Elmi-kütləvi nəşr


Unikal aclıq: tibbi müşahidə



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə48/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   44   45   46   47   48   49   50   51   ...   82

 
174 
Unikal aclıq: tibbi müşahidə 
Tibbi  müşahidə  aclıq  proqramına  bir  neçə  gün  qalmış 
başladı  və  nəzərdə  tutulmuş  günədək  davam  etdi.  O, 
gündəlik  olaraq  nəbzin,  arterial  təzyiqin,  tənəffüsün, 
temperaturun, suya tələbatın, diurezanın, çəkinin və s. yazılı 
reqistrasiyasından  ibarət  idi.  Fasilə  ilə,  ayda  və  ya  iki 
həftədə  bir  hemotoloji  və  biokimyəvi  (əsas  və  geniş) 
tədqiqatlar  keçirilirdi.  Elektrokardioqram  requlyar  olaraq 
keçirilirdi. 
Unikal aclığın birinci ilinin sonunda beyinin tədqiqatları 
Beyinin 
USDQ 
(ultrasəs 
dopleroqrafiyası), 
EEQ 
(elektroensefaloqrafiya),  KT  (kompyuter  tomoqrafiyası)  və 
MPT  (maqnitorezonans  tomoqrafiyası)  ilk  aclıq  günündən 
başlayaraq requlyar və fasilələli işlər aparan həkimlər qrupu 
–  terapevtlər,  cərrahlar,  kardioloqlar,  endokrinoloqlar  və 
nevroloqlar tərəfindən ilin sonunda aparıldı. 
Pasiyent üzərində aparılan tədqiqatların nəticələri 
Təəccüblüdür  ki,  19  kq-dək  çəkinin  azalmasından  (bu 
azalma axırıncı üç ayda stabilləşdi və daha azalma olmadı), 
nəbzin  tezliyinin  azacıq  düşməsindən,  tənəffüs  tezliyinin 
müəyyən qədər azalmasından  – ilkin  dəqiqədə 18-dən 10-a 
düşməsindən başqa heç bir digər patalogiya aşkar olunmadı. 
Hətta  əqli  və  psixi  xüsusiyyətləri  tamamilə  normal  idi. 
Aclığın  16-cı  günündə  tualetə  getməsi  kəsildi  və  gündəlik 
diurez 600-800 ml çərçivəsində oldu. Qanda şəkərin miqdarı 
60-dan  90-a  qədər  oldu.  Bütün  digər  parametrləri  normaya 
tam uyğun idi. 
 


 
175 
Aclığın 401-ci günündə dağa qalxma 
Ən  təəccüblüsü  odur  ki,  o,  2001-ci  ilin  fevralın  4-də  - 
aclığın  401-ci  günündə  500  nəfər  cayn-səyyahlarla  sərbəst 
şəkildə,  heç  kimin  köməyi  olmadan  1,5  saata  məşhur 
Şatruncay dagına qalxdı. Bu çox təəccüblüdür, elə deyilmi? 
Bu  halda  hansı  hipotez  irəli  sürmək  olar?  Elm  buna  necə 
baxır? 
Müasir elm uzun müddətli aclıq haqqında 
Müasir  elmi  baxışlara  görə,  normal  şəraitdə  uzun  müddətli 
aclıq zamanı (təsadüfi hallarda və fövqəladə vəziyyətlərdə) 
insan çəkisini tez itirir. Əvvəlcə karbohidratlar sərf olunur. 
Sonra  birinci  həftə  ərzində  sidikdə  ketonlar  əmələ  gəlir. 
Sonra proteinlər yanır. Hamısından sonra bədənin ehtiyatda 
olan piy yanacağı sərf olunur. Bu vəziyyət baş verən zaman 
insan ölgün, süst və əsəbi olur, onun məntiqi və mühakiməsi 
adekvat  olmur,  həyat  parametrləri  aşağı  düşür  və  elmi 
göstəricilərə  görə  8-10  həftə  ərzində  fiziki  mövcudluğu 
kəsilmiş olur.  
Burada  belə  effekt  olmadı.  Bunu  necə  izah  etməli?  Onun 
energetik hesablamaları nədən ibarətdir? Hansı yolla o, yenə 
də  normal  intellekti  ilə  və  normal  əqli  xüsusiyyətləri  ilə 
sağlam qalır? 
Unikal aclıq: bu sahə yeni tədqiqatlar tələb edir 
İndiyə  qədər  etibarlı  bir  izahat  yoxdur  (hansı  ki,  bu  – 
dünyada ilk dəfə olaraq həkimlərin müşahidəsi altında uzun 
müddətli aclıq üzrə aparılan haldır), lakin bəzi məntiqi elmi 
hipotezlər  olmalıdır.  Məsələnin  az  bir  hissəsi  izah  oluna 
bilsə  də,  çoxlu  sayda  məlum  olmayan  hissələrinin 


 
176 
öyrənilməsi üçün hələ geniş şəkildə elmi işlər aparılmalıdır. 
Buna  baxmayaraq,  yeni  tədqiqatların  aparılması  üçün  bir 
neçə  yeni  istiqamətlər  açılır  (məsələn,  piylənmə  problemi, 
kosmik enerjinin imkanları, əzgilşəkilli vəzinin funksiyaları). 
Unikal aclıq: hipotezlər 
Pasiyenti  müşahidə  edən  alimlərin  fikirlərinə  görə,  təqdim 
olunan  hipotez  riyazi  energetik  metabolizmin  izahı  üçün 
dörd əsas hissələrə ayrılır:  
1.  Xroniki  adaptasiya  zamanı  kalori  tələbatının  aşağı 
düşməsi. 
2.  Əsas  enerjinin  kosmik  mənbələrdən  –  başlıcası  Günəş 
enerjisindən alınması. 
3.  Enerjinin  effektiv  üsulla  istifadəsi  və  öz  bədənində  bu 
enerjini yeni qaydada dövran etdirməsi (resirkulyasiya). 
4. Xüsusi irqi və ya orqanizmin fenotip qabiliyyəti. 
Alimlər bu hipotezi aşağıdakı kimi şərh edirlər:
 
1) Xroniki adaptasiya sindromu 
Xroniki aclıq və qısa müddətli aclıq 
Bədən və əql sağalma üsulu ilə kəskin stresdən fərqli olaraq 
xroniki stressə adaptasiya etdiyi üçün, xroniki aclıq zamanı 
(30  gündən  çox)  orqanizmin  oxşar  adaptasiya  reaksiyaları 
qısa  müddətli  aclıq  zamanı  (məsələn,  3  gündən  15  günə 
kimi)  orqanizmin  reaksiyalarından  fərqli  olmalıdır.  Heç  bir 
orqanizm  xroniki  stressə  uyğunlaşması  momentini  dəqiq 


 
177 
bilmir, lakin 30 gün baxmayaraq ki, individual dəyişə bilər, 
əsas (korrekt) sayıla bilər. Bu, inertliyin bəzi şəkildəyişməsi 
kimi sayıla bilər. 
Kəskin aclıq 
Standart riyazi kalori güman ki, məntiqli olub kəskin aclığa 
tətbiq  oluna  bilər,  hansı  ki,  burada  öncə  karbohidratlar 
parçalanır, sidikdə ketonlar əmələ gəlir və çəkinin azalması 
başlayır;  piy  əriyir  (yanır),  əzələ  kütləsi  aşağı  enir,  həyat 
funksiyaları  və  əqli  xüsusiyyətlər  zəifləməyə  başlaya 
bilərlər.  Beləliklə,  kəskin  aclıq  zamanı  sərf  olunan  enerji, 
orqanizmdə  ehtiyat  mənbələrindən  istifadə  olunan  kalori 
məsrəfinin 1:1 nisbətində daxil olmalıdır.  
Xroniki aclıq 
Xroniki  adaptasiya  zamanı  bədənin  maddələr  mübadiləsi 
zəifləməlidir. Bədənin tələbatı minimuma enir. Bu, minimal 
enerji mübadiləsində hüceyrə və reseptor funksiyalarının işə 
uyğunlaşması  zamanı  mümkündür.  Oksigen  və  su  əsas 
maddələr  kimi  hüceyrələrə  çatdırılır.  Bu  mərhələdə  aclıq 
mərkəzinə  zülm  edilir,  udma  mərkəzi  isə  aktivləşəcəkdir. 
Beləliklə,  hər  hansı  bir  aclıq  və  ya  yemək  istəyi 
olmayacaqdır. Bu anda hipotalamus –  vegetativ - avtonom 
əsəb  sisteminin  və  davranış  orqanının  requlyatoru  kimi 
vacib rolu  oynayır.  
Bu cür aclığa dözən individium üçün hüceyrə metabolizmini 
saxlamaqdan ötrü lazım olan çox az enerji məsrəfi ilə (500-
600  kalori)  adi  fəaliyyətin  yerinə  yetirilməsi  mümkün  ola 
bilər. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə