47
mutasiya və təbii seçmə nəticəsində yüksək bölünmə
qabiliyyətinə malik rekombinat ribozimlər əmələ gəldi.
Qeyri-məhdud bölünmələrə nail olmaq məqsədi ilə aparılan
ilkin təcrübələrdən fərqli olaraq, burada proses zülali
fermentlərin iştirakı olmadan gedir. Yeganə budur ki, bu
nəticə RNT-nin öz-özünü hasiletmə probleminin axırıncı
həlli hesab olunmur – bu substratın öz təbiətidir.
Ribozimlərin bölünən cütləri yeni RNT molekulları qurğusu
– ayrıca ribonukleotidlər üçün ilkin material kimi istifadə
oluna bilmirlər: onlar hələki oliqonukleotidlərlə,—yəni
RNT-nin çoxlu sayda ribonukleotidlərdən təşkil olunmuş
daha uzun molekullu fraqmentləri ilə işləyə bilirlər.
Beləliklə, Sazerlend (ribonukleotidlərin sadə üzvi
maddələrdən sintezi) və Linkoln-Coys (ribozimlərin substrat
kimi oliqonukleotidlərlə özünü replikasiyası) təcrübələrinin
nəticələri arasında hələki boşluq vardır, bunu aradan
qaldırmaq üçün əlavə tədqiqatlara ehtiyac düyulur: bu
səbəbdən də ayrıca ribonukleotidlərdən oliqonukleotidlərə
keçmək üçün müəyyən yollar arayıb tapmaq gərəkdir.
Süni protohüceyrənin – xarici mühitdən “yemək” qəbul
etmək və RNT və DNT-nin replikasiyalarını yarada bilmək
xüsusiyyətlərinə malik, lipid təbəqəli qovuqcuqların
yaradılmasına həsr olunmuş elmi tədqiqat işləri də davam
etməkdədir.
Boston şəhərində (ABŞ) Harvard tibb məktəbinin
(Harvard Medical School) alim komandası protohüceyrələr
yaradaraq, onları təkmilləşdirmək üzrə işləri davam
etdirirlər. Protohüceyrələri substrat kimi oliqonukleotidlər
deyil, zülali fermentlərin köməyi olmadan başa gələn ayrıca
nukleotidlər kimi istifadə edirlər, lakin bunlar da hələki
RNT-nin tam tsikl replikasiyasını həyata keçirə bilmirlər
(onlar bu prosesin yalnız ayrıca mərhələsini yerinə yetirə
bilirlər). Amma alimlər bu barədə tam optimistdirlər.
Onların məqsədi – protohüceyrənin yalnız böyüməsi və
48
bölünməsini deyil, həm də onun təkamül etməsini
göstərməkdən ibarətdir. Onların fikrincə, həyatın başlanğıcı
darvin təkamülünün başlanğıcı ilə qırılmaz bağlıdır –
mahiyyətcə bu eyni şeydir. Maraqlısı budur ki,
protohüceyrələrin özlərini aparması temperaturdan asılıdır:
istidə onlar xarici mühitdən nukleotidləri udaraq aktiv
“yemlənirlər”, soyuqda isə bu nukleotidlərdən RNT-nin
matrisa sintezi üçün aktiv istifadə edirlər. Bəlkə ilk
yaranmış canlılar üçün sutka tsikli xarakter olmuşdur:
gündüzlər qidalanmışlar, gecələr isə öz irsi materiallarını
replikasiya etmişlər?
Bütün bu deyilənlərə yekun vuraraq belə bir son nəticəyə
gəlmək olar ki, təcrübi yollarla cansız materiyadan canlı
varlığa keçidin bütün mərhələlərinin
alimlər tərəfindən aşkar
edldiyi gün çox uzaqda deyildir.
Həyatın əmələ gəlməsinin dini versiyaları
Kreosionizm
Kreosionizm (ingilis sözüdür
creation –
yaratma) – üzvi
aləmin, bəşəriyyətin, Yer planetinin və həmçinin bütün
dünyanın İlahi bir qüvvə - Allah tərəfindən yaradılması
barədə dini-fəlsəfi konsepsiyadır. Kreosionizm nəzəriyyəsi,
həyatın əmələ gəlməsi barədə suala
Popperin kriteriyasına
görə, belə cavab verir: onun necə baş verdiyini elm sübut
edə bilməz, çünki bu onun imkanları xaricindədir. Elm
Kainatın Allah tərəfindən yaradılıb və ya yaradılmamasını
sübut edə bilməz. Digər tərəfdən, bu nəzəriyyə Yeri-göyü
yaradanın özünün nədən yaranışı barədə konkret suala
konkret cavab verir: “O, heç nədən, özü-özünə yaranmışdır
və bu ucsuz-bucaqsız dünyanı da heçdən yaratmışdır”.