122
Biologiya elmləri doktoru S.V.Zenin tərəfindən aparılan
təmiz suyun struktur tədqiqatları nəticəsində onun stabil,
uzunömürlü klasterləri aşkar olundu
{108,109,111,116}.
Hesablamalar göstərdi ki, su bir-biri ilə hidrogen rabitələri
hesabına qarşılıqlı təsirdə olan, 57 molekuldan ibarət
kristalabənzər
törəmənin
yaratdığı,
düzgün
həcmi
strukturların iyerarxiasından (kiçik molekulların nisbətən
böyük molekulların ətrafına yığılması) ibarətdir. Bu suyun
912 molekulundan ibarət, altıtərəfli şəklində ikinci tərtib
strukturun əmələ gəlməsinə gətirib çıxarır. Klasterlərin
xassələri onların səthinə yığılan oksigen və hidrogenin
nisbətindən
asılıdır.
Həmçinin
su
elementlərinin
konfiqurasiyası istənilən xarici təsirlərə və qarışıqlara
reaksiya verərək, onların bu qarşılıqlı təsirlərinin həddindən
artıq labil xarakterdə olmasını göstərir.
Klaster elementlərinin tərəfləri arasında uzaq kulon
cəzbetmə qüvvələri fəaliyyət göstərir ki, bu da suyun
strukturlaşmış halına xüsusi informasiya matrisası (yaddaş
qəlibi) kimi baxmağa imkan verir. S.V.Zenin özünün bu
sahədəki işlərində isbat etdi ki, su molekulları bu
törəmələrdə öz aralarında elmə DNT tədqiqatlarından
məlum olan – yüklərin komplementarlığı (bir-birini
tamamlaması) prinsipi üzrə qarşılıqlı təsirdə ola bilirlər və
bunun nəticəsində də kontrast-faza mikroskopunun köməyi
ilə müşahidə olunan suyun struktur elementlərinin
yuvacıqlarda (klatratlarda) özünəməxsus şəkildə düzülüşü
meydana gəlir. Fərz edirlər ki, ilk DNT molekulunun sintezi
üçün əsas matrisa rolunu həyatın və bütün biokimyəvi
proseslərin informasiya əsasını təşkil edən su oynamışdır
{109,110}.
Statistik hesablamalara görə,
kimya elmləri doktoru V.İ.
Slesarev,
tibb elmləri doktoru A.V.Şabrova,
biologiya
124
baş verir. Lakin qarşılıqlı təsirlərin əksəriyyəti, tamamilə su
klasterlərinin yaşama müddətlərindəki fərqin müxtəlif
olması hesabına deyil, yalnız bir hissəsinin yenidən
strukturlaşmasına gətirib çıxarır ki, bu da suyu, həm qısa və
həm də lazımınca uzunömürlü
“genetik” yaddaşla təmin
edir.
Hal-hazırda strukturlaşmış suyun alınmasının çoxlu
sayda metod və texnologiyaları meydana gəlmişdir:
maqnitlənmə, dondurub sonra əritmə, suyun elektrolitik
proseslə anolitə
(“ölü” su) və katolitə
(“canlı” su)
ayrılması, bu sonuncu prosesdə kimyəvi təsirlərlə deyil,
dalğa və sahə xarakteristikalarının dəyişməsi hesabına yeni
xüsusiyyətlərə malik su əmələ gəlir. Avstriya tədqiqatçısı
Allois Qrubber qeyd edir ki, əgər suya yaxşı, xeyirxah
fikirlərlə müraciət edilərsə, əzizlənərsə və ona
“sağ ol”
deyilərsə, onda suyun keyfiyyəti artacaqdır və buna görə də
suyu içməmişdən qabaq ona gülümsəmək və təşəkkür etmək
lazımdır
{112}. Çünki özündə müəyyən informasiya daşıyan
suyu insan qəbul etdikdə o, öz vəziyyətini əhəmiyyətli
dərəcədə dəyişə bilər.
Suyun xarici mühitlə qarşılıqlı təsiri zamanı onun
molekulyar quruluşunda fərqləri nümayiş etdirən tədqiqatçı
yapon alimi
Masaru Emoto bir daha təsdiqlədi ki, suyun
kristallik quruluşu eynicinsli deyildir və bütün mümkün
mümkün xarici təsirlərin hesabına – verilən informasiyanın
xarakterindən
və istər təmiz, istərsə də çirkli su olmasından