Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə53/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   49   50   51   52   53   54   55   56   ...   82

 
195 
yoxdur. Ən maraqlısı budur ki, onun ifrazatı olmadığından, 
ümumiyyətlə  tualetə  getmir.  Təbii  ki,  68  il  belə  bir  həyata 
tam adaptasiya etmiş  Pralad Cani  üçün bu hal  adət  edilmiş 
həyat tərzidir.  
Müasir elm bu fenomen hadisə haqqında çox az təsəvvürlərə 
malik  olduğundan  onun  izahının  hələ  mümkün  olmadığını 
və  bunun  üçün  hələki  münbit  şəraitin  yetişmədiyini  qeyd 
edirlər.  Çox  güman  ki,  bu  prosesin  maddi  substansiya 
əsasında  deyil,  hər  hansısa  bir  elektromaqnit,  informasiya, 
aura və ya kvant hissəcikləri əsasında baş verdiyindən elmin 
ixtira  etdiyi  müasir  tibbi-elmi  aparat  və  avadanlıqların  bu 
qeyri-adi  hadisəni  tədqiq  edə  bilmə  qabiliyyətləri  yox 
dərəcəsində,  həm  də  imkan  xaricindədir.  Buna  görə  də 
alimlər  hələki  susurlar,  bu  barədə  müəyyən  fikirlər  və 
müşahidəlr 
yalnız  internet  saytlarında  esse  dərc 
olunmaqdadır.  Görünür  ki,  elmi  nəaliyyətlərin  müasir 
səviyyəsi təbii şəkildə meydana gəlmiş praktiki təcrübədən, 
faktlardan  hələ  də  geri  qalır.  Məhz  bu  səbəbdən  də 
günəşiyeyənlərin  həyat  tərzi  yalnız  nəzəri  baxışların, 
fərziyyələrin  irəli  sürülməsi  ilə  məhdudlaşır.  Məsələn, 
Rusiya  Dövlətlərarası  Aviasiya  komitəsinin  ekipajın  xüsusi 
hallarda vəziyyətinin və işinin tədqiqatları bölməsinin rəisi, 
həkim-psixofizioloq,  tibb  elmləri  namizədi  Aleksandr 
Vasilyeviç  Klyuyevin    müxbirə  dediklərindən  {163}:                      
“Günəşiyeyənlər  azalan  təkamül  enerjisi  hesabına 
yaşayırlar.  Bu  fantastika  deyildir.  Bütün  dünyada  minlərlə 
insanlar  yaşayır  ki,  bu  enerji  ilə  qidalanırlar.  Onları 
günəşiyeyənlər  adlandırırlar.  Ətraf  mühitdən  orqanizm 
tərəfindən  qəbul  edilən  enerji  mənimsənilir  və  hüceyrə 
səviyyəsində  assimilyasiya  olunur.  Məşhur  Rusiya 
günəşiyeyəni  Zinaida  Baranova  iki  dəfə  müayinədən 
keçmişdir.  Nəticələr  çox  maraqlıdır.  Birinci  metod  ənənəvi 
olaraq onun orqanlarında elektropotensialı müəyyən etdi.  


 
196 
Diaqnostika 
onların 
əhəmiyyətli  dərəcədə 
istismarda  olduğunu, 
yəni  patologiyasını  – 
bir  sözlə  şikəstliyini 
göstərdi. 
İkinci 
istifadə  edilən  metod 
isə 
atom-rezonans 
metodu  idi  ki,  bu  da 
orqanizm  
fəaliyyətinin  çox  incə  səviyyədə  baxılmasına  imkan  verdi. 
Məlum  oldu  ki,  bu  68  yaşlı  qadının  demək  olar  ki,  bütün 
orqanları  18  yaşlı  insanın  orqanları  kimi  fəaliyyət  göstərir. 
Klassik  tibbi  əməliyyat  onun  uşaqlıq  orqanlarının 
fəaliyyətsiz  olduğunu  göstərdiyi  halda,  alternativ  metodun 
istifadəsi  isə  uşaqlığın  döl  verməsinə  tam  hazır  olduğunu 
sübut  etdi.  Başqa  sözlə,  Zinaida  prinsipcə,  həyatın  digər 
mövcudolma səviyyəsinə – vibrasiyalı səviyyəyə keçmişdir. 
Klassik  tibb  isə  onu  qeyd  etmək  iqtidarında  deyildir. 
Bədənin hər bir orqanı özünə uyğun vibrasiya (titrəyiş) edir. 
Nəticədə  Zinaida  prinsipcə,  yeni  bir  varlığa  transformasiya 
etmişdir.  Avtotrof    insan  –  bu,  bizim  təkamülümüzün  yeni 
növüdür”.   
 Heç  bir  şey  yeməyən  və  içməyən  insanların  yeni  irqi  – 
“Günəşiyeyənlər”  yaranır.  Alimlərin  fikrinə  görə,  demək 
olar ki, günəşiyeyənlər – bunlar yeni irqin və  ya hətta yeni 
bioloji növün sələfləridirlər {161}.  
Yerdə fərqli hesablamalara görə, 30 min individuuma qədər 
Günəş  enerjisini  yeyənlər  yaşayır.  Və  bunlara  görə 
mühakimə  yürütmək  olar  ki,  insan  təkamülü  hansı 
istiqamətə baş götürüb gedir? İnsan yavaş-yavaş (təkamüllə) 
bitkilərə  oxşamağa  başlayır.  O  baxımdan,  insan  tam 


 
197 
dəqiqliyi ilə işıq enerjisini bilavasitə flora nümayəndəsi kimi 
mənimsəməyə başlayır. Günəşiyeyənlər  – planetdə  yaşayan 
və  minlərlə  nümayəndəsi  olan  yeni  bioloji  növün 
sələfləridirlər. Kimsə “gələcəyi görənlərdən” risk edib deyə 
bilərdimi  ki,  altıncı  irq  “günəşiyeyənlər”  olacaqlar?  Yox, 
uzaqgörənlər  və  futuroloqların  düşüncələri  burayadək  ola 
bilməzdi.  Bu  fikrə  yalnız  alimlər  gəldilər.  Belə  ki,  hələ 
1880-ci  ildə  rus  alimi  Sergey  Podolinski  bir  şeyə  diqqət 
etdi  ki,  əmək  işin  yeganə  şəklidir  ki,  o,  enerjini  ora-bura 
xərcləməyib, əksinə toplayır. Bütün işlək maşınlar tərg olub 
sıradan  çıxırlar,  və  nə  qədər  ki,  onlar  sıradan  çıxmış 
detallarını  özləri  dəyişə  bilmirlər,  axırda  sınırlar.  Müasir 
termodinamik maşınlar mənasında olmaq istəyiriksə, yəni iş 
prosesi  əsnasında  enerjini  xərcləməmək,  onu  yığmaq 
istəyiriksə,  onda  biz  bitkilər  tərəfindən  toplanmış  ehtiyat 
Günəş  enerjisinin  (fotosintez  əsasında)  istifadəsi  əvəzinə, 
birbaşa Günəşə tuşlanmalıyıq.  
1925-ci  ildə  həmin  fikri  akademik  Vladimir  Vernadski 
“Bəşəriyyətin 
avtotrofluğu” 
(Автотрофность 
человечества)  məqaləsində  irəli  sürmüşdür.  “Nə  qədər  ki, 
bəşəriyyət  qida  mənbəyi  kimi  bitki  və  heyvan  aləmindən 
yararlanacaqdır,  o,  lazım  olduğu  dərəcədə  təmin  olunmuş 
sayılmayacaqdır,  doğrusu,  bu  artıq  insan  yox,  hər  hansısa 
bir  ağıl  sahibi  olacaqdır”  -  deyə  Vernadski  bildirmişdi 
{164, 166-168}. 
Artıq  elmə  məlumdur  ki,  inkişafın  müasir  təkamül 
səviyyəsində  yaşayan  adi  insan  özü-özünə  orqanizmini 
“günəş  enerjisindən”  qidalanmaq  məqsədi  ilə  kökləyə 
bilmək  iqtidarında  ola  bilməz.  Günəşiyeyənlərə  isə  bu 
əməldə  kömək  etdilər.  Kim?  Əlbəttə,  yenə  insanlar,  lakin 
təkamül  sarıdan  daha  inkişaf  etmiş  insanlar.  Yerdə  gedən 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə