Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə46/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   42   43   44   45   46   47   48   49   ...   82

 
166 
Bu  reduksiyaolma  iki  elektronun  FQT-nın  karboksil  qrupu 
karbonuna  keçməsi  nəticəsində  baş  verir.  Lakin  bu  zaman 
molekulu  əlavə  kimyəvi  enerji  ilə  təchiz  etmək  və  onun 
reaksiyaya  girmək  qabiliyyətini  artırmaq  məqsədi  ilə  ATF 
tələb  olunur.  Bu  məsələni  ATF-nin  kənar  fosfat  qrupunu 
karboksil  qrupunun  oksigen  atomlarından  birinə  keçməsini 
təmin edən ferment sistemi həyata  
  
keçirir  (O=C–OPO
3
    qrupu  əmələ  gəlir),  yəni  FQT 
difosfoqliserin  turşusuna  çevrilir.  NADFH  bu  birləşmənin 
karboksil  qrupunun  karbon  atomuna  bir  atom  hidrogen 
üstəgəl  bir  elektron  (iki  elektron  üstəgəl  hidrogen  ionuna 
bərabərdir, Н
+
) verdiyi anda C – O-nun birqat rabitəsi qırılır 
və  fosforla  əlaqəli  olan  oksigen  qeyri-üzvi  fosfata  keçir, 
HPO
4
2–
,  karboksil  qrupu  isə  (O=C–O )  aldehid  qrupuna  
(O=C–H)  çevrilir.  Axırıncı  müəyyən  sinif  şəkərlərə  xasdır. 
Nəticədə  FQT  ATF  və  NADFH-ın  iştirakı  ilə  şəkərfosfata 
(triozofosfat) reduksiya olunur. 
     Yuxarıda göstərilən bütün  proseslər aşağıdakı  tənliklərlə 
göstərilə bilər: 
 
1) Ribulozomonofosfat + ATF

Ribulozodifosfat + ADF 
 
2) Ribulozodifosfat + СО


  Dayanıqsız С
6
  birləşməsi   
 
3) Dayanıqsız С
6
  birləşməsi   +  Н
2
О   

  2 FQT 
 
4) FQT  +  ATF  +  NADFH   

   ADF   +   H
2
PO
4
2–
  +    
+  Triozofosfat (С
3

 
(1-4)  Reaksiyalarının  son  nəticəsi  ribulozomonofosfat  və  
СО
2
-dən  üç  molekul  ATF  və  iki  molekul  NADFH-nin 
məsrəfi ilə iki molekul triozofosfatın (С
3
) əmələ gəlməsidir. 


 
167 
Məhz  bu  seriya  reaksiyalarda  bütün  işıq  mərhələlərinin  – 
ATF  və  NADFH  formasında  –  karbonun  reduksiya 
olunması  tsikli  göstərilmişdir.  Əlbəttə,  işıq  mərhələsi  nitrat 
və  sulfatların  reduksiyası  və  tsikldə  əmələ  gələn  FQT  və 
triozofosfatın  digər  üzvi  birləşmələrə  -  karbohidratlara, 
zülallara  və  yağlara  çevrilməsi  üçün  bu  kofaktorları  əlavə 
olaraq göndərməlidir. 
     Tsiklin  sonrakı  mərhələlərinin  əhəmiyyəti  ona  dəlalət 
edir  ki,  onlar  tsiklin  yeniləşməsi  üçün  gərək  olan 
beşkarbonlu 
birləşmənin 
– 
ribulozomonofosfatın 
regenerasiyasına  gətirib  çıxarırlar.  Tsiklin  bu  hissəsini 
aşağıdakı şəkildə yazmaq olar: 
 
C
3
      +     C

   →      C
6
 
C
6
      +     C
3
    →      C
4
    +    C
5
 
C
4
      +     C
3
    →      C
7
 
C
7
      +     C
3
    →      C
5
    +    C
5
 
    
Yekun  etibarı  ilə  5С
3
  →  3С
5
    alınır.  Beş  molekul 
triozofosfatdan əmələ gələn üç molekul ribulozomonofosfat 
CO
2
-ni  birləşdirdikdən  (karboksilləşmə)  və  reduksiya 
olunduqdan sonra altı molekul triozofosfata çevrilirlər. 
     Beləliklə,  tsiklin  bir  dövrəsində  bir  molekul  CO
2
 
üçkarbonlu üzvi  birləşmənin tərkibinə daxil olur;  tsiklin üç 
dövrəsi yekun etibarı ilə sonuncunun yeni molekulunu verir, 
altıkarbonlu şəkər molekulunun (qlükoza və fruktoza) sintezi 
üçün  isə  iki  üçkarbonlu  molekul  və  uyğun  olaraq  tsiklin  6 
dövrəsi gərəkdir. Üzvi maddələrin böyüməsi tsikli müxtəlif 
şəkərlərin,  yağ  turşularının  və  aminoturşuların  –  yəni 
nişastanın,  yağların  və  zülalların  –  “tikinti  bloklarının” 
əmələ  gəldiyi  reaksiyalarda  gedir.  Fotosintezin  məhsulları 
bilavasitə karbohidratlar yox, həm də aminoturşular və  yağ 
turşuları  olması  faktı  da  karbonun  radioaktiv  izotopunun 
köməyi ilə müəyyən olunmuşdur. Xloroplast – bu nişastanın 


 
168 
və şəkərlərin sintezi üçün yaranmış sadəcə hissəcik deyildir. 
Bu, tamamilə mürəkkəb, özü də daxil olmaqla, nəinki bütün 
materialların  tədarükünə  sahib  çıxan,  həmçinin  bitkinin 
orqanlarını  və  hüceyrələrini  karbonun  reduksiyaolunmuş 
birləşmələri  ilə  təmin  edən,  gözəl  təşkil  olunmuş 
“fabrikdir”.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
169 
 
 
Fəsil 8 
Günəşiyeyənlər 
     Günəşiyeyənlər  – bu, özlərinin daxili  inamları  hesabına  
dəri  örtükləri  vasitəsi  ilə  Günəş  işığı  enerjisi  ilə  qidalanan, 
mədələrinə qida maddələri qəbul  edilməsindən imtina edən 
insanlardır  {156}.  Uzun  illər  ərzində  belə  insanların 
ağızlarında  hətta  bir  damla  su  belə  olmamışdır.  Buna 
baxmayaraq,  ginəşiyeyənlər  əldən  düşmüş  və  arıq 
deyildirlər, əksinə, güc və enerji ilə doludurlar. İnsanın heç 
bir qidadan istifadə etməməsi ideyası hələ XVIII əsrin axırı 
və XIX əsrin əvvəllərində meydana gəlmişdi. 1922-ci ildən 
1957-ci  ilə  kimi  alman  rahibəsi  Tereza  Nyuman  tamamilə 
qida qəbul etmədən yaşamışdır. Buna dair müəyyən sənədlər 
vardır.  Başqa  oxşar  hallar  da  müşahidə  edilmişdir  {153}. 
Lakin  bu  hadisənin  nisbətən  kütləvi  hal  alması  XX  əsrin 
ikinci yarısında olmuşdur. O zamanlar bu gözəl bir fraza ilə 
adlandırılırdı:  “bretarianlıq”.  Bretarianlığın  başçısı  –  bu, 
1970-ci ilin sonunda 20 il yemək yemədiyini bütün dünyaya 
elan  edən  Bretarian  İnstitutunun  direktoru,  “Bretarianizm, 
nəfəsalma    və  əbədi  həyat”  kitabının  müəllifi,  amerikalı 
Uayli Bruks idi {154}.  
Onların  sayı  indi  dünyada  minlərlədir,  məsələn,  bir  ildən 
artıq  (411  günə  kimi)  yeməyən,  içməyən  və  geniş  həkim 
müşahidəsi  altında  olan  hindistanlı  Ratan  Maneki, 
ömrünün 68 ilini susuz və qidasız keçirən hindistanlı Pralad 
Canini,  8  ildən  artşq    yeməkdən  imtina  edən  avstraliyalı 
Casmuhini  və  4  il  qida  qəbul  etməyən  rusiyalı  tədqiqatçı-


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə