Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə40/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   36   37   38   39   40   41   42   43   ...   82

 
143 
Eritrositlərdə  bikarbonatın  qatılığının  aşağı  düşməsi  ilə 
qanın  plazmasından  oraya  yeni  hissə    НСО
3
– 
ionları  qəbul 
olunur,  plazmaya  isə  ekvivalent  miqdarda  Сl

  ionları  daxil 
olur. Natrium bikarbonatın qatılığı qanın plazmasında, ciyər 
kapilyarlarında  dərhal  düşür,  amma  plazmada  natrium 
xloridin  qatılığı  artır,  eritrositlərdə  isə  sərbəst  hemoqlobin 
oksihemoqlobinin kalium duzuna çevrilir. 
      Beləliklə,  eritrosit  hemoqlobininin  iştirakı  ilə  ümumi 
karbon  qazının  80%-i  bikarbonat  formasında  qandan 
ciyərlərə ötürülür. 


 
144 
 
Sxem 2. Qanın tənəffüs funksiyasında plazma-eritrosit 
sisteminin rolu (Q.E.Vladimirov və N.S.Panteleyevə görə) 
a – ciyər kapilyarlarında gedən kimyəvi proseslər;                                                                          
б – toxuma kapilyarlarında gedən kimyəvi proseslər 
 


 
145 
 
 
 
 
 
Fəsil 7 
Fotosintez
 
 
    Canlı  bitki  hüceyrələrində  işığa  həssas  piqmentlərin 
köməyi  ilə  işıq  enerjisinin  udulması  ilə  qeyri-üzvi 
maddələrdən  –  karbon  qazı  (СО
2
)  və  sudan  (Н
2
О)  üzvi 
maddələrin  –  selüloza  və  nişastanın  alınması  ilə  gedən 
mürəkkəb təbii kimyəvi hadisə fotosintez adlanır {127-129}. 
Bütün  canlı  aləmin  –  insan,  heyvan  və  bitkilərin  mövcud 
olmaları  və  inkişaf  etmələrini  davam  etdirmək  üçün  bu 
proses  yeganə  qida  mənbəyi  başlanğıcı  kimi  fəaliyyət 
göstərir.  Bütün  yerüstü  və  sualtı  bitkilərin  əksəriyyəti 
fotosintez  prosesində  oksigen  əmələ  gətirirlər.  Lakin  bəzi 
bitkilərə  oksigen  əmələ  gətirə  bilməmək  kimi  fotosintezin 
başqa növləri xasdır. 
Fotosintezin əsasını elektronların donordan (məsələn, H
2
O, 
H
2
S)  akseptora  (CO
2
)  kecidi  zamanı  reduksiyaolunmuş 
birləşmələrin  (karbohidratların)  əmələ  gəlməsi,  oksigenin 
(O
2
) (əgər donor elektronlar suyundursa  H
2
O)  və  kükürdün 
(S) (əgər donor elektronlar, məsələn, H
2
S) çıxması ilə gedən 
oksidləşmə-reduksiya reaksiyaları təşkil edir {130,150-152}. 
    Fotosintez  –  Yer  üzərində  baş  verən  proseslərdən  ən 
əhəmiyyətlisi  olub,  təbiətdə  karbonun,  oksigenin  və  başqa 
elementlərin dövranını təşkil edir. Fotosintez nəticəsində hər 
il  üzvi  birləşmələr  şəklində  təxminən  8·10
10
  t  karbon 
kimyəvi  əlaqəyə  girir  və  10
11
  t  selüloza  əmələ  gəlir. 
Fotosintezin  hesabına  bitkilər  hər  il  quruda  təxminən 


 
146 
1,8·10
11
  t  biokütlə  əmələ  gətirir;  təxminən  elə  bu  qədər  də 
Dünya okeanında hər il bitki biokütləsi əmələ gəlir. Tropik 
meşənin quruda fotosintezin ümumi məhsuluna verdiyi pay 
29%-dirsə,  amma  bütün  tip  meşələrin  bu  baxımdan  payı 
68%-dir.  Atmosferin  yeganə  oksigen  (O
2
)  mənbəyi  –    ali 
bitkilərin və yosunların fotosintezidir. 
  Fotosintezin  oksigen  əmələ  gətirməklə  gedən  əsas 
reaksiyasını belə yazmaq olar: 
 
Su + Qeyri-üzvi maddə. + İşıq → Üzvi maddə. +  oksigen 
 
    Üzvi maddələrə karbonun oksidləri və nitridləri müstəsna 
olmaqla  bütün  birləşmələri  aiddir.  Fotosintezdə  əsas  üzvi 
maddələr  kimi,  karbohidratlar  (ilk  növbədə  şəkər  və 
nişasta),  aminoturşular  (zülal  kərpicləri)  və  nəhayət,  yağ 
turşuları (qliserofosfat ilə birləşmələri yağların sintezi üçün 
materialdır)  əmələ  gəlir.  Qeyri-üzvi  maddələrdən  bu 
göstərilən  maddələrin  hamısının  sintezi  üçün  su  (Н
2
О)  və 
karbon-4  oksid  (СО
2
)  tələb  olunur.  Aminoturşular  üçün 
bunlardan əlavə azot və kükürd də tələb olunur. Bitkilər bu 
elementləri  onların  oksidləri,  nitratları  (NO
3

)  və  sulfatları 
(SO
4
2–
)  və  ya  başqa  reduksiya  olunmuş  –  amonyak  (NH
3
), 
hidrogen  sulfid  (H
2
S)  şəklində  mənimsəyə  bilir.  Üzvi 
birləşmələrin  tərkibinə  fotosintez  zamanı  həmçinin  fosfor 
(bitki  onu  fosfat  şəklində  qəbul  edir)  və  dəmir  (Fe), 
maqnezium  (Mg)  kimi  metal  ionları  da  daxildir.  Manqan 
(Mn)  və  başqa  elementlər  də  cüzi  miqdarda  fotosintez 
zamanı gərəkdir.   
     Yerüstü  bitkilərdə  bütün  qeyri-üzvi  birləşmələr,  СО
2
 
müstəsna  olmaqla,  bitkinin  kökləri  vasitəsi  ilə  qəbul  edilir. 
Bitki    СО
2
-ni  orta  qatılıq  miqdarı  0,03%  olan  atmosfer 
havasından  alır.  СО
2
  yarpaqlar  tərəfindən  qəbul  edilir,  О
2
 
isə yenə də yarpaqlarda epidermisin “ağızcıq” adlanan kiçik 
dəliklərindən bayıra çıxır. Bu ağızcıqların açılıb yumulması 


 
147 
hüceyrələrin  fərdiliyini  idarə  edir  –  onlar  da  yaşıl  olub 
fotosintezi  həyata  keçirməyə  qadir  olan  “qapananlar” 
adlandırılır.  Qapanan  hüceyrələrə  işıq  düşəndə  onlarda 
fotosintez  başlayır.  Fotosintez  məhsullarının  toplanması 
məcbur edir ki, bu hüceyrələr genişlənsin. Bu zaman ağızcıq 
dəliyi  geniş  açılır  və  СО
2
    yarpağın  aşağı  təbəqəsinə  daxil 
olur  ki,  hüceyrələr  fotosintezi  davam  etdirə  bilsinlər. 
Ağızcıqlar  “transpirasiyanı”,  yəni,  yarpaqların  suyu 
buxarlandırmasını da tənzimləyir, çünki su buxarlarının əsas 
hissəsi  məhz  bu  dəliklərdən  keçir.  Sualtı  bitkilər  onlara 
lazım olan bütün qida maddələrini yaşadıqları sudan alırlar. 
Həm  СО
2
  və  həm  də  (HCO
3

)  həm  şirin  və  həm  də  dəniz 
sularında  geniş  yayılmışdır.  Yosunlar  və  başqa  su  bitkiləri 
onları bilavasitə sudan götürürlər. 
    İşıq  fotosintezdə  yalnız  katalizator  yox,  həm  də 
reagentlərdən  biri  kimi  rol  oynayır  {123,124}.  Fotosintez 
zamanı  bitkilər  tərəfindən  istifadə  olunan  işıq  enerjisinin 
əsas  hissəsi  fotosintez  məhsullarında  kimyəvi  potensial 
enerji  kimi  tədarük  edilir.  Oksigenin  çıxması  ilə  gedən 
fotosintez  üçün  bu  və  ya  digər  şəkildə,  görünən  işığın 
bənövşəyi  rəngindən  tutmuş  (dalğa  uzunluğu  400  nm) 
qırmızı  rənginə  kimi  (770  nm)  yararlıdır.  Oksigenin 
çıxmaması  ilə  gedən  bəzi  bakterial  fotosintezlərdə  dalğa 
uzunluğu  çox  olan,  uzaq  qırmızıya  qədər  (900  nm)  işıqdan 
effektli istifadə oluna bilər.  
     Fotosintezin 
təbiətinin 
aydınlaşdırılması 
müasir 
kimyanın  hələ  ilk  rüşeym  halında  olan  inkişaf  dövründən 
başlayır. 
C.Pristli 
(1772), 
Y.İngenhauz 
(1780), 
J.Senebyenin  (1782)  işləri,  A.Lavuazyenin  (1775,  1781) 
kimyəvi tədqiqatları belə bir nəticəyə gəlməyə imkan verdi 
ki, bitkilər karbon qazını oksigenə çevirirlər və bunun üçün 
işıq  lazımdır.  Suyun  rolu  isə  1808-ci  ildə  N.Sossyurun 
göstərişinə  qədər  naməlum  qalırdı  {128}.  Özünün  dəqiq 
təcrübələrində  o,  dibçəkdə  torpaqla  böyüyən  bitkinin  quru 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə