170
alim Aleksandr Komarovu nümunə kimi göstərmək olar
{155}.
Belə ki, 2001-ci ilin
əvvəlində “Тhe Times of
India” qəzeti qeyri-adi
hadisə haqqında yazırdı:
“64
yaşlı
mühəndis-
mexanik
Hira
Ratan
Manek artıq bir ildir ki,
yemək yemir. Bu bir il
ərzində o, bir tikə çörək
belə yeməmiş, yalnız
qaynadılmış
sudan
istifadə edir”. Bu hindli
Günəş enerjisini yeyir
{157}.
411 gün fasiləsiz aclıq
XXI əsrin astanasında Hindistanın Əhmədabad şəhərində
çox qəribə və tarixi bir hadisə baş verdi. 64 yaşlı, mühəndis-
mexanik, ilk əvvəl Hicaratın Kutç əyalətində anadan olmuş,
sonralar isə həmişəlik olaraq Kəlküttə şəhərində yaşayan Şri
Hira Ratan Manek (Shri Нirа Rаtan Маnеk, НRМ) adlı bir
centlmen, cayns ənənəsinə əsasən 411 gün fasiləsiz ac
qalaraq gözəl bir dünya rekordu müəyyən etdi (yəni, gün
ərzində sudan başqa heç bir ərzaq və ya məhluldan istifadə
etmədi). Oxşar aclıq təcrübəsini o, 211 gün ərzində 1995-
1996-cı illərdə də etmişdi.
171
Tibbi müşahidə altında aclıq
Bu dəfə o, aclıq kompaniyasını 2000-ci ilin yanvarın 1-dən
başladı. Bu təcrübənin unikallığı ondan ibarət idi ki, bu dəfə
o, tibb elminin müxtəlif sahələrini əhatə edən mütəxəssislər
– alimlər, terapevtlər, həkim-kardioloqlar, nevroloqlar,
endokrinoloqlar, cərrahlar, həkim-patoloqlar, genetiklər,
radioloqlar, rentgenoloqlar və hətta ailə həkimləri də daxil
olmaqla, böyük bir həkim arsenalının müşahidəsi və nəzarəti
altında gündəlik və həm də fasiləsiz mürəkkəb tibbi
tədqiqatlara məruz qaldı. Həmçinin vaxtaşırı həm
Hindistandan və həm də dünyanın bir çox regionlarından
təşrif gətirmiş tibb və müxtəlif elm sahələrinin alimləri,
həkimləri, kimyaçıları, biokimyaçıları, fizioloqları və
s.onunla görüşlər keçirmiş və tədqiqat işləri aparmışlar.
Unikal aclıq
Hamı – buraya toplaşan elm xadimləri aclığın bu cür
unikallığına heyran olmuşdular və hər kəs belə bir sualla
müraciət etməli olurdu:”Bu necə ola bilər”? Razılaşın ki, bu
günkü elmi baxışlara görə bu, ola bilməz, hətta insan
supermen sayılsa və ya irsi qabiliyyətindən irəli gəlsə belə
bu fenomen hadisənin izahı imkan xaricindədir. İndi biz on
minlərlə Yer üzərində qida qəbul etmədən yaşayan
insanların olduğunu bilirik.
Bu məlumatları söyləyən həkimlər qeyd edirlər ki, biz bu
cür qeyri-adi, sensasiya doğuran hadisəyə bütün elm
adamları kimi öncədən skeptik yanaşdıq və buna görə də
onu (Maneki) kəskin və kritik-analitik təcrübələrdən (onu
xüsusi sanatoriyada hamıdan təcrid edərək, yanına heç kəsi
buraxmayaraq) keçirdik. Bütün başqa həkimlər də onun
üzərində çox incə təcrübələr apardılar. Aparılan təcrübələrin
172
düzgünlüyü və unikallığı həkimlərdə şübhə yeri qoymurdu.
Burada təcrübələr aparan həkim arsenalı bu hadisənin
reallığına inandıqdan sonra başa düşdülər ki, artıq top
onların tərəfindədir, indi onlar izah etməlidirlər ki, bu qeyri-
real görünən reallıq centlmen Manek tərəfindən necə həyata
keçir. Normal adamlar kimi, o da danışır, hərəkət edir, gəzir,
adamlarla görüşür, mühazirə söyləyir, intellektual və
məntiqi davranır – yəni, bütün normal davranış qaydaları
ona mənsubdur. Nəhayət ki, bu tədqiqat işlərini aparan
mütəxəssislər hər hansısa bir hipotez irəli sürməli idilər.
Lakin nə qədər düşünsələr də hələki bir ortaq məxrəcə gələ
bilməmişlər. Belə bir qənaətə gəlmək olardı ki, bu olay
tamamilə elmi məna daşımır, bəlkə də bir sıra fantastik
imkanları nəzərə alaraq bunu bir təhər izah etmək mümkün
olardı.
Unikal aclığın məqsədi
Cənab Ratan Manekin aclıq məqsədi – güc tətbiq etməmə və
digər yüksək devizlərin yayılması və həmçinin insanların
Günəş
enerjisini
dərk
etməyə
uyğunlaşdırmaqdır.
Təcrübələrin keçirilməsinin məqsədi isə dördtərəfli insan
böhranının (fiziki, əqli, ərzaq və nevroloji) həllinə qulluq
edir.
Bu fenomen hadisə fantastik olduğu qədər, həm də mütləq
təəccüb doğurur, lakin mif deyildir! Təsəvvür edin ki, bu
hadisə Himalay dağlarında və yaxud uzaq cəngəlliklərdə
deyil, yüksək təcrübəsi olan həkim arsenalının müşahidəsi
ilə ciddi tibbi nəzarət altında və insanların daimi
məskunlaşdığı Hindistanın çoxmilyonlu Əhmədabad
şəhərində baş vermişdir.
173
Doktorların hamısı bir səslə, belə bir qərara gəlirlər ki, bu
hadisəyə qətiyyən skeptik yanaşmaq olmaz, buna görə cənab
Ratan Manek ilə yaxın münasibətdə olub onu hərtərəfli
yoxlamaq, tədqiqat işləri aparmaq gərəkdir, necə ki, bunu
onlar etdilər.
Bir sıra həkimlər Hindistandan və başqa şəhərlərdən onun
yanına vaxtaşırı gəlir və tədqiqat işlərini aparırdılar və sonda
belə bir qənaətə gəlirlər ki, müasir klinik göstəricilərin elmi
əsasları hələki bu unikal hadisənin səbəbini tamamilə izah
etmək iqtidarında deyildir.
Unikal aclıq zamanı elmi nəzarət
Bu aclıq zamanı prosesə nəzarət (tibbi müayinə və
laboratoriya təcrübələri) edən həkimlər qrupuna daxil idi:
tibb elmləri doktoru Sudhir Şah (nevroloq), həkimlər Nalin
Hivala, Vireş Patel, Navnit Şah (terapevt və
endokrinoloq), K.K.Şah (ümumi cərrahlıq), Kalpeş Şah
(radioloq), Haurhey Sutariya (rentgenoloq) Ceyeş Şet,
P.Q.Şah, Prakaş Doşi (ailə həkimi) və başqaları.
Aclıq
Ratan Manekin aclığından 411 gün keçdi (14 fevral 2001-
ci ilədək). O, aclığa 2000-ci ilin yanvarın 1-dən başlamışdı.
O, caynların liderinin göstərişi ilə tam aclıqda iştirak edərək,
onu başa vurdu. O, hər gün yemək və mayelər qəbul
etmədən, yalnız saat 11 və 16 radələr arasında azca miqdar
qaynadılmış su qəbul edirdi. Hər hansı bir venadaxili və ya
əzələdaxili ineksiyalardan söhbət gedə bilməzdi.
Dostları ilə paylaş: |