdaxili ineksiyalardan söhbət gedə bilməzdi. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə