Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə33/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   29   30   31   32   33   34   35   36   ...   82

 
118 
proseslər  pozulardı.  Lakin  su  insan  üçün  Allah  tərəfindən 
yaradılmışdır. Suyun 0-dan 37 
o
С-dək qızması zamanı onun 
istilik tutumu, öncə insan bədəninin normal temperaturunun 
minimum  qiymətini  alanadək  aşağı  enir  və  sonra  isə 
yüksəlməyə  başlayır.  Bir  sözlə,  su  kəskin  temperatur 
sıçrayışlarını  yumşaldaraq  temperaturun  özünəməxsus 
requlyatoru  kimi  çıxış  edir.  Məhz  suyun  bu  xüsusiyyətinə 
görə də istiqanlı heyvanların, o cümlədən, insanların yaşaya 
bilmək qabiliyyətləri mümkün olmuşdur. 
Su – inert həlledicidir 
       Su  həll  etdiyi  birləşmələrin  çoxusunun  strukturunu 
kimyəvi cəhətdən dəyişmədiyi kimi, bu halda öz quruluşunu 
da  dəyişmir.  Suyun  bu  xüsusiyyəti  planetdə  yaşayan  canlı 
orqanizmlər  üçün  çox  əhəmiyyətlidir,  belə  ki,  onların 
hüceyrələri lazım olan qida maddələrini mümkün dairəsində 
dayanıqlı, sulu məhlul şəklində qəbul edirlər. Həlledici kimi 
su  öz  strukturunda  əvvəllər  onda  həll  olmuş  maddələr 
barədə informasiya daşıyaraq dəfələrlə, təkrar-təkrar istifadə 
olunur.  
 
Suyun kapilyarlığı 
Suyun  qeyri-adi  xassələri  arasında onun müstəsna dərəcədə 
yüksək  səthi  gərilməyə  malik  olmasıdır  –  72,7  din/sm  (20 
°С-də)  {116}.  Səthi  gərilmə  -  su  molekulları  arasındakı 
ilişmə  qüvvəsini  və  həmçinin  onun  səthinin  formasını 
xarakterizə edən fiziki kəmiyyətdir, məsələn, su damcısı. Bu 
baxımdan  mayelər  arasında  su  yalnız  civədən  geri  qalır. 
Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  insan  orqanizmində 
hüceyrədaxili  suyun  səthi  gərilmə  əmsalı  ~  43  din/sm-ə 


 
119 
bərabərdir.  Yaxşı  olardı  ki,  hüceyrələrin  bu  səthi  gərilməni 
yox  etməyə  əlavə  enerji  sərf  etməməsi  üçün,  su  orqanizmə 
su  xəttindən  deyil,  daha  çox  “maye”  şəklində  daxil  olsun. 
Bundan  əlavə,  səthi  gərilməsi  aşağı  olan  su,  nisbətən  daha 
asan  molekullararası  qarşılıqlı  təsirə  girə  bilir.  Suyun  səthi 
gərilməsini azaltmaq üşün onu azacıq qızdırmaq kifayətdir.  
    Səthi  gərilmə  islatma  zamanı  özünü  göstərir.  İslatma  və 
səthi gərilmə kapilyarlıq adlanan fiziki hadisəyə xidmət edir 
{107}. Məhz kapilyarlığın nəticəsində bitki, heyvan və insan 
orqanizmlərində  suda  həll  olmuş  birləşmələrin  –  qanın, 
limfanın,  eritrositlərin,  duz  və  digər  mineral  maddələrdən 
ibarət sulu məhlulların hərəkəti əsaslı surətdə mümkündür. 
     Heyvanlarda  və  insanda  kapilyar  qan  dövranını  ilk  dəfə 
olaraq  XVII  əsrin  ortalarında  italyan  bioloq  və  həkim 
Marçello  Malpiqi  kəşf  etmişdir.  Bəşəriyyət  tarixində  ilk 
dəfə  olaraq  göstərildi  ki,  arterial  damarlarla  sirkulyasiya 
edən 
qan 
mikroskopik 
bioloji 
borucuqlardan 
– 
kapilyarlardan keçərək  venoz sisteminə axır. 
     1920-ci  ildə  Nobel  mükafatı  laureatı  Avqust  Kroq 
müəyyən etdi ki, kapilyarların diametri mikronlarla ölçülür, 
əgər  insanın  bütün  kapilyarlarını  bir  ipə  düzmək  mümkün 
olsaydı, onun uzunluğu Yer ilə Ay arasındakı məsafənin iki 
mislinə  bərabər  olardı.  Bu  mikroskopik  borucuqlardan 
fasiləsiz  olaraq  özlü  maye  –  qanın  plazması  axır  və  həmin 
axın  həm  də  hüceyrələrarası  məkanda  və  limfatik 
sistemlərdə də davam edir. 
     90-92%  Sudan  təşkil  olunmuş  qan  və  limfaya  nə  təsir 
edir  ki,  belə  bir  mikposkopik  dəliklərdən  ağırlıq  qüvvəsinə 
üstün  gələrək  yuxarı  istiqamətə  doğru  hərəkət  edə  bilir? 
Səmərəli  elm  hələki  bu  suala  cavab  verə  bilmir.  Amma  su 


 
120 
isə  alimlərin  bilməməsinə  məhəl  qoymayaraq  kapilyarlarda 
hərəkət edir və bizim hər bir hüceyrəmizə qida maddələri və 
oksigen daşıyır. 
     Kapilyarlıq  planetimizdə  bütün  həyatın  təkamülü  üçün 
möhtəşəm əhəmiyyətə malikdir. Məsələn, bu təbii hadisənin 
hesabına  su  yerin  qrunt  sularından  daha  yüksəkdə  yerləşən 
dərinliyini  isladır  və  bitki  köklərinə  lazım  olan  duz 
məhlullarını on metrlərlə dərinlikdən çatdıra bilir. 
Suyun burulğanlanması  
     Məşhur  Avstriya  su  tədqiqatçısı  Viktor  Şauberqer 
suyun  daha  bir  unikal  xassəsini  aşkar  etdi  {114,115}.  O 
müəyyən etdi ki, təbii şəraitdə su həmişə öz temperaturunu 
+4  °С-yə  çatdırmağa  çalışır  və  əgər  ona  imkan  verilsə  ki, 
öz-özünə  burulğan  əmələ  gətirərək  axsın,  bu  zaman  onun 
enerjisi  artar  və  bunun  müqabilində  su  təzə  və  canlı  olur. 
Şauberqin  müşahidələrinə  görə,  su  Günəş  şüaları  altında 
yorulur  və  tənbəlləşir,  əksinə,  gecə,  ələlxüsus,  Ay  işığında 
təzə  və  canlı  olur.  Suyun  burulğanlı  hərəkəti  ən  vacib 
faktorlardan  biridir.  Sərbəst  axan  su  özünün  hərəkəti 
hesabına öz-özünə təmizlənir. +4 °С-dən yüksək qızdırdıqda 
suyun enerjisinin azalması müşahidə olunur və onun bioloji 
keyfiyyəti  aşağı  düşür.  Onda  patogen  embrionlar  əmələ 
gəlir. 
    Şauberqer  də  qrunt  sularının  nasos  vasitəsi  ilə  yuxarı 
vurulmasının əleyhinə idi. Onun fikrincə, qrunt suyu içməli 
su  kimi  istifadə  olunmasına  “yetişməmişdir”.  Yer  səthinə 
özü  çıxan  su,  yəni  təbii  bulaqlar  yetişmiş  sayılırlar,  çünki 
onlar bütün inkişaf tsiklini keçmişlər. 


 
121 
    Skandinaviya 
alimləri 
axar 
sularda 
burulğanın 
bakteriyaların  miqdarına  təsirini  sınaqdan  keçirdilər  və 
ənənəvi  hava  üfürülməsi  üsulu  ilə  müqayisə  etdilər  {116}. 
Nəticə özünü göstərdi: işlənməyən axar suyun hər 1 sm³-nə 
düşən bakteriyaların sayı 640 min oldu. Hava ilə işlənmiş su 
95 min göstərdi. Burulğanlı suda isə cəmisi 5 min oldu. Bu 
onu göstərir ki, burulğan metodu ənənəvi metoddan 25 dəfə 
effektlidir.  Həm  də  15  dəqiqədən  sonra  üfunətli  qoxu  yox 
oldu  ki,  bu  da,  ümumiyyətlə,    hava  ilə  üfürmə  metoduna 
(ənənəvi metoda) xarakter deyildir. 
    Danimarka  Ekoloji  texnika  İnstitutu  su  xətti  kranına 
geydirilmiş  burulğan  əmələ  gətirəni  təcrübədən  keçirdilər 
{117}. Bu ekspertizanın rəyinə görə, su xəttindən keçən adi 
su  aparatdan  kecərək  strukturlaşır,  yəni  yüksək  səthi 
gərilməyə  malik  nizamlı  düzülüş  halını  alır  və  daha  çox 
əsasi xassə göstərir. Həmçinin su xüsusi növ müsbət bioloji 
təsirə  malik  xassə  qazanır,  məsələn,  toxumaların 
regenerasiyası üçün. 
      Demə  ki,  suyun  güclü  burulğanı  səbəbindən  zərərli 
informasiya daşıyan suyun molekulyar strukturu dağılır, və 
sonra burulğanlı hərəkətlə təbii  nümunəyə uyğun olan  yeni 
strukturlar  əmələ  gəlir.  Deməli,  hər  şey  struktur  ilə  bağlı 
imiş.  Məhz  suyun  informasiyanı  qavraması,  saxlaması  və 
ötürməsi  onun  quruluşundan  asılıdır.  Və  suyun  bu 
xüsusiyyəti  –  informasiyanı  qavraması,  saxlaması  və 
ötürməsi – fiziki aləmdə ən unikal hadisədir. 
Suyun yaddaşı 
     Bu  fenomen  hadisə  elm  aləmi  və  ümumiyyətlə  bütün 
insanlıq  üçün  həddən  ziyada  maraq  və  əhəmiyyət  kəsb 
etdiyinə görə onunla daha yaxından tanış olaq. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə