Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə50/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   46   47   48   49   50   51   52   53   ...   82

 
182 
- Güclü adaptogen kimi işləyir.  
- Mövsümü depressiyalarda və digərlərində yuxusuzluq 
zamanı kömək edir.  
-  Aktiv  seksual  həyatı  uzadır,  klimakterik  sindromun  əmələ 
gəlməsinin qarşısını alır, potensiyanı  uzun müddət  saxlayır 
və s.  
  
 
Foto  http://nauka.relis.ru/08/0501/08501028.htm   saytından 
götürülmüşdür. 
Bütün  bu  xüsusiyyətlərin  səbəbi  kimi  –  melatonin 
hipotalamusun  həssaslığını  artırır  və  beləliklə,  maddələr 
mübadiləsini  daha  gənc  orqanizmə  xarakter  olan  tərəfə 
sürüşdürür. Lazımi miqdarda melatonin 20 yaşadək tədarük 
olunur, sonra isə bu hormonun tədarükü  yavaş-yavaş azalır 
ki, bu da orqanizmin qocalmasına gətirib çıxarır. 


 
183 
Əzgilvari vəz – İnsan bədəninin mühüm xronometristi 
Əzgilvari vəz (və ya üçüncü göz) buna görə də işığahəssas 
orqan  və  insan  bədəninin  vacib  xronometristidir.  Burada 
mümkündür ki, Günəş enerjisinin transformasiyası və hələki 
öyrənilməmiş  energetik  sintez  prosesləri  baş  verir.  Açıq-
aydın  aşkardır  ki,  bu  prosesi  tam  və  mükəmməl  öyrənmək 
üçün müasir elmin bu sahədə əldə etdiyi nəaliyyətləri qədim 
Hindistanın dini mətnləri, qərb okkultizmi və müasir dövrün 
digər  yeni  baxışları  ilə  tutuşdurmaq,  müqayisə  etmək,  bir 
sözlə, geniş tədqiqat işləri aparmaq lazımdır. 
 
 
Foto http://elementy.ru/lib/430480 saytından 
götürülmüşdür.  
Əzgilvari  vəzinin  stimullaşdırılması  –  psixi,  dini  və 
energetik əmələgəlmə prosesləri üçün mühüm addımdır. Bu 
vəzdə  enerjinin  dəyişməsi  və  paylanması  baş  verə  bilər. 
Əzgilvari  vəz  –  bütün  endokrin  vəzilərin  ağıllı  və  incə 


 
184 
komandiridir  və  beləliklə,  humoral  sistemlə  idarəedəndir. 
Melatonin sekresiyası ilə o, sirkad ritmləri, yuxu tsiklini və 
ayıq  qalmanı  nizamlayır,  həmçinin  qocalma  prosesini 
ləngidir. 
Əzgilvari vəz : psixi xassələri 
O, psixi xassələrə malik  olub,  qəlbin və  ya  əqlin məkanı  – 
üçüncü göz sayılır. Ola bilsin ki, məhz buna görə də xüsusi 
nöqtə, əzgilvari vəzdən qabaqda, alının ortasında yerləşir və 
yoqlar  bağlı  gözlərlə  iki  qaşların  üstündən  bu  nöqtəyə 
özlərini  kökləyərək  meditasiya  edirlər.  Bu  –  Acna-çakra 
tantrik 
sistemdir. 
Onun 
həyəcanlanması 
yoqların 
uzunmüddətli  məşğələləri  və  meditasiya  texnikaları  ilə  və 
yaxud  da  Günəş  enerjisinin  qəbulu  praktikası  ilə  əlaqədar 
ola bilər.  
Əzgilvari vəz və immun sistemi 
Yaxın vaxtların tədqiqat işlərinə görə, əzgilvari vəz də bəzi 
şişlərin  metastaziyasının  və  böyüməsinin  qarşısını  alır.  O, 
immun  sistemini  stimullaşdırmaq  qabiliyyətinə  malikdir. 
Quşlarda  və  digər  heyvanlarda  o,  maqnit  xüsusiyyətlərinə 
malikdir  və  buna  görə  də  o,  quşlarda  naviqasiya  mərkəzi 
sayılır.  Alimlər  insanlarda  da  əzgilvari  vəzinin  maqnit, 
naviqasiya xüsusiyyətlərini öyrənməyə başlamışlar. Bundan 
əlavə, o, serotonin sekresiyası vasitəsi ilə psixi həyəcanlarla, 
sinaptik ötürülmələrlə və bir sıra naməlum güclü fövqəltəbii 
xüsusiyyətlərlə  əlaqədardır.  Bunu  təsdiq  etmək  üçün  çoxlu 
sayda  tədqiqatlar  aparılmalıdır,  amma  bir  sıra  ilkin 
tədqiqatlar artıq bu təsəvvürü təsdiqləyir, məsələn, kimyəvi 
quruluşu ilə serotoninə bənzər, LSD (d-Lizergin turşusunun 
dietilamidi), psixi eksperimentlər üçün istifadə olunur. 


 
185 
 
        
    
   
d-Lizergin turşusunun dietilamidi                               Serotonin. Kimyəvi və fəza quruluşu                 
Beləliklə,  əzgilvari  vəzin  stimulyasiyası  və  Günəş 
enerjisinin  akkumulyasiyası  energetik  maqistrala  keçmək 
üçün  vacib  addımdır.  Başqa  sözlə,  o,  kundalin  enerjisinin 
aktivatorudur.  İnsanda  normal  əzgilvari  vəzinin  ölçüsü 
təxminən  6x8  mm-dir.  Kompyuterli  maqnito-rezonans 
tomoqrafiyasının  göstəricilərinə  görə  cənab  Hira  Ratan 
Manekdə  onun  ölçüləri  8x11  mm-dir  (böyümüşdür!).  Bu 
dolayısı  ilə  əzgilvari  vəzinin  enerji  dəyişmələrində  mühüm 
rolunu göstərir. Lakin mütləq deyildir ki, anatomik böyümə 
hər  zaman  hiperfunksiyanı  əks  etdirir.  Həmçinin  böyüyən 
hormonal    sekresiyanı,  yəni  melatonin  və  serotoninin 
səviyyələrini ölçmək lazımdır. Hiperfunksiya hətta anatomik 
böyüməsiz  də  ola  bilər.  Onda  bu  baxımdan,  psixi  və  ruhi 
cəhətdən  inkişaf  etmiş  və  ya  ekstraordinar  xüsusiyyətlərə 
malik  insanların  hormonal  səviyyəsini  və  əzgilvari  vəzin 
ölçüsünü öyrənmək lazımdır. 
Əzgilvari vəzinin aktivləşməsinin öyrənilməsi 
Bəşəriyyət  psixi  və  ruhi  imkanları  saymadığı  gündən  bu 
vaxta  qədər  əzgilvari  vəzi  sadəcə  olaraq  fiziki-maddi 
səviyyəyə  keçdi  və  buna  görə  də  sonsuz  nəaliyyətlər 
bəşəriyyət  üçün  dəfn  edildi.  Indi  insanlar  yenidən  kosmik 
enerji  yolu ilə, Racayoqlar praktikası ilə, tantrik yollarla və 


 
186 
digər  oxşar  praktikalar  üzrə  əzgilvari  vəzin  və  digər  psixi 
ruhi hissələrin aktivləşməsini öyrənməlidirlər. Belə təsəvvür 
etmək  lazımdır  ki,  bəzən  yoqların  etdiyi  kimi,  yüksək 
energetik 
gərginliyin 
“shaktipat”-dan 
(onurğadan) 
ötürüldüyünü  özlərinin  hörmətli  şagirdlərinə  öyrətdikləri 
zaman  əzgilvari  vəzdən  və  digər  törəmələrdən  istifadə 
edilməlidir.  
Günəş  enerjisi  (işıq  və  istilik)  bədəndə  elektrik,  maqnit  və 
kimyəvi  enerjiyə  çevrilə  bilər.  Lakin  şəklini  dəyişmiş  bu 
enerji  daşınmalı  və  həm  də  haradasa  toplanmalıdır.  Faktiki 
olaraq  bütün  enerji  formalarının  axırıncı  forması  işıqdır. 
Enerji və işıq materiyaya (maddəyə) və ya əksinə, materiya 
enerjiyə çevrilə bilər. 
Hipotalamus və əzgilvari vəz 
Hipotalamus  avtonom  sinir  sisteminin  requlyatorudur, 
əzgilvari  vəz  hipotalamusa  yaxın  yerləşmiş  və  onunla 
vegetativ  sinirlərlə  əlaqəlidir.  Buna  görə  də  tam  məntiqi 
olaraq  demək  olar  ki,  enerjinin  yeni  şəkildəyişməsi  bu 
sistemi  aktivlədirə  və  ya  ondan  vasitəçi  kimi  istifadə  edə 
bilər.  Parasimpatik  sinirlər,  onların  hormonları  və  kimyəvi 
maddələr  simpatik  sistemdən  daha  faydalı  ola  bilərlər. 
Məsələn,  simpatik  sistem  bədənin  tələbatlarını  artırır 
(məsələn,  düşünmə,  döyüş  gərginliyi,  həyəcanlanma  və  s.). 
Parasimpatik  sistem  məlum  olduğu  kimi,  energetik  tələbatı 
azaldır.  O,  insanda  rahatlığı  və  psixi  sakitliyi  saxlayır, 
metabolik  tələbatları  xeyli  aşağı  səviyyəyə  keçirir  və  yuxu 
əmələ  gətirir.  Yaxşı  məlumdur  ki,  hipofiz  və  əzgilvari  vəz 
requlyator hormonları və sinirlər vasitəsilə bir-biri ilə yaxın 
əlaqəlidirlər.  
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə