262
məqalələri dərc edilmiş və xülasə şəklində
akademik
A.V.Frolov
tərəfindən sistematik hala gətirilmişdir
{185,186}. Bu elmi yazılarda göstərilir ki, məkanın özü və
ya “fiziki vakuum” daxili struktura malikdir və beləliklə,
əgər onun bu daxili strukturunu dəyişdirmək prosesini təşkil
etmək mümkün olarsa, o, enerji mənbəyi kimi fəaliyyət
göstərəcəkdir. Həmçinin qeyd olunur ki, məkan anlayışını
enerjisiz təsəvvür etmək olmaz və elə bir məkan yoxdur ki,
orada enerji olmasın. Reallığın daxili strukturu enerjinin iki
formasında özünü göstərir: qravitasiya və elektromaqnit,
həm də bunlardan birinin lokal böyüməsi o birinin
mütənasib olaraq kiçilməsinə səbəb olur və bu səbəbdən də
enerji dəyişmələri cəmi sıfıra bərabər olur. Hər iki halın bir-
birinə keçidi zamanı entropiyanın yüksəlməsi prosesi baş
verir ki, bütün bu və buna bənzər nəzəri informasiyalar
Nobel mükafatı laureatı İ.Priqojin tərəfindən dərc
edilmişdir
{194}. Beləliklə, məkanın istənilən nöqtəsində
enerji çevrilmələri hesabına, kütlə-yanacaq məsrəfi olmadan
işin və ya gücün alınması tam mümkündür. Bu barədə çoxlu
sayda müsbət nəticələr də alınmışdır
{186}. Necə deyərlər,
fiziki vakuum enerjisi gələcəyin enerjisidir.
Bu fikirlərin yekunu kimi Nobel mükafatı laureatları
R.Feynman və
C.Uilerin sensasiya xarakterli fikirlərini
qeyd etmək istərdim:
“Adi elektrik lampasının həcmi ilə
tutulmuş vakuumda o qədər yüksək miqdar enerji vardır ki,
onunla Yer üzərində olan bütün okean sularını qaynatmaq
olar”{192,193}. Baxın, bu nə deməkdir? Şübhəsiz ki, bütün
varlıqlar kimi biz insanlar da bu enerjinin içərisindəyik və
hansı bir yolla olursa olsun, onunla əlaqədəyik. Necə
əlaqədəyik, bilmirik. Lakin buna
baxmayaraq bu istiqamətdə
intensiv tədqiqat işləri dünyanın mötəbər elmi təşkilatları və
burada çalışan məşhur alimlər tərəfindən davam
etdirilməkdədir.
Avropa
(
CERN)
və
Amerikanın
(
Tevatron) Nüvə Tədqiqatları Mərkəzlərində həm fiziki