Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə38/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   34   35   36   37   38   39   40   41   ...   82

 
136 
tullantısı  –  indi  hər  bir  məktəbliyə  məlumdur).  Zaman 
keçdikcə bu, havanın tərkibinin dəyişməsinə gətirib çıxardı, 
lakin  hüceyrə  fəaliyyətinin  daxili  şərtləri  hələki  karbonat 
turşusunun  yüksək  miqdarı  ilə  təyin  olundu.  Yerdə  peyda 
olan  və  bitkilərlə  qidalanan  ilk  heyvanlar,  təbii  ki,  çoxlu 
miqdar karbon qazı olan atmosferdə  yaşamışdır. Buna görə 
də  onların  hüceyrələri  və  sonralar  qədim  genetik  yaddaş 
üzərində qurulan müasir heyvanların və insanın hüceyrələri 
özlərinin  bətnində  karbonat  turşusuna  (6-8%  8%  karbonat 
turşusu  və  1-2%  oksigen)  və  qanda  karbon  qazına  (7-7,5% 
CO
2
) ehtiyac hiss etmişlər.  Bitkilər demək olar  ki,  havanın 
bütün  karbon  qazını  istifadə  etmişlər  və  onun  əsas  hissəsi 
karbon  birləşmələri  şəklində  bitkilərin  məhvi  ilə  bərabər 
faydalı  qazıntılara  (kömür,  neft,  torf)  çevrilərək  yerə 
çökmüşlər.Hal-hazırda  atmosferdə  0,03%  karbon  qazı  və  ~ 
21%  oksigen  vardır.Lakin  normal  həyatfəaliyyəti  üçün 
qanda  7-7,5%,  alveolyar  havada  isə  6,5%  karbon  qazı 
olmalıdır.  Kənardan  onu  almaq  olmaz,  çünki  atmosferdə 
demək  olar  ki,  karbon  qazı  yox  dərəcəsindədir.  İnsan  və 
heyvanlar onu yemin tam parçalanması zamanı əldə edirlər, 
çünki,  zülallar,  yağlar,  karbohidratlar  karbon  əsasında 
yaranmışlar,  onların  oksigenin  iştirakı  ilə  yanması  zamanı 
toxumalarda  həyatın  əsasını  təşkil  edən  qiymətsiz  karbon 
qazı  yaranır.  Süni  tənəffüs  –  demək  olar  ki,  karbon  qazını 
bayıra  verməmək,  mümkün  dərəcədə  onu  az  itirmək 
deməkdir.Yoqların  tənəffüsü  məhz  buna  köklənmişdir. 
Lakin  adi  insanların  tənəffüsü  –  bu  ağ  ciyərlərin  xroniki 
hiperventilyasiyasıdır
orqanizmdən 
karbon 
qazının 
normadan  artıq  çıxması  çox  vaxt  sivilizasiya  xəstəlikləri 
adlanaraq 150 ağır xəstəliklərin  yaranmasına şərait  yaradır. 
Bura  daxildir:  hipertoniya  xəstəliyi,  ateroskleroz,  ürəyin 
işemik xəstəliyi, bronxial astma və s. Hiperventilyasiya qısa 
müddət ərzində (bir neçə on dəqiqələrdə) orqanizmin karbon 
qazını  itirdiyinə  görə  ölümlə  nəticələnir.  Hər  kəs  buna 


 
137 
inanmalıdır  ki,  əgər  tez-tez  dərindən  nəfəs  alarsa,  bu  onda 
baş gicəllənməsinə və hətta huşun itirilməsinə gətirib şıxara 
bilər. Əgər insanın ciyərləri güclü hiperventilyasiya edilərsə, 
məsələn,  süni  tənəffüs  aparatı  vasitəsi  ilə  ölüm  baş  verər. 
Əksinə,  siz  əgər  tənəffüsünüzü  təxminən  5-6  dəqiqə 
müddətinə    zəiflədərsinizsə,  səthi  nəfəs  alarsınızsa,  yəni 
oksigen qəbulunu minimuma endirərsinizsə, enerji axını hiss 
edərsiniz  (çünki,  oksigenin  artıq  qəbulu  zamanı  onun  çox 
hissəsi oksidləşmə prosesinin kompensasiyasına sərf olunur) 
və əhvalınız yaxşılaşar. Əqlin itirildiyi zamanı insan düzgün 
nəfəs  ala  bilmir,  çünki,  iradi  kontrolunu  itirir,  nəfəsalma 
səthi, dayaz olur və fizioloji yol verilə bilən səviyyəyə gəlir, 
karbon  qazı  orqanizmdən  zəif  xaric  olur  və  insan  özünə 
gəlir. 
      Ciyərlərin  xroniki  hiperventilyasiyası  zamanı  tez-tez  və 
dərindən  tənəffüs  etdiyindən  insan  lazım  olduğundan  çox 
karbon qazı itirir. Əgər qoruyucu mexanizmlər pis işləyərsə, 
onda sinir sisteminin həddən artıq qıcıqlanması, orqanizmin 
daxili mühitinin turşu-qələvi tarazlığının qələvi istiqamətinə 
yönəlməsi baş verir ki, bu da maddələr mübadiləsini pozur. 
Bu  immunitetin  pozulması  və  aşağı  düşməsində  özünü 
biruzə  verir  (allergiyaya  həssaslıq,  soyuqlama  və  iltihabi 
xəstəliklər,  duzların  çöküntüsü,  piylənmə  və  ya  arıqlama, 
daxili sekresiya vəzilərinin iş prinsipinin pozulması və s., ta 
şişlərin inkişafınadək). 
     Hər şeydən qabaq, nə qədər ki, karbon qazı həyati vacib 
qazdır,  onun  həddindən  çox  itirildiyi  vaxt  bu  və  ya  digər 
dərəcədə  onun  xaric  olmasının  qarşısını  almağa  çalışan 
qoruyucu mexanizmlər işə düşür. Bura aiddir: 
-  damar  və  bronxların  spazmı  və  bütün  orqanların  hamar 
əzələlərinin spazmı; 


 
138 
- qandaşıyıcı damarların daralması; 
-  bronxlarda,  burun  dəliklərində  selik  sekresiyasının 
böyüməsi, adenoidlərin, poliplərin inkişafı; 
-  hüceyrə  sklerozunun  inkişafına  səbəb  olan  xolesterinin 
çökməsi nəticəsində membranın bərkiməsi; 
- qalxanvari vəzinin funksiyasının artması. 
     Bütün  bu  anlar  qanda  karbon  qazının  miqdarının 
azalması zamanı hüceyrələrə oksigenin daxil olma çətinliyi 
ilə  birgə  (Veriqo-Bor  effekti)  oksigen  qıtlığına,  venoz 
qanaxmanın ləngiməsinə - vena qan damarlarının dayanıqlı 
genişlənməsinə gətirib çıxarır. 
      Həyati  vacib  orqanların  oksigen  qıtlığı  arterial  təzyiqi, 
hipertoniyanı  və  tənəffüs  mərkəzinin  qıcıqlanmasını 
yüksəldir  və  bununla  da  daha  yüksək  hiperventilyasiyaya, 
karbon  qazının  orqanizmdən  yuyulmasına  səbəb  olur.  Tac 
damarların  spazmaları  miokard  hipoksiyasına,  infarktın 
inkişafına  qədər  gətirib  çıxara  bilir.  Beyin  arteriyalarının 
spazmaları  baş  ağrısı,  baş  gicəllənməsi,  yuxusuzluq,  baş 
beyinin funksiyasının pozulması,  insult  kimi  patologiyalara 
səbəb olur.  
      Damarların  sklerozu  onların  kövrəkliyinə,  elastikliyinin 
itirilməsinə,  hemodinamikanın,  maddələr  mübadiləsinin 
pozulmasına,  vaxtından  qabaq  qocalmaya  gətirib  çıxarır. 
Bütün bunlar hiperventilyasiyanın törəməsidir ki, bundan da 
demək  olar  ki,  bütün  bəşəriyyət  əzab  çəkir.  Tənəffüsün 
normallaşması  zamanı  isə  karbon  qazının  orqanizmdə 
miqdarı  lazımi  səviyyəyə  çatır  və  beləliklə  də,  bütün 
yuxarıda göstərilən patofizioloji hallar aradan qalxır. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə