Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə54/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   50   51   52   53   54   55   56   57   ...   82

 
198 
hadisələrin  inkişafını  müşahidə  edən  və  bu  hadisələrdə 
iştirak edən digər sivilizasiyanın nümayəndələri. 
Nikolay Levaşovun qeyd etdiyi kimi {157}, bizim Kainatda 
milyardlarla sivilizasiya vardır və onların hamısı təəssüf ki, 
ağ  sivilizasiyaya  aid  deyildirlər.  Bizim  bu  balaca, 
təhlükədən nisbətən kənar planetimiz ətrafında artıq bir neçə 
min illərdir ki, ağ və qara qüvvələr, obrazlı desək, xeyir və 
şər qüvvələri arasında mübarizə gedir. Onlar arasındakı fərqi 
qısaca  desək:  xeyir  qüvvələri  insanın  təkamül  inkişafının 
yaradıcı  mövqeyində  duranlardır,  şər  qüvvələr  isə 
parazitdirlər, 
yəni, 
başqalarının 
yaradıcı  əməyinin 
nəticələrini  əldə  etməyin  hesabına  yaşayanlardır.  Bu 
sonuncular inkişafa can atmırlar və başqalarını da bu yoldan 
sapındırırlar. 
Hansı  məqsədlə  bu  insanların  –  “günəşiyeyənlərin” 
orqanizmləri  yenidən  quruldu?  Dəqiq  cavabı  hələ  bilmirik. 
Aydındır  ki,  bu  eksperimentdir.  Amma  konkret  olaraq  bu 
eksperimentləri kim və nə məqsədlə aparır, hələki bilmirik. 
Aydındır ki,  bu eksperimentlər “günəşiyeyənlərin” təkamül 
inkişafını 
sürətləndirmirlər. 
Hələki 
bu 
fəaliyyətin 
məqsədinin nədən ibartət olduğunu bilmirik.  
    İndi  dünyada  çoxlu  sayda  Şhri 
Hira  Ratan  Manek,  Pralad  Cani 
kimi Günəş enerjisindən qidalanan 
fenomen 
insanlar 
vardır.  Bu 
məşhur  insanlardan  biri  də  – 
avstraliyalı  49  yaşlı  Casmuhin 
(əsl  adı  Ellem  Qrev)  ilə  yaxından 
tanış olaq {158}. 


 
199 
    Casmuhin  bəşəriyyəti  xeyirxah  işlərə  çağıran,  təbiətin 
qorunması  qayğıkeşliyindən  bəhs  edən  quruma  – 
“Cəmiyyəti  xeyirə  çağıran  hərəkata”  başçılıq  edir.  Yenicə 
yaranmış  bu  qurumda  onun  dediyi  ilk  sözlər:  “Əgər  xeyir 
verə  bilmirsənsə,  onda  pislik  də  etmə!”  Casmuhinin  əsas 
mübarizə obyekti – aclığa qarşı idi. O, bu problemin həllini 
insanlara  Günəş  enerjisi  ilə  qidalanmaqda  görür.  1993-cü 
ildə  onun  10-15  davamçıları  var  idisə,  indi  onların  sayı  on 
minlərlədir.  
Casmuhin  –  qanışirindir,  49  yaşlı  intelligent  qadındır, 
tamamilə əldən düşmüş və yaxud cılız deyildir. O, çox asan 
və  aydın  şəkildə  fikirlərini  çatdıra  bilir,  onun  nitqi  həmişə 
auditoriyanı  ələ  alır  və  tələffüzündə  qeyri-adi  istilik  hiss 
olunur.  Casmuhin  –  özünün  maarifçilik  fəaliyyətində  yaxşı 
nə  varsa  hamısından  istifadə  edən  işgüzar  və  qərəzsiz 
insandır.  Bununla  yanaşı  o,  elmin  son  nəaliyyətlərindən,  o 
cümlədən,  insanların  sağlamlığından  və  ona  səmərəli  təsir 
edən  təbii  mühitdən  bəhs  edən  tibb  elmindən  həvəslə 
danışır. 
   Casmuhin  əmindir  ki,  dünyada  min  illər  boyunca  Allah, 
Krişina, Budda, Xristos kimi özünü təcəssüm etdirən tək bir 
Allah vardır. “İnsan təkcə çörəklə yaşamır” ifadəsini o belə 
izah  edir:  insan  ona  lazım  olan  həyat  enerjisini  yeməkdən 
yox, Allahla sıx və qırılmaz kontaktdan alır.  
Casmuhin  özünün  dünyagörüşü  və  şəxsi  təcrübələrini 
müxtəlif  ölkələrdə  çoxsaylı  seminarlarda  və  mətbuat 
konfranslarında təbliğ edir, Almaniya, İsveçrə və Avstriyada 
isə bir neçə dəfə olmuşdur. 2000-ci ilin fevralında Londonda 
“Ağıl,  bədən,  ruh”  devizi  altında  beynəlxalq  festival 
keçirildi  və  bu  mötəbər  məclis  həmçinin  Casmuhinin 
seminarını da dinlədi. O, üç həftə davam edən bu seminarda 


 
200 
çıxış  edərək  göstərdi  ki,  orqanizmin  belə  bir  xüsusiyyət 
alması yalnız və yalnız möhkəm inacın olmasına (“prana” – 
ruhi  qidaya)  bağlıdır  və  qeyd  etdi  ki,  bu  vəziyyətə  nail 
olmaq    şəxsi  məqsəddən  uzaq  bir  şeydir.  Ən  əsas  şərtlər 
bunlardır: ruhən dərketmə, şüurun böyüklüyü və intuitsiya. 
     Aclığın  ilk  iki  ayları  ərzində  insan  zəiflik  hissi  keçirir, 
lakin sonra onun gücü nəinki bərpa olunur, hətta açıq-aşkar 
artır.  Casmuhin  xəbərdarlıq  etdi  ki,  bəzi  adamlara, 
ələlxüsus,  səliqəsiz  həyat  tərzi  keçirənlərə  Günəş  işığı  ilə 
qidalanma  sisteminə  keçmək  üçün  aylar  və  yaxud  bir  il 
hazırlıq  tələb  olunacaqdır.  Birinci  mərhələdə  bitki  mənşəli 
yeməklərə  keçmək  və  bədənin  təmizlənməsi  əməliyyatını 
praktikadan  keçirmək  lazımdır.  Axırda  Casmuhin  xəbər 
verdi  ki,  “prana”  (puhi  qida)  ilə  qidalanan  qadınlar  uşaq 
doğa bilərlər və hamilə olan vaxtı adi qidaya qayıtmaq lazım 
deyildir.  
     Mətbuat  konfranslarının  birində  iştirakçılar  sözün  əsl 
mənasında  Casmuhinə  suallar  yağdırdılar,  o  cümlədən, 
skeptik və acı suallar. Belə sualların birindən sonra səhnəyə 
cazibəli  yaşlı  bir  qadın  çıxaraq  yaxşıca  ingilis  dilində  və 
polyak aksenti ilə məlumat verdi ki, adı Kamilladır, 1999-
cu ilin may ayında Casmuhinin seminarında olmuşdur, sonra 
onun  kitabını  oxumuşdur  və  öz  üzərində  yeni  metodikanı 
sınaqdan  keçirmək  istəmişdir.  Kamilla  uzaq  bir  monastra 
gedərək  çətinliklə  də  olsa  21  günlük  orqanizmin 
təmizlənməsi  prosesini  keçir.  O  gündən  onun  qüvvəsi 
günbəgün artır. Kamilla artıq 9 aydır ki, yemir, lakin özünü 
əla  hiss  edir.  “Bəs  mənim  artıq  79  yaşım  var”,  -  heyrət 
içində  qalmış  auditoriyaya  dedi.  Axırda  Kamilla  bütün 
skeptiklərə təklif etdi: “Əgər istəyirsinizsə, məni otağa salıb 
arxasını da möhkəm bağlayın və neçə gün lazımdırsa orada 
saxlayın,  bax  onda  inanarsınız  ki,  insan  yeməksiz  və  susuz 
qala bilər”. Yenə Kamilla əlavə olaraq dedi ki, bir neçə ay 
bundan öncə Polşaya qohumları gilə getmişdir. Orada onun 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə