Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə49/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   45   46   47   48   49   50   51   52   ...   82

 
178 
 İsti  regionlarda  yaşayan  insanlarda  və  ya  qış  yuxusuna 
gedən heyvanlarda enerji tələbatı bir az da aşağı düşə bilər. 
Bu  özünü  enerji  ilə  təmin  edən  individiumun  aktivliyindən 
asılıdır. 
Hüceyrə 
səviyyəsində, 
bölünmə 
zamanı 
enerjinin 
akkumulyasiya  edilməsində  mitoxondriya  əhəmiyyətli 
(həyati) rol oynaya bilər. Xroniki adaptasiya mexanizmində 
digər hüceyrə orqanelləri də iştirak edə bilər. 
2)
 
Kosmik mənbələrdən alınan enerji 
 Belə  bir  halda  ən  az  enerji  belə  hər  hansısa  bir  mənbədən 
daxil  olmalıdır.  Elmi  məlumatlara  görə,  suyun  demək  olar 
ki,  kaloriliyi  olmadığı  halda,  cənab  Manek  yalnız 
qaynadılmış  su  içir.  Qəribədir,  bəlkə  su  həqiqətən  hansısa 
enerji göndərir? O, adi sudan başqa heç bir qida və mayedən 
istifadə  etmir.  Deməli,  hüceyrə  metabolizmini  idarə  etmək 
və  gündəlik  fəaliyyətini  yola  vermək  üçün  o,  xarici 
mənbədən  (ətraf  mühitdən)  enerji  almalıdır.  O,  Günəşlə, 
Yerlə, su ilə, zavodlarla, insanlar və heyvanlarla ünsiyyətdə 
olan  Yerdə  yaşayır.  Bütün  onlar  –  Manekə  əlçatan  enerji 
mənbələridir ki, istifadə edə bilər. Biz onları kosmiki enerji 
mənbələri  adlandırırıq.  Çox  ehtimal  ki,  o,  enerjini  bu 
kosmik mənbələrdən – Kosmik enerjini alır. Beləliklə, daha 
dəqiq  bu  prosesi  riyazi  kalori  əvəzinə  riyazi  enerji 
adlandırmaq  daha  düzgün  olardı.  Bu  konsepsiya 
diqqətəlayiqdir.  
Günəş enerjisi 
Günəş  bütün  kosmik  mənbələrdən  ən  güclüsü  və  asan  əldə 
olunanıdır  və  ta  qədimdən  müqəddəs  ruhanilərin  və 
zahidlərin,  o  cümlədən,  müasir  caynizmin  əsasını  qoyan 


 
179 
Mahavirin, yoqların, tibet lamlarının istifadə etdikləri enerji 
mənbəyidir. Günəş enerjisi iki komponentdən ibarətdir: işıq 
və istilik. Bəşəriyyət də Günəş enerjisini günəş batareyaları 
vasitəsi  ilə  günəş  sobalarının,  günəş  qızdırıcılarının,  günəş 
avtomobillərinin istismarı üçün istifadə edir. Elə bu şəkildə 
də  Şri  Hira  Ratan  Manek  (HRM)  demək  olar  ki,  özü 
Günəş  sobasına  çevrilmiş  və  özündə  aktiv  günəş 
batareyaları  vardır.  Günəş  enerjisi  işıq  və  istiliyə  malik 
olduğundan və bu enerjinin optimal qəbulu,  xoşbəxtlikdən 
bütün  il  boyu  Günəş  şəfəqləri  və  istiliyi  ilə  bol  olan 
Hindistan şəraitində daha əlverişlidir. 
Tor qişası və əzgilşəkilli vəzi 
Belə bir halda – Günəş enerjisi necə akkumulyasiya olunur? 
Beyin  və  ağıl  –  insan  bədənində  ən  güclü  resipiyentdirlər 
(qəbuledicidirlər). Tor qişası və əzgilşəkilli vəz (üçüncü göz, 
və  ya  Reno  Dekarta  görə,  qəlbin  yeri)  fotoreseptor 
hüceyrələrə  malikdirlər  və  işığa  həssas  orqanlar  sayıla 
bilərlər. 
Hira Ratan Manek: Günəşə baxma 
Şri  Hira  Ratan  Manek  (HRM)  tərəfindən  istifadə  olunan 
metod  mümkün  dərəcədə  açıq  gözlərlə,  onları  qırpmadan, 
hər  gün  Günəş  Şərqdən  çıxarkən  ona  baxmağa 
əsaslanmışdır. İlk öncə bir neçə saniyədən başlamalı, sonra 
hər  həftə  baxış  praktikasını  artırmalı  və  nəhayət  bir  neçə 
dəqiqələrə  çatdırmaq  gərəkdir.  Gözlər  və  ələlxüsus  tor 
təbəqəsi sağlam olmalıdır.  
 


 
180 
Günəş  enerjisinin  giriş  yolları:  bu  sahə  tədqiqat  işləri 
tələb edir 
Günəş  enerjisi  hipotezini  irəli  sürərkən,  bitki  aləmində 
xlorofillə hökm sürən və Günəşdən asılı olaraq baş verən 
 
 
Mikroskop altında gözün tor qişasının eninə kəsiyi 
Görmə sinirlərinin əmələ gəldiyi (qırmızı) fotoreseptorlar 
(işığahəssas), çöpcüklər (ağ) və kolbacıqlar (sarı) 
hüceyrələri görünür.Foto  "В мире науки" jurnalından 
götürülmüşdür.  
fotocintez kimi burada da buna bənzər proseslər (fotosintez 
və  fotoliz  –  fotoparçalanma)  baş  verməlidir.  Sistem  yolları 
və ayrıca yollarla bu enerji bədənə daxil olmalıdır. Hər şey 
tədqiq olunmalıdır, ola bilsin ki, bu enerji insanın aurası ilə 
daxil  olsun  (məsələn,  kirlian  effekti  fotoqrafiyalarına  fikir 
verin). Tam mümkündür ki, insan aurası bu enerjinin fiziki 
bədənə keçməsi zamanı nizamlayıcı rol oynayır. 


 
181 
Əzgilvari vəz: melatonin 
Retindən  hipotalamusa  qədər  retinohipotalamik  trakt 
deyilən  yol  vardır.  Bu,  qaranlıq  və  işıq  periodlarının 
məlumatlarını  hipotalamusun 
supraxiazmatik 
(SXN) 
nüvəsinə  daşıyır.  SXN-dən  impulslar  sinir  traktları  üzrə 
əzgilvari  sinirlə  (simpatik  sinir  sistemi)  əzgilvari  vəzə 
ötürülür.  Bu  impulslar  melatoninin  əmələ  gəlməsinə  mane 
olurlar  (inqibirasiya  edirlər).  Bu  impulsvermə  kəsilən 
zaman  (gecə  və  ya  qaranlıqda,  işıq  artıq  hipotalamusu 
stimulə edə bilmədiyi anlarda) əzgilvari vəzin inqibirasiyası 
kəsilir və melatonin əmələ gəlir. 
Orqanizmdə  melatonin  epifiz  tərəfindən  tədarük  olunur, 
onun əsas funksiyası insan orqanizminin gündəlik ritmlərini 
idarə  etməkdir.  1960-cı  ildən  bəri  aparılan  tədqiqatlar 
əsasında  alimlər  müəyyən  etmişlər  ki,  melatonin  daha  bir 
sıra  xüsusiyyətlərə  malikdir  –  epifizi  kənar  edilmiş 
heyvanlar normal heyvanlara nisbətən əhəmiyyətli dərəcədə 
tez  qocalırlar,  amma  epifiz  vəzisindən  alınan  ekstraktı  adi, 
normal heyvanların bədəninə əlavə etdikdə onların ömürləri 
uzanır.  Zaman  keçdikcə  müəyyən  oldu  ki,  melatonin  ömrü 
uzatmaqdan başqa bir sıra mühüm və faydalı xüsusiyyətlərə 
də malikdir:  
- Güclü antioksidant xüsusiyyəti vardır. 
- Orqanizmi xərçəng şişlərindən qoruyur.  
- Qanda xolesterinin miqdarını aşağı salır.  
- İmmuniteti artırır.  
- Arterial təzyiqi normallaşdırır.  


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə