178
İsti regionlarda yaşayan insanlarda və ya qış yuxusuna
gedən heyvanlarda enerji tələbatı bir az da aşağı düşə bilər.
Bu özünü enerji ilə təmin edən individiumun aktivliyindən
asılıdır.
Hüceyrə
səviyyəsində,
bölünmə
zamanı
enerjinin
akkumulyasiya edilməsində
mitoxondriya əhəmiyyətli
(həyati) rol oynaya bilər. Xroniki adaptasiya mexanizmində
digər hüceyrə orqanelləri də iştirak edə bilər.
2)
Kosmik mənbələrdən alınan enerji
Belə bir halda ən az enerji belə hər hansısa bir mənbədən
daxil olmalıdır. Elmi məlumatlara görə, suyun demək olar
ki, kaloriliyi olmadığı halda, cənab Manek yalnız
qaynadılmış su içir. Qəribədir, bəlkə su həqiqətən hansısa
enerji göndərir? O, adi sudan başqa heç bir qida və mayedən
istifadə etmir. Deməli, hüceyrə metabolizmini idarə etmək
və gündəlik fəaliyyətini yola vermək üçün o, xarici
mənbədən (ətraf mühitdən) enerji almalıdır. O, Günəşlə,
Yerlə, su ilə, zavodlarla, insanlar və heyvanlarla ünsiyyətdə
olan Yerdə yaşayır. Bütün onlar – Manekə əlçatan enerji
mənbələridir ki, istifadə edə bilər. Biz onları kosmiki enerji
mənbələri adlandırırıq. Çox ehtimal ki, o, enerjini bu
kosmik mənbələrdən – Kosmik enerjini alır. Beləliklə, daha
dəqiq bu prosesi riyazi kalori əvəzinə riyazi enerji
adlandırmaq daha düzgün olardı.
Bu konsepsiya
diqqətəlayiqdir.
Günəş enerjisi
Günəş bütün kosmik mənbələrdən ən güclüsü və asan əldə
olunanıdır və ta qədimdən müqəddəs ruhanilərin və
zahidlərin, o cümlədən, müasir caynizmin əsasını qoyan
179
Mahavirin, yoqların, tibet lamlarının
istifadə etdikləri enerji
mənbəyidir. Günəş enerjisi iki komponentdən ibarətdir:
işıq
və istilik. Bəşəriyyət də Günəş enerjisini günəş batareyaları
vasitəsi ilə günəş sobalarının, günəş qızdırıcılarının, günəş
avtomobillərinin istismarı üçün istifadə edir. Elə bu şəkildə
də
Şri Hira Ratan Manek (HRM) demək olar ki, özü
Günəş sobasına çevrilmiş və özündə aktiv günəş
batareyaları vardır. Günəş enerjisi işıq və istiliyə malik
olduğundan və bu enerjinin optimal qəbulu, xoşbəxtlikdən
bütün il boyu Günəş şəfəqləri və istiliyi ilə bol olan
Hindistan şəraitində daha əlverişlidir.
Tor qişası və əzgilşəkilli vəzi
Belə bir halda – Günəş enerjisi necə akkumulyasiya olunur?
Beyin və ağıl – insan bədənində ən güclü
resipiyentdirlər
(qəbuledicidirlər).
Tor qişası və əzgilşəkilli vəz (üçüncü göz,
və ya Reno Dekarta görə, qəlbin yeri)
fotoreseptor
hüceyrələrə malikdirlər və işığa həssas orqanlar sayıla
bilərlər.
Hira Ratan Manek: Günəşə baxma
Şri Hira Ratan Manek (HRM) tərəfindən istifadə olunan
metod mümkün dərəcədə açıq gözlərlə, onları qırpmadan,
hər gün Günəş Şərqdən çıxarkən ona baxmağa
əsaslanmışdır. İlk öncə bir neçə saniyədən başlamalı, sonra
hər həftə baxış praktikasını artırmalı və nəhayət bir neçə
dəqiqələrə çatdırmaq gərəkdir. Gözlər və ələlxüsus tor
təbəqəsi sağlam olmalıdır.
180
Günəş enerjisinin giriş yolları: bu sahə tədqiqat işləri
tələb edir
Günəş enerjisi hipotezini irəli sürərkən, bitki aləmində
xlorofillə hökm sürən və Günəşdən asılı
olaraq baş verən
Mikroskop altında gözün tor qişasının eninə kəsiyi
Görmə sinirlərinin əmələ gəldiyi (qırmızı) fotoreseptorlar
(işığahəssas), çöpcüklər (ağ) və kolbacıqlar (sarı)
hüceyrələri görünür.Foto
"В мире науки" jurnalından
götürülmüşdür.
fotocintez kimi burada da buna bənzər proseslər (fotosintez
və fotoliz – fotoparçalanma) baş verməlidir. Sistem yolları
və ayrıca yollarla bu enerji bədənə daxil olmalıdır. Hər şey
tədqiq olunmalıdır, ola bilsin ki, bu enerji insanın aurası ilə
daxil olsun (məsələn,
kirlian effekti fotoqrafiyalarına fikir
verin). Tam mümkündür ki, insan aurası bu enerjinin fiziki
bədənə keçməsi zamanı nizamlayıcı rol oynayır.