118
proseslər pozulardı. Lakin su insan üçün Allah tərəfindən
yaradılmışdır. Suyun 0-dan 37
o
С-dək qızması zamanı onun
istilik tutumu, öncə insan bədəninin normal temperaturunun
minimum qiymətini alanadək aşağı enir və sonra isə
yüksəlməyə başlayır. Bir sözlə, su kəskin temperatur
sıçrayışlarını yumşaldaraq temperaturun özünəməxsus
requlyatoru kimi çıxış edir. Məhz suyun bu xüsusiyyətinə
görə də istiqanlı heyvanların, o cümlədən, insanların yaşaya
bilmək qabiliyyətləri mümkün olmuşdur.
Su – inert həlledicidir
Su həll etdiyi birləşmələrin çoxusunun strukturunu
kimyəvi cəhətdən dəyişmədiyi kimi, bu halda öz quruluşunu
da dəyişmir. Suyun bu xüsusiyyəti planetdə yaşayan canlı
orqanizmlər üçün çox əhəmiyyətlidir, belə ki, onların
hüceyrələri lazım olan qida maddələrini mümkün dairəsində
dayanıqlı, sulu məhlul şəklində qəbul edirlər. Həlledici kimi
su öz strukturunda əvvəllər onda həll olmuş maddələr
barədə informasiya daşıyaraq dəfələrlə, təkrar-təkrar istifadə
olunur.
Suyun kapilyarlığı
Suyun qeyri-adi xassələri arasında onun müstəsna dərəcədə
yüksək səthi gərilməyə malik olmasıdır – 72,7 din/sm (20
°С-də) {116}. Səthi gərilmə - su molekulları arasındakı
ilişmə qüvvəsini və həmçinin onun səthinin formasını
xarakterizə edən fiziki kəmiyyətdir, məsələn, su damcısı. Bu
baxımdan mayelər arasında su yalnız civədən geri qalır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, insan orqanizmində
hüceyrədaxili suyun səthi gərilmə əmsalı ~ 43 din/sm-ə
119
bərabərdir. Yaxşı olardı ki, hüceyrələrin bu səthi gərilməni
yox etməyə əlavə enerji sərf etməməsi üçün, su orqanizmə
su xəttindən deyil, daha çox “maye” şəklində daxil olsun.
Bundan əlavə, səthi gərilməsi aşağı olan su, nisbətən daha
asan molekullararası qarşılıqlı təsirə girə bilir. Suyun səthi
gərilməsini azaltmaq üşün onu azacıq qızdırmaq kifayətdir.
Səthi gərilmə islatma zamanı özünü göstərir. İslatma və
səthi gərilmə kapilyarlıq adlanan fiziki hadisəyə xidmət edir
{107}. Məhz kapilyarlığın nəticəsində bitki, heyvan və insan
orqanizmlərində suda həll olmuş birləşmələrin – qanın,
limfanın, eritrositlərin, duz və digər mineral maddələrdən
ibarət sulu məhlulların hərəkəti əsaslı surətdə mümkündür.
Heyvanlarda və insanda kapilyar qan dövranını ilk dəfə
olaraq XVII əsrin ortalarında italyan bioloq və həkim
Marçello Malpiqi kəşf etmişdir. Bəşəriyyət tarixində ilk
dəfə olaraq göstərildi ki, arterial damarlarla sirkulyasiya
edən
qan
mikroskopik
bioloji
borucuqlardan
–
kapilyarlardan keçərək venoz sisteminə axır.
1920-ci ildə Nobel mükafatı laureatı Avqust Kroq
müəyyən etdi ki, kapilyarların diametri mikronlarla ölçülür,
əgər insanın bütün kapilyarlarını bir ipə düzmək mümkün
olsaydı, onun uzunluğu Yer ilə Ay arasındakı məsafənin iki
mislinə bərabər olardı. Bu mikroskopik borucuqlardan
fasiləsiz olaraq özlü maye – qanın plazması axır və həmin
axın həm də hüceyrələrarası məkanda və limfatik
sistemlərdə də davam edir.
90-92% Sudan təşkil olunmuş qan və limfaya nə təsir
edir ki, belə bir mikposkopik dəliklərdən ağırlıq qüvvəsinə
üstün gələrək yuxarı istiqamətə doğru hərəkət edə bilir?
Səmərəli elm hələki bu suala cavab verə bilmir. Amma su
120
isə alimlərin bilməməsinə məhəl qoymayaraq kapilyarlarda
hərəkət edir və bizim hər bir hüceyrəmizə qida maddələri və
oksigen daşıyır.
Kapilyarlıq planetimizdə bütün həyatın təkamülü üçün
möhtəşəm əhəmiyyətə malikdir. Məsələn, bu təbii hadisənin
hesabına su yerin qrunt sularından daha yüksəkdə yerləşən
dərinliyini isladır və bitki köklərinə lazım olan duz
məhlullarını on metrlərlə dərinlikdən çatdıra bilir.
Suyun burulğanlanması
Məşhur Avstriya su tədqiqatçısı Viktor Şauberqer
suyun daha bir unikal xassəsini aşkar etdi {114,115}. O
müəyyən etdi ki, təbii şəraitdə su həmişə öz temperaturunu
+4 °С-yə çatdırmağa çalışır və əgər ona imkan verilsə ki,
öz-özünə burulğan əmələ gətirərək axsın, bu zaman onun
enerjisi artar və bunun müqabilində su təzə və canlı olur.
Şauberqin müşahidələrinə görə, su Günəş şüaları altında
yorulur və tənbəlləşir, əksinə, gecə, ələlxüsus, Ay işığında
təzə və canlı olur. Suyun burulğanlı hərəkəti ən vacib
faktorlardan biridir. Sərbəst axan su özünün hərəkəti
hesabına öz-özünə təmizlənir. +4 °С-dən yüksək qızdırdıqda
suyun enerjisinin azalması müşahidə olunur və onun bioloji
keyfiyyəti aşağı düşür. Onda patogen embrionlar əmələ
gəlir.
Şauberqer də qrunt sularının nasos vasitəsi ilə yuxarı
vurulmasının əleyhinə idi. Onun fikrincə, qrunt suyu içməli
su kimi istifadə olunmasına “yetişməmişdir”. Yer səthinə
özü çıxan su, yəni təbii bulaqlar yetişmiş sayılırlar, çünki
onlar bütün inkişaf tsiklini keçmişlər.
121
Skandinaviya
alimləri
axar
sularda
burulğanın
bakteriyaların miqdarına təsirini sınaqdan keçirdilər və
ənənəvi hava üfürülməsi üsulu ilə müqayisə etdilər {116}.
Nəticə özünü göstərdi: işlənməyən axar suyun hər 1 sm³-nə
düşən bakteriyaların sayı 640 min oldu. Hava ilə işlənmiş su
95 min göstərdi. Burulğanlı suda isə cəmisi 5 min oldu. Bu
onu göstərir ki, burulğan metodu ənənəvi metoddan 25 dəfə
effektlidir. Həm də 15 dəqiqədən sonra üfunətli qoxu yox
oldu ki, bu da, ümumiyyətlə, hava ilə üfürmə metoduna
(ənənəvi metoda) xarakter deyildir.
Danimarka Ekoloji texnika İnstitutu su xətti kranına
geydirilmiş burulğan əmələ gətirəni təcrübədən keçirdilər
{117}. Bu ekspertizanın rəyinə görə, su xəttindən keçən adi
su aparatdan kecərək strukturlaşır, yəni yüksək səthi
gərilməyə malik nizamlı düzülüş halını alır və daha çox
əsasi xassə göstərir. Həmçinin su xüsusi növ müsbət bioloji
təsirə malik xassə qazanır, məsələn, toxumaların
regenerasiyası üçün.
Demə ki, suyun güclü burulğanı səbəbindən zərərli
informasiya daşıyan suyun molekulyar strukturu dağılır, və
sonra burulğanlı hərəkətlə təbii nümunəyə uyğun olan yeni
strukturlar əmələ gəlir. Deməli, hər şey struktur ilə bağlı
imiş. Məhz suyun informasiyanı qavraması, saxlaması və
ötürməsi onun quruluşundan asılıdır. Və suyun bu
xüsusiyyəti – informasiyanı qavraması, saxlaması və
ötürməsi – fiziki aləmdə ən unikal hadisədir.
Suyun yaddaşı
Bu fenomen hadisə elm aləmi və ümumiyyətlə bütün
insanlıq üçün həddən ziyada maraq və əhəmiyyət kəsb
etdiyinə görə onunla daha yaxından tanış olaq.
Dostları ilə paylaş: |